"Avatar" kino tarixində rekorda imza atdı
Rejissor Ceyms Kemeronun "Avatar" filmi kino tarixində ən çox gəlir gətirən trilogiya olub.
azxeber.com xarici mətbuata istinadən xəbər verir ki, üç filmin ümumi gəliri 6 milyard dollardan çoxdur. Bu nəticəyə üçüncü hissə olan "Alov və Kül"ün uğuru nail olub. Film dünya üzrə 760 milyon dollardan çox qazanc əldə edib.
2009-cu ildə çıxan "Avatar"ın birinci hissəsi hələ də bütün zamanların ən çox gəlir gətirən filmi olaraq qalır. Dünya üzrə gəliri 2,9 milyard dollardan çoxdur. "Avatar"ın ikinci hissəsi isə 2,3 milyard dollarla üçüncü yerdədir.
Əvvəlki rekord isə "Ulduz müharibələri"nin üçlüyü — "Qüvvənin Oyanışı", "Son Jedi" və "Skywalker: Yüksəliş" filmlərinə aid idi. Onların ümumi gəliri təxminən 4,4 milyard dollar təşkil edirdi.
Axşam.az









Hakışta
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Bu qidalar beyin damarlarına zərər verə bilər
Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək
Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun