Astroloji proqnoz - 29 fevral

Astroloji proqnoz - 29 fevralQoç - mövqeyinizi aydınlatmaq, planlarınızdan bəhs etmək, nəyə can atdığınızı demək üçün əlverişli zamandır. Fəqət durumun mənzərəsini tam göstərmək üçün hansısa detal çatışmayacaq. Gələcəklə bağlı planlarda yeni impuls olsa da, yeni işə başlamağa tələsməyin. Götür-qoy edin, təhlilə varın.

Buğa - işlərə münasibətlərdə retro-mərhələ başlanır. Planlar dəyişəcək. Vədlər və öhdəlikləri xatırladacaqlar: onlardan yayınmaq çox çətindir. Dostlar qəfil təkliflə sizə üz tutacaqlar. Kimisə və ya nəyisə arayaraq internetdə, sosial şəbəkələrdə gərəkdiyindən artıq vaxt keçirməyin. İndiyədək aradığınızı bu gün tapacaqsınız.

Əkizlər - nevrozlu gün osla da, hadisələrə intellektual yanaşma yaxşı nəticə verə bilər. Münasibətlər möhkəm deyilsə, görüşü təxirə salmaq və ya ümumiyyətlə, ləğv etmək gərəkdir. Alış-verişdə spontan xərclər etməyin. Soyuqqanlı davranın.

Xərçəng - dəyişikliklərə hazırsınızsa, uğurlu gündür. Uzaqdan alınan informasiyaya diqqət yetirin. İşlərin istiqamətini optimallaşdırmaq, əməkdaşlığı genişləndirmək üçün gərəkli ola biləcək nişanələrlə işarələrə fikir verin. Əlavə, qəfil yük, iş istisna deyil. Yeni sifariş və ya gəlir mənbəyi formalaşır.

Şir - yaxın ətrafınızdakı insanlarla təmaslarda kiçik məsələyə görə emosional davranmayın. Belə davranışın nəticələri pis ola bilər. Emosiyalarınızı nəzarətdə saxlayın, düşünülməmiş addım atmayın. İşdə hansısa dəyişiklik edəcəyiniz istisna deyil. Ailə üzvlərindən birinin problemini həll edin.

Qız - ümumi fəaliyyət, maraq və ya problem çərçivəsində sıx əməkdaşlığa üstünlük verin. Günün ikinci yarısında mühüm iş görmək istəyirsinizsə, eyni vaxtda bir neçə istiqamətdə irəliləməyə başlamayın. Gərəksiz nevroz vəziyyət sizi kobud səhvlərə sürükləyə bilər. Axşam saatlarında istirahət edin. Təmasları bərpa edin, qarşılıqlı yardımlaşmanı unutmayın.

Tərəzi - şərtlər və ya ətrafınızdakı insanlar sizi seçimə vadar edə bilərlər. Həmin seçim, bəlkə də, indi yersizdir, sizə gərək deyil. Düşünün, perspektivlərinizi təhlil edin. Zərərli və təhlükəli oyundan çıxmağa çalışın. Sizi intriqaya salmağa, istəmədiyiniz işdə iştiraka cəlb etməyə çalışırlar.

Əqrəb - səhər saatlarından başlayaraq cəld və sayıq hərəkətlər tələb edən gündür. Yeni məqsədə, plana və layihəyə meyllənmək ağır deyil. Unutmağa çalışdığınız dəyər və ya münasibət gündəmə gələcək. Qohumlar, dostlar və yaxınlarla münasibətlərin dərinləşdirilməsi üçün əlverişli gündür.

Oxatan - Günün ikinci yarısında genişmiqyaslı işə başlamayın. Cari işləri tamamlayın, yeni layihəyə hazırlıq tədbirləri görün. Elektron yazışmalarda nizam yaradın.

Oğlaq - Çətin gündür. Səhər saatlarından etibarən gərginlik artır, işlər çətinləşir. Problemlərin partlayış yaratmasına imkan verməyin. Emosiyalar məntiqin səsini üstələməsin, sizi gərəksiz və zərərli işlərə vadar etməsin. Ən çətin situasiyalarda 10-a qədər sayın. Hansısa işdə ləngimə var. Bir qədər qətiyyət, inad həmin problemin həllinə yetər.

Dolça - Diqqətli olun, risk etməyin. Eqoist və təşəxxüslü olmayın. Təhlükəsizliyin təminatı ilə bağlı bütün məsələlərdə ehtiyatlı davranın. Arzu edin, ideyalar düşünün, faydalı əlaqələrin çevrəsini genişləndirin. Bütün bunlar karınıza gələ bilər. İfrat etiraflara varmayın, ətrafınızdakı insanlara təzyiq etməyin. Şərtlər sizi münasib olmayan rolu oynamağa vadar edə bilər.

Balıqlar - planlarda yenilənmələrə, tərəfdaşla mübahisəyə və yaxınlarınızın nazını çəkməyə hazırlaşın. Hər şeyi bildiyiniz kimi etsəniz, çətin gündür. Müzakirə, məsləhətləşmə, problemin müxtəlif mövqelərdən təhlili və alternativ həllərə ehtiyac var. İşdəki avadanlıq və ya evdəki məişət texnikasında nasazlıq yarana bilər./Milli.Az/

Maraqlı     Baxılıb: 2769   Tarix: 29 fevral 2016
f Paylaş

Oxşar xəbərlər

.

Tanınmış alim vəfat etdi - FOTO

Naxçıvanda tanınmış dilçi alim, dosent Əbülfəz Muxtaroğlu vəfat edib.  xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universiteti məlumat yayıb. Qeyd edək ki, Əbülfəz Muxtar oğlu Quliyev 1939-cu il iyunun 1-də Naxçıvan Muxta

.

Qalaktikamızın qonşuluğundakı ulduz itdi - Axtarırlar

Kosmosda baş verən qəribə hadisə astronomları dalana dirəyib. Belə ki, qonşu qalaktikada 10 ildir izlənən "M31-2014-DS1" yoxa çıxıb. -a istinadən bildirir ki, bu barədə amerikalı astrofiziklər bəyan ediblər. Bildirili

.

Azərbaycanda tanınmış müəllim vəfat etdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. xəbər verir ki, o, bu gün 88 yaşında vəfat edib. Qeyd edək ki, Mahmud Mahmudov 50 il

.

Prezident və Birinci xanım Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sabiq dövlət müşaviri Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

Cinsi əlaqə zamanı nə etmək lazımdır?

İdeal cinsi münasibətlər üçün bir sıra tövsiyyələr:. Qadının cinsi yoldan doyuma çata bilməsi üçün romantik istiqamətdə sevildiyinə, qiymətli olduğuna və arzulandığına inanması lazımdır. Bu kişinin gözlərində, sözlərində

.

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib. bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasın

.

Azərbaycan elminə ağır itki - FOTO

Azərbaycanda baş müəllim vəfat edib. -a istinadən xəbər verir ki, Azərbaycan Texnologiya Universitetinin (ATU) Mexanika və nəqliyyat texnologiyaları kafedrasının baş müəllimi Natiq Vəliyev dünyasını dəyişib. Qeyd edək ki

.

Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə -a onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqd

turlar.az

yaz geyimleri 2026 qis geyimləri 2026 qadın geyimi donlar 2026 yay vaginal təmizlik xiyarın faydaları geyim kombinləri kosmetika ziyafet geyimleri qurd ve quzu dolça google haxışda