Astiqmatizm

AstiqmatizmAstiqmatizm - gözün optik sisteminin defekti və gözün şüasındırma quvvəsinin əsas meridianlarda eyni olmamasıdır. Astiqmatizmin əsas səbəbi buynuz qişanın qeyri-sferik olmasıdır, yəni əsas meridianlarda əyrilik radiuslarının fərqli olmaları.
Gözdə iki əsas, bir-birinə perpendikulyar meridian var. Bunlardan biri ən güclü şuasındırma qabiliyyətinə malikdi, ikincisi isə ən zəif. Bu meridianların şuasındırma qüvvəsində fərq böyük olduğu halda, torlu qişada əşyaların təsviri aydın alınmır. Əksər hallarda astiqmatizm anadangəlmə olur. Bəzən, o gözdə aparılan əməliyyatlardan və ya buynuz qişanın xəstəliklərindən və travmalarından sonra əmələ gəlir. Həqiqətdə buynuz qişa heç zaman sferik olmur. Adətən vertikal meridianda əyrilik radiusu horizontal meridiandan daha az olur. Normal (fizioloji) astiqmatizmin miqdarı 0,5-0,75 dioptriyadan çox olmur.
Bu görmə itiliyini zəiflətmir. Maraqlısı ondadır ki, cavan insanlarda buynuz qişanın astiqmatizmi daha böyük olduqda belə, o görməyə təsir etmir. Lakin presbiopiyanın başlaması ilə, belə gözlərdə astiqmatizm özünü göstərir. Bu, onunla izah olunur ki, cavan yaşlarında gözün uyğunlaşdırıcı mexanizmləri bülluru ayrı-ayrı meridianlarda qeyri-bərabər dartırlar. Yəni buynuz qişanın astiqmatizminə cavab olaraq büllurun astiqmatizmi yaranır. İllərlə gözün akkomodasiya qabiliyyəti zəifləyir və büllur buynuz qişanın astiqmatizmini kompensasiya etmək bacarığını itirir.
Astiqmatizm anadangəlmə olduğuna görə görmə sisteminin inkişafdan qalması müşahidə oluna bilər (ambliopiya). Buna görə də korreksiyadan daimi istifadə etmək lazımdır. Astiqmatizmin optik korreksiyasının bütün növlərinin çatışmazlıqları var. Eynəklə korreksiya zamanı məkanın pozulması və meridional anizeykoniya əmələ gəlir. Kontakt linzalarla korreksiyanın problemləri mövcuddur. Standart linza yüksək astiqmatizm zamanı buynuz qişada dayanmır.Astiqmatizim mualice olunmadigda cepgozluluye ve gorme funksiyasinin keskin asagi dusmesine getirib cixarir.Bugunku gun astigmatizim mualicesinde 3 usuldan ist edirler Eynek,kotarakt linza ve cerrahiyye.Eynek ,kotarakt linzalar bu xesteliyi mualice etmirlse sadece girmeni korrekte edirler .Teesuf ki astigmatizimden yalniz cerahhiye yoluyla can gurtarmag mumkundur .
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1047   Tarix: 07 yanvar 2022
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

geyim və ayaqqabılar qaşların formalari həkim məsləhəti asiq qadinlar haqqinda maraqli melumatlar nişanlılıq elme aid atalar sozu kosmetika novruza aid hakistalar qaynana rus dilini oyrenek 2ci ders bayati hakiwda