At pıtrağı güclü jenşen təsirinə malik bitkidir

At pıtrağı güclü jenşen təsirinə malik bitkidirAt pıtrağı bitkisindən raxit xəstəliyinin, allergiyanın, diatezlərin, böyrək daşı xəstəliyinin, podaqranın, şəkərli diabetin, xolisistitin, hepatitin, qəbizliyin, babasilin, eqzemanın, psoriazın, artritlərin, keçəlləşmənin, frunkulun, səpgilərin, soyuqlamanın, mastopatiyanın, aybaşı gecikmələrinin müalicəsində istifadə edilir. At pıtrağı onkoloji xəstəliklərin də müalicəsi zamanı istifadə edilən təbii müalicə vasitələrindəndir. At pıtrağı orqanizmə sidikqovucu, tərlədici, qızdırmaslıcı, iltihabəleyhinə, antitoksik, ödqovucu, şəkərsalıcı, bağırsaqları yumşaldıcı, qaşınma əleyhinə, şiş hüceyrələri əleyhinə təsir göstərir. Müalicə məqsədilə at pıtrağının çiçəklərindən, yarpaqlarından, kökündən, toxumundan və şirəsindən istifadə edilir.
*Yarpaqları
At pıtrağının gənc yarpaqlarından salatların, şorbaların hazırlanması zamanı istifadə edilir. Yarpaqlardan ədviyyat və dadlandırıcı kimi də istifadə etmək mümkündür. O C vitamini ilə zəngindir. Onun böyümüş yarpaqlarını isə çiçək açmadan əvvəl dərib, qurudub istifadə edirlər.
*Kökü
At pıtrağının torpaqda olan hissəsi qazılıb çıxarılır, təmizlənir və xırda yan köklərdən ayılır. Onu doğradıqdan sonra hissələrə ayırıb 50* tempraturda qurutmaq və lazım olan zaman istifadə etmək lazımdır. Kökün qurudulması prosesi nə qədər tez baş verərsə, onun keyfiyyəti bir o qədər yaxşı olar. Qurutduqdan sonra kök üyüdülərək toz şəklinə salınıb istifadə edilir.
At pıtrağı kökü birillik bitkidən və ilk donmadan sonra çıxarılır. Yaz aylarında isə yanlız 3-4 yarpağa malik olan bitkinin kökündən istifadə edilir.
* Toxumu
At pıtrağının toxumları tam yetişdiyi zaman və ilk donmadan sonra toplanır. Adətən bu zaman bitkini kökü ilə birlikdə çıxarırlar. Toxumlar öz səbəti ilə birlikdə toplanır və qurudularaq xırdalanır. Bu toxumlar güclü sidikqovucu təsirə malikdir. Dəmləmə zamanı 1:10 nisbətində istifadə edilir və 1 stəkan olmaqla gündə 3-4 dəfə içilir.
* Çiçəkləri
At pıtrağının çiçəkləri may-iyun aylarında toplanıb qurudulur. Çiçəklərdən hazırlanan dəmləmə allergiya əleyhinə güclü təsir göstərir, dəri xəstəliklərinin və bronxial astmanın sağalmasını sürətləndirir.
Müalicə qaydaları
Yarpaqlarının xırdalanmışından hazırlanan 1 çay qaşığı xammal gündə 4-5 dəfə olmaqla suda qarışdırılaraq qəbul edilir. Xıərdalanmış yarpaqları çaya da qarışdırıb içmək mümkündür. Bu mədə-bağırsaq və podaqra xəstəliklərinin əlamətlərini aradan qalıdırır.
Kökündən hazırlanmış dərman:
Toz halına salınmış kökü gündə 4-5 dəfə hər dəfə 1 çay qaşığı olmaqla qəbul edilir. Bu şəkərli diabet və onun əmələ gətirdiyi əlamətlərin aradan qalxmasına yardım edir. Bu müalicəni ən azı 3 həftə təkrarlamaq lazımdır.
*Yarpaq
Yarpaqlarından hazırlanmış dəmləmə 1 xörək qaşığı xırdalanmış yarpaqların 1 stəkan qaynar suda 20 dəqiqə saxlanması ilə əldə edilir. Dəmləməni su hamamında hazırlanmaq və ya 5 dəqiqə qaynatmaqla da əldə etmək mümkündür.Dəmlədikdən sonra isə 1 saat saxladıqdan sonra içmək məsləhət görülür. Yarpaqlardan hazırlanmış dəmləməni gün ərzində 3-5 stəkan və udum-udum qəbul etmək lazımdır. Davamlı olaraq bu dəmləmədən içmək saç tökülməsinin və keçəlləşmənin qarşısını alır. Oynaq ağrıları və osteoxondroz zamanı onun dəmləməsini balla qarışdıraraq ağrayan oynağa qoymaq məsləhət görülür.
*Qurudulmamış kökünün dəmləməsi: 2 xörək qaşığı xırdalanmış kökün 400 ml suda 20-30 dəqiqə qaynaması və yarım saat saxlanmasından əldə edilir. Ondan təpitmə kimi istifadə edilir. Bu təpitmə yaraların, frunkulların, dermatozların, keçəlləşmənin müalicəsi zamanı istifadə edilir.
* Toxum
Toxumların dəmləməsi 1 xörək qaşığı toxumun 200 ml qaynar suda 30 dəqiqə su hamamında və 1 saat kənarda saxlanması ilə əldə edilir. Bu dəmləmədən gündə 2-3 dəfə və hər dəfə 50 ml olmaqla qəbul etmək lazımdır. Dəmləmə yeməkdən əvvəl qəbul edilir və şişkinlikləri aradan qaldırır.
* Şirəsi
At pıtrağının şirəsi onun təzə yarpaqlarının sıxılması yolu ilə əldə edilir. Bu ət maşını, şirəçəkən və ya blender vasitəsilə həyata keçirilə bilər. Əldə edilən şirə 1:1 nisbətində şəkər tozu ilə qarışdırılır, üzərinə araq və ya spirt əlavə edilir. Qarışımın sutkalıq dozası 2-3 xörək qaşığıdır. O yeməkdəın əvvəl və yarım stəkan su ilə qəbul edilir. Müalicə kursu 3 aydır.
*Təzə kökdən hazırlanan dərman
1. Kök yaxşı yuyulur, sürtkəcdən keçirilir,1:1 nisbətində balla qarışdırılıb gündə 2 dəfə yeməkdən əvvəl qəbul edilir.
2 Kök sürtkəcdən keçirilir,1:1 nisbətində konyak və limon şirəsi ilə qarışdırılaraq yeməkdən yarım saat qabaq qəbul edilir. Qarışım gündə 2 dəfə 1 xörək qaşığı oilmaqla içilir. Bu müalicə maddələr mübadiləsini yaxşılaşdırır, həzmi sürətləndirir, yaşlanmanı zəiflədir, şəkərli diabetin orqanizmə mənfi təsirini azaldır.
*At pıtrağı yarpaqlarının xaricə tətbiqi(kompress)
Yarpaqlar ət maşınından keçirilərək xırdalanır və şişkinlik olan nahiyələrə(fibroz-kistoz mastopatiya, bərkimələr olan nahiyəyələr, frunkullar, artrit) qoyulur. Quru yarpağından hazırlanmış tozu az miqdar suda həll edərək əldə edilən qarışımı da belə nahiyyələrə qoyaraq patoloji əlamətləri azaltmaq mümkündür.
*200 qram ayipəncəsi yağı 500 qram at pıtrsağı kökünün toz halına salınmışına qarışdırılır və 3 gün saxlanılır. Bu müddət ərzində o qarışdırılır və sonra 2-3 saat su hamamında saxlanılır. Qarışım həftədə 2 dəfə saç köklərinə sürtüldükdə keçəlləşmə və saçların tökülməsi aradan qalxır. Müalicəni həftədə 2 dəfə olmaqla 2 ay müddətində aparmaq lazımdır. Bu qarışım ekzemanın, psoriasın, qaşınmamım sağalmasına səbəb olur.
*Quru kökləri 40%-li spirtdə saxlamaqla əldə edilən qarışımın 1 qaşığını gündə 3-4 dəfə içməklə dəri xəstəliklərinin sağalmasını sürətləndirmək mümkündür.
*Quru köklərin xırdalanmış tozunu eyni miqdarda bitki və ya vazilen yağına qarışdıraraq 5 gün saxladıqdan sonra 1 saat su hamamında dəmləyib istifadə etmək yanıqlar, ekzema və yaraların müalicəsində çox faydalıdır.
* At pıtrağı bitkisinin 200 qram xırdalanmış kökünü 50 qram bataqlıq ladan bitkisi və qırmızı yemişanla 3-4 litr suda 15-20 dəqiqə qaynatmaq və 1,5-2 saat kənarda dəməsindən əldə edilən qarışımı vannaya əlavə edərək vanna qəbul etmək dəri xəstəliklərinin sağalmasına səbəb olur.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1325   Tarix: 14 yanvar 2023
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

yay kolleksiyasi gelinlikler toy makiyaji sekilleri qaymaqlı krem usaq otagi dizaynlari gəlinliklər hakışta xınayaxdı kosmetika nağıllar opusme prostat qiz evi ucun balıq