Aspirin cinsi zəifliyi aradan qaldırır. Viaqra kimi
Aspirin 100 il bundan əvvəl icad olunub. Hamı bilir ki, aspirinin əsas "vəzifəsi" ağrı, iltihab və qızdırma ilə mübarizə etməkdir.
Lakin vaxt keçdikcə aspirinin digər faydalı xüsusiyyətləri də üzə çıxmağa başlayıb. Belə ki, aspirinin kiçik dozalarda (100 mq) gündəlik qəbulu damarlarda trombların əmələ gəlməsinin riskini azaldır və bununla da infarkt və insultun qarşısını alır. Bu səbəbdən aspirin 50 yaşdan sonra bir çox insanlara profilaktik məqsədlərlə kardioloqlar tərəfindən təyin olunur.
Son zamanlar köhnə dərmanın yeni faydalı təsirləri aşkar olunub. Belə ki, araşdırmalar göstərib ki, aspirinin kiçik dozalarda (100 mq) qəbulu müxtəlif növ xərçəng xəstəliklərinin riskini 40% qədər (!) azaldır.
Bu yaxınlarda həmçinin aspirinin kişi sağlamlığına olan müsbət təsiri aşkar olunub. Eksperimentlər göstərib ki, aspirinin 6 həftə ərzində 100 mq dozada qəbulu kişilərdə ereksiya pozulması problemini həll etməyə kömək edir.
Saglamolun.az The Daily Mail-a istinadla xəbər verir ki, eksperimentdə iştirak edən 64 kişidə ereksiya göstəriciləri 75%-dən çox qalxıb (məşhur Viaqrada bu göstəricilər 81% təşkil edir).
Bir çox hallarda ereksiya ilə problemlərin səbəbi qan dövranının pozulmasıdır. Aspirin qanı duruldur ki, nəticədə qan orqanizmdə daha yaxşı dövr edir. Beləliklə, aspirin qan dövranını yaxşılaşdırmaqla ereksiyanın da yaxşılaşmasına kömək edir.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi