Arvadının gözü önündə xəyanət edən azərbaycanlı məşhur (FOTO,VİDEO)

Dahi azərbaycanlı fizik haqqında bilmədiklərimiz

Həftənin yalnız bir gününü həyat yoldaşına həsr edən Landau sevişmək üçün uzağa getmirdi, qadınları evinə gətirirdi. İllərlə Landaunun etdiyi xəyanətlərə dözən həyat yoldaşı sonda dilə gəlir və tələb edir ki, daha evdə sevişməsin, özünə başqa yer tapsın. Qəzaya düşən günü Landau öz tələbəsinin həyat yoldaşı ilə sevişmək üçün bağa yola düşür və müdhiş qəza o yolda baş verir. Sonralar həyat yoldaşı xatirələrində peşmançılıq hissi keçirdiyini yazırdı: "Əgər mən imkan versəydim o, evdə sevişsin, qəzaya düşməzdi".

Bakı məktəblərindən birində divara vurulmuş xatirə lövhəsində Landaunun adını oxuyuruq və çoxlarımız bu insanın əsl kimliyindən xəbərsizik.

1908-ci ildə Bakıda yəhudi ailəsində göz açan Lev Davidoviç Landau uşaqlıqdan qəribəlikləri ilə seçilib. Atası neftçi-mühəndis idi və neftin çıxarılması barədə bir çox nəzəri məqalələrin müəllifi idi. Bəlkə, elə ona görə Landau 1916-cı ildə Bakı yəhudi gimnaziyasında oxuduğu müddətdə qeyri-adi istedadı ilə seçilirdi.

12 yaşında differrensial tənliyi, 13 yasında inteqralları həll edən Landau 14 yaşında Bakı Dövlət Universitetinin eyni vaxtda iki fakültəsinə daxil olur. Kimyanın daşını atan Landau özünü fizikaya həsr edir. İki il Bakıda təhsil alandan sonra xüsusi istedadını nəzərə alıb onu Leninqrad (indiki Sankt-Peterburq Dövlət Universiteti) Universitetinə yollayırlar. Artıq 1926-27-ci illərdə nəzəri fizikayla bağlı məqalələri çap olunur.

Nils Borun ən yaxşı tələbəsi Landau

19 yaşında Landau "Kvant nəzəriyyəsi"nə böyük töhfə verir. Onun gətirdiyi anlayış Kvant statistikasında mühüm yer tutur. Landau artıq bir ölkəyə sığmırdı və öz nəzəri biliklərini artırmaq üçün Almaniyaya, Danimarkaya, İngiltərəyə elmi ezamiyyətə yola düşür. Berlin Universitetində Albert Eynşteynlə, Kopenhagendə isə Nils Borla tanış olur. Çox sonralar Nils Bor Landaunu özünün yaxşı tələbəsi hesab edəcək. Kembric Universitetində isə Pyotr Kapitsa ilə tanış olur. Nils Bor Landaunun istedadını görüb Rokfeller Fonduna müraciət edərək, onun elmi ezamiyyətinin uzadılmasına nail olur. Amma artıq siyasi rejim SSRİ-də sərtləşirdi. 1929-cu ildə Landaunun atası Bakıda həbs olunur. Əsas ittiham bu idi ki, David Landau inqilaba qədərki qızıl pulları qanunsuz saxlayırmış. Dostlarının köməyi ilə dövlətə müvafiq məbləğ ödədikdən sonra Landau həbsdən buraxılır. Lev Landau xaricdən qayıdır. Leninqradda alimlərlə yola getməyən Landau Xarkova yola düşür. Kafedra müdiri vəzifəsinə qədər yüksələn Landau özünün şıltaqlığı və tələbə qızlara göz qoyması ucbatından universitetdən uzaqlaşdırılır və Moskvaya gəlir. Kapitsayla birgə çalışmağa başlayır. Siyasi rejim artıq repressiyalara başlamışdı. Artıq bir çox tanınmış fiziklər həbs olunub güllələnmişdi. Landau Stalin rejimi ilə razılaşmırdı və onun əleyhinə yazılmış çağırış vərəqəsini həvəslə redaktə edirdi. Lakin çox keçmir, işin üstü açılır və Landau həbs edilir. Onun azad olunması üçün Nils Bor və Pyotr Kapitsa işə qarışırlar. Kapitsa şəxsən Lavrenti Beriya ilə görüşərək onun azad olunmasını xahiş edir. Həbsdən azad olunduqdan sonra ömrünün sonuna qədər Landau Fizika Problemləri İnstitutunda çalışmağa başlayır. SSRİ-də yaradılan atom layihəsində iştirak edən əsas simalardan biri olur. Fizika elminin nəhəng siması hesab olunan Landau ən mürəkkəb sahələri araşdıraraq elmə əvəzolunmaz töhfələr verib. 3 dəfə Nobel mükafatına namizədliyi irəli sürülüb və 1962-ci ildə bu mükafata layiq görülüb. Ən maraqlı fakt isə budur ki, qaydalara əsasən Nobel mükafatı qalibə kənar yerdə təqdim edilmir. Bu istisna yalnız Landau üçün edilib. Çünki 1962-ci ilin yanvar ayında bağ evinə gedərkən Landau ağır avtomobil qəzası keçirir. 59 gün komada qalır. Bütün dünya fizikləri onun mualicəsi üçün müraciətlər edirlər. Uzun müddətdən sonra Landau özünə gəlir, amma beyin tramvası alan akademik artıq elementar riyazi hesablamaları belə apara bilmir.

Nobel ödülü və son
1962-ci ildə Landaunun yatdığı xəstəxanaya məktub gəlir. Məktubda yazılmışdı: "Moskva, Elmlər Akademiyası, professor Lev Landauya, 1 noyabr 1962-ci il. İsveçin Kral Akademiyası Sizi "Kondensasiyalı, xüsusən maye helium mühitində nəzəri işlərinizə" görə Nobel mükafatına layiq görüb. Daimi katib Erik Rudber". Ancaq alim xəstəxanada olduğu üçün Nobel ödülünü özü ala bilməzdi. Ona görə də, Nobel fondu tarixində ilk dəfə çoxillik ənənəsinə xilaf çıxaraq ödülü xəstəxanada təqdim eləyir. Bu, Lev Landauya olan hörmətin və ehtiramın göstəricisiydi. Beləliklə, 1962-ci il dekabr ayının 10-da 54 yaşlı dahi Landauya diplom və 250 min isveç kronu məbləğində çek təqdim olunur. Landau mükafatı təqdim edən İsveçin SSRİ-dəki səfiri Rolf Sulmana ingiliscə deyir: "Sizə təşəkkür edirəm, cənab səfir. Nobel komitəsinə, həmçinin İsveçin kralına mənim təşəkkürlərimi çatdırın. Ümid edirəm ki, sağalan kimi Sizin gözəl ölkənizə səyahət edəcəyəm".

Bakılı alim isə heç kimin gözləmədiyi bir vaxtda vəfat etdi. Zarafatcıl Lev Landau daxili orqanlarında aparılan əməliyyatdan ayılmadı və 1968-ci il aprel ayının 1-də dünyasını dəyişdi…

Bu onun hamıya bəlli olan həyatıdır. Landaunun görünməyən tərəfi isə onun şəxsi həyatı idi. Gənclik dövründə and içmişdi ki, nə siqaret çəkəcək, nə də spirtli içki içəcək. Ailəni kooperativ qəbul edirdi və məhəbbətlə əlaqəsi olmadığını deyirdi. 1934-cü ildə o, Anqordiya Drobansova ilə faktiki nikaha girir. Çünki, o qadın, Landauya söz verir ki, onu heç vaxt qısqanmayacaq. Landau "bir-birinə hücum etməmək" haqqında pakt hazırlayır və orda qeyd olunur ki, ər-arvad hər ikisi kənarda məhəbbət macərasi yaşaya bilərlər. Rəsmi nikaha yalnız 12 il sonra daxil olurlar. Fiziki nəzəriyyələrin müəllifi Landau həm də "Səadət nəzəriyyəsinin" müəllifi idi. O hesab edirdi ki, hər kəs xoşbəxt olmağa borcludur. Bunun üçün 3 şey lazımdır: işləmək, sevmək və insanlarla ünsiyyətdə olmaq. Dahi fizik həmişə deyirmiş ki, məni ilk zorlayan qadın həyat yoldaşım olub. Landau qadınlarsız yaşaya bilmirdi.

Onun şəxsiyyəti, insanlara, dünyaya baxışları haqqında müasirlərinin, həmkarlarının çoxunun xatirələri var. Bu xatirələrdən məlum olur ki, Lev Landau yalanı sevməz, elmə saxtakarlıq qatanlara qarşı amansız olar, həyatını fizikadan kənarda təsəvvür eləməzdi. Ancaq bütün bunlarla belə onun həyat yoldaşı Koranın bomba partlayışını doğuran xatirələrində o, həm də bax belə nəqş edilmişdi: "Daunka otağa uça-uça girdi: məni bərk-bərk qucaqlayıb burnumdan öpdü və elan elədi: "Koraçka, sənə şad xəbər! Bu gün axşam saat doqquzda evə canlar alan bir qız gətirəcəyəm. Ona demişəm ki, sən bağdasan - ya evdə səssizcə oturarsan, ya da ümumiyyətlə, çıxıb gedərsən. Siz üz-üzə gəlməməlisiniz. Bu onu hürküdə bilər".

Həmin gün Kora elə həmin şkafdaca gizlənmişdi. Və həsbi-halın ən şirin yerində birdən-birə ortaya çıxmışdı. Bu, sadiq qadının birinci və axırıncı qiyamı idi. Bundan sonrakı belə axşamlarda o, dinməz-söyləməz öz otağına çəkilərək, Landaunun otağından süzülən işığa baxa-baxa qalacaqdı, çünki əri qısqanclığı vəhşi və ibtidai duyğu hesab edirdi. Amma bu vəhşi və ibtidai duyğu onu divanələr kimi sevən qadını əzib külxınc edirdi. Bunu üzə vurmaq isə Koraya baha başa gəlirdi. Qısqanclığa görə ailə büdcəsindəki payından "Daunka" cərimələr tuturdu!

Bəli, fizika-riyaziyyat dahisi Lev Landau hələ cavanlığından – Xarkovda barmaqla göstərilən Kora ilə evlənəndə qadınla şərt kəsmişdi ki, onun azadlığını əlindən almağa cəhd göstərməsin…

Onun saysız-hesabsız məhəbbət macəraları olmuşdu və hətta o səviyyəyə çatırdı ki, tələbələrinin həyat yoldaşları ilə də macəra yaşayırdı. Onun məşhur tələbələrindən biri xatirələrində yazırdı: "Mən dissertasiya müdafiə eləməli idim və Landaunun rəyi lazım idi. Moskvaya gəldim və Landauya müraciət elədim. Akademik mənə rəyin əvəzinə qız tapmağı təklif etdi. Mən tanımadığım şəhərdə dolaşıb qız axtarırdım".

Landau həmişə hesab edirdi ki, məişət insanı cılızlaşdırır. Qəribədir, məhz məişət mübahisəsi bəşəriyyətin böyük bir alimdən məhrum olmasına gətirib çıxardı.

Landaunun elmi dühası və nəzəriyyələri ölçüyə sığmazdı. Sağlığında ölkənin ən böyük mükafatlarına sahib olub. Qəzadan sonra acizləşən Landaunu demək olar ki, hamı unutmuşdu. Həyat yoldaşının xatirələrində onlara heç kimin baş çəkmədiyi, gəlib-getmədiyi xüsusi vurğulanır. Landaunun yolunu oğlu davam elətdirdi. Ancaq o, atası səviyyəsində alim ola bilmədi.

1924-cu ildən sonra bir dəfə də olsun Bakıya gəlmədiyinə baxmayaraq, Landaunun xatirəsi ölkəmizdə də yüksək tutulur. Ona görə də qürurla deyə bilərik ki, böyük alim, dahi fizik və ən nəhayət, Nobel mükafatçısı olan Lev Landau bizim həmyerlimizdir.

Arvadının gözü önündə xəyanət edən azərbaycanlı məşhur (FOTO,VİDEO)Arvadının gözü önündə xəyanət edən azərbaycanlı məşhur (FOTO,VİDEO)Arvadının gözü önündə xəyanət edən azərbaycanlı məşhur (FOTO,VİDEO)Arvadının gözü önündə xəyanət edən azərbaycanlı məşhur (FOTO,VİDEO)

Xəbərlər     Baxılıb: 2892   Tarix: 22 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Tərkibində təhlükəli maddə aşkarlandı - Evinizdə varsa dərhal atın - FOTO

Türkiyə Ticarət Nazirliyi təhlükəli hesab edilən geniş yayılmış məişət təmizləyicisinin satışını qadağan edib və məhsulun bazardan geri çağırılması ilə bağlı qərar verib. xəbər verir ki, nazirliyin yaydığı məlumata görə

.

Həkimdən xəbərdarlıq: Qan azlığının əsas səbəbi dəmir çatışmazlığıdır

Qan azlığının yəni, anemiyanın əsas səbəblərindən biri dəmir çatışmazlığıdır. . xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmov deyib. Onun sözlərinə görə, bu problem xüsusilə qadınlard

.

Miqrenlə mübarizə aparan "möcüzəvi" qidalar

Miqren minlərlə insanın gündəlik həyat keyfiyyətini aşağı salan, güclü və təkrarlanan baş ağrıları ilə müşayiət olunan problemdir. -ın məlumatına görə, mütəxəssislər bildirir ki, dərmanlarla yanaşı, düzgün qidalanma da miqre

.

Bağırsaq sağlamlığı üçün beş faydalı məsləhət

Sosial mediada və ya supermarket rəflərində bağırsaq sağlamlığını yaxşılaşdırdığını iddia edən saysız-hesabsız məhsulla qarşılaşırıq. Görünən odur ki, artıq hamı həzm sistemimizdə yaşayan və həzmdən immunitetə, ruh halında

.

Tibb sahəsində mübahisəli yenilik: Reseptləri süni intellekt yazır

Səhiyyə sistemində köklü dəyişikliklərin anonsu verilib. ABŞ-ın Utah ştatında tibbi praktikada indiyədək görünməmiş bir pilot layihə istifadəyə verilib və bu addım artıq tibb ictimaiyyətini iki düşərgəyə bölüb. -ın məlumatın

.

Dünyanın ən zərərli 10 qidası – Yeməyən yoxdur

Dünyada ən zərərli qidaların siyahısı açıqlanıb. xəbər verir ki, qida ekspertləri gündəlik həyatda geniş istifadə olunan bəzi məhsulların sağlamlığa ciddi mənfi təsir göstərə biləcəyini bildirir. Araşdırmalar nəticəsind

.

Çox istifadə edilən bəzi qidaların zərərləri açıqlandı

"Mağazadan alınan şaurma yemək qan təzyiqini və qanda şəkəri artıra bilər".  xəbər verir ki, bu barədə rusiyalı diyetoloq Yelena İqnatikova "Moskva 24"ə açıqlamasında bildirib. Problemin əsas səbəbi klassi

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Azərbaycan kişiləri dünyada 4-cü yerdədir

Azərbaycan kişiləri orta testosteron göstəricisinə görə dünya üzrə 4-cü sırada yer alır. xəbər verir ki, bu barədə "World Population Review" tərəfindən dərc edilən araşdırmada göstərilib. Statistik məlumatlar ölkəd

turlar.az

reseptler kosmetika mehsullari aksessuarlar usaq sampunlari seksual qadin zaur baxşəliyev encir murebbesi kosmetika cinsi əlaqə gulmeli hakista xanim.az englishdilində qulaq novruz bayramına aid