Arvadının xalatının açıq sinəsindən telefon düşdü, kişilərlə yazışmasını tutdu…- AZƏRBAYCANDA

Arvadının xalatının açıq sinəsindən telefon düşdü, kişilərlə yazışmasını tutdu…- AZƏRBAYCANDABakı Apellyasiya Məhkəməsində Tural Kazımovun (1988-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

A24.Az xəbər verir ki, ötən il iyunun 20-də Bakı ş. sakini Tural Kazımov Suraxanı r/n 32-ci polis bölməsinə təslim olaraq arvadı Maya Xeyrişlini (1991-ci il təv.) qısqanclıq zəmnində öldürdüyünü bildirməklə, qadının istifadəsində olmuş mobil telefonu polislərə təqdim edib. Araşdırma zamanı, telefonun müvafiq bölməsində çoxlu sayda oğlan adlarının olması, elə həmin gün Tural Abbasov soyadlı şəxsdən sms və 1 dəfə zəng gəlməsi müəyyən edilib. Hadisə yerinə baxış zamanı məlum olub ki, cinayət Qaraçuxur qəsəbəsi, E.Bəkirov küçəsindəki 33 №i evdə baş verib. Maya Xeyrişlinin meyiti mətbəx otağında aşkar edilib.

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Maya Xeyrişlinin ölümünə – boyun üzvlərinin əllə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya səbəb olub.

İstintaqla müəyyən edilib ki, Tural Kazımov axşam saat 20 radələrində işdən yaşadığı evə gəlib, mətbəx otağında kresloda əyləşib. Arvadı oturduğu divandan, yerdə olan paltarları əyilib, götürərkən, xalatının açıq qalan ön hissəsindən "Huawei" markalı mobil telefon düşüb. Bunu görən Tural dərhal telefonu yerdən götürüb. Həmin nömrəyə Tural adlı şəxsdən zəng gəlib, o cavab verdikdə sonuncu əlaqəni kəsib. Kazımov naməlum şəxsin kim olması, onun mobil telefon işlətməsinə qadağa goyduğu halda nə vaxtdan gizlincə telefon işlətməsi ilə bağlı Mayanı sorğu-sual edib. Yoldaşı cavab vermədiyindən, onun xəyanət etməsinə əmin olub, bu səbəbdən qısqanclıq zəmnində divanda oturan qadının boğazını əlləri ilə tutub, sıxmaqla qəsdən həyatdan məhrum edib.

İş üzrə dindirilən Tural Kazımov 2006-cı ildə Maya Xeyrişli ilə ailə həyatı qurduğunu, həmin nigahdan üç övladı olduqlarını bildirib. Arvadı heç yerdə işləməyib, özü xırda ticarətlə məşqul olub. Mayaya telefon işlətməyə icazə verməyib. Həmin axşam həyətdə oynayan uşaqların, mübahisə etmələrini görməməsi üçün, mətbəx otağının qapısını içəridən bağlayaraq, pəncərənin pərdəsini çəkib. İlk olaraq yoldaşını oturduğu yerdə sinəsindən tutub, silkələyərək telefonun haradan çıxmasını və həmin şəxsin kim olmasını soruşub, lakin sonuncu cavab verməyib. Hirsləndiyindən əlləri ilə boğazından sıxıb ki, cavab versin. 1-2 dəqiqə keçəndən sonra arvadının əlində halsızlaşdığını görüb, dərhal əlini boğazından çəkib. Maya ağzı üstə döşəməyə yıxılıb.Sonra qardaşı Vüsala və Məhəmmədə zəng vurub, Mayanı öldürdüyünü bildirərək, evə gəlmələrini deyib. Məhəmməd evə gəlib təcili yardıma zəng vurub, həkimlər gələrək arvadının öldüyünü təsdiq ediblər. Sonra Vüsalla birlikdə bölməyə gedib.

Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə T.Kazımov 10 il müddətinə azadlıqdan məhrum olunub.

Hökmdən dövlət ittihamçısı protest, məhkum isə apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.

Xəbərlər     Baxılıb: 4178   Tarix: 17 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Ürəyi qoruyub, stressi azaldan ÇAY

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli

.

Kartof qızartmağın ən sağlam üsulu hansıdır? - Araşdırma

Araşdırmalar göstərir ki, milyonların sevimlisi olan kartof qızartmasını daha sağlam və az yağlı hazırlamağın yolu məlum olub. "Current Research in Food Science" jurnalında dərc olunan yeni elmi iş mikrodalğal

.

Zeytunla pendiri eyni anda yeyənlər təhlükə ilə üz-üzədir

Zeytun və pendir fermentləşdirilmiş qidalar olduqları üçün əslində çox faydalıdırlar. Lakin mütəxəssisləri narahat edən əsas məsələ hər iki qidanın istehsal və saxlanma mərhələsində istifadə olunan yüksək duz miqdarıdır

.

Ürək üçün ən faydalı çörək növü AÇIQLANDI

Çörək seçimi yalnız dad məsələsi deyil. Gündəlik qida rasionumuzun ayrılmaz hissəsi olan çörək düzgün seçildikdə sağlamlıq üçün də faydalı ola bilər. Bəs, hansı daha sağlamdır, tam buğda, yoxsa çovdar? . xəbər verir ki, dietoloqla

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

.

Bu dərmanlar qarın ağrısı yarada bilərlər

Qarın ağrısı və ishal hər zaman qida zəhərlənməsi demək deyil. Bəzən səbəb tam gözlənilməz ola bilər.  xəbər verir ki, qastroenteroloq Kristin Li bildirib ki, bu cür narahatlıqlar bəzi vitamin və mineral əlavələrinin qəbul

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Böyük sağlamlıq faydaları VAR

Yaşıl soğan (göy soğan) həm qida, həm də sağlamlıq baxımından olduqca faydalı tərəvəzlərdən biridir. Hər mövsüm tapa biləcəyiniz bu tərəvəzi qida rasiyonunuza mütləq əlavə etməlisiniz. .  xəbər verir ki, mütəxəssislər soğanı

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

turlar.az

reseptler kosmetoloq kosmetik vasiteler hakişta 2026 un geyimleri gəlin paltarları zirincin faydalari kosmetika xerçeng opusme bayatılarımızda vətən həsrəti kokelmek novruza aid hakışda