ATV-nin yaraşıqlı aktyoru Cavid Gül üçün ÖZƏL GÜN
Bu gün tanınmış aparıcı Cavid Gülün doğum günüdür.
Xanim.az publika.az-a istinadən xəbər verir ki, ad gününü qeyd edən məşhur açıqlama verərək aparıcılıqdan uzaqlaşdığını deyib:
"Bir müddətlik aparıcılıqdan uzaqlaşmışam. Hazırda film çəkirəm. "Məşhur gəlin" adlanır. Filmə Afaq Gəncəli, Kamil Zeynallı, Şəhriyar Əbilov, Elariz Məmmədoğlu, Roza Zərgərli, Mətanət Əliverdiyeva, Nərgiz Mamedova və digər məşhurlar çəkilib.
Ekran işi komediya janrındadır. Rejissoru Rəfail Bağıroğlu, filmin rəhbəri isə mənəm. Yanvar ayında təqdimat etməyi planlaşdırırıq. Əsas iki böyük səhnəmiz qalıb, havalar düzələn kimi çəkilişləri tamamlayacağıq".
33 yaşını tamalayan aparıcı instaqram hesabında isə onu təbrik edənlərə təşəkkür edib:
"Təbrik edənlər də, etməyənlər də sağ olsun. Bu 33 ilimdə xoş söz deyənlər də, kefimi pozanlar da, aramızda olmadığı üçün heç nə deyə bilməyənlər də oldu. Həmişə yeni yaşıma xoş xəbərlərlə başladım, ancaq bu dəfə fərqlilik oldu. Bəlkə də, bu fərqlilik xeyirimə oldu"









Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin