Avokado yağının faydaları

Avokado yağının faydalarıAvokado yağı sarının yaşıla çaları rəngdə, yüngül və xoş dada malik mayedir. Onun ətri qoz yağının ətrinə bənzəyir. Avokado yağı avokado meyvəsinin lətli hissəsi sıxmaqla əldə edilir. Yüksək texnoloji alətlərin hesabına avokado yağı əldə edilən zaman onun təırkibində olan vitaminlər, minerallar, yağ turşuları və bioloji aktiv maddələr öz tərkibini dəyişmir. Avokado ilk dəfə yeddi min il qabaq Mərkəzi Amerika ölkələrində yetişdirilməyə başlamışdır. İndi kasıb Meksika ailələrinin hər gün süfrələrində avokado meyvəsini görmək olur. Avokado yağının ixracına görə İspaniya dünyada birinci yerdə durur. İngiltərə kosmetologiya sahəsində avokado yağından ən çox istifadə edən ölkədir.
Necə seçməli?
Sıxılma nəticəsində əldə olunan avokado yağının tərkibində kimyəvi zərərli maddələr olmur. Təbii yağdan daima xoş qoxu gəlir və o öz təbii rəngini dəyişmir. Avokado yağı dərinin sağlamlığı üçün çox faydalıdır və onun rafinəedilmişi rafinə ediulməmişindən daha çox müsbət təsirə malikdir.
Necə saxlamalı?
Avokado yağını soyuducunun alt hissəsində 6-9 ay saxlamaq mümkündür. Yağ saxlanılan bölmənin tempraturu isə 5*-dən az olmamalıdır. 100 qram avokado yağının yağlılığı 100 qram, kaloriliyi isə 885,7 kKaloridir.
Avokado yağının tərkibi A, C, E, B, D vitaminləri ilə zəngindir. Onun tərkibindəki vitaminlərin qarışımı antioksidant və güclü immun möhkəmləndirici tərkibə malikdir. Avokado yağının tərkibində olan A və E vitaminlərinin miqdarı zeytun yağının tərkibindəkindən 5 dəfə artıqdır. Avokado yağının qiymətli xüsusiyyətlərindən biri onun dəridəki piy və yağ mübadiləsini normallaşdıra bilmək qabiliyyətinin olmasıdır. Avokado yağının tərkibində qisidin, fitosterol, fosfor turşu duzu, doşmuş və doymamış yağ turşuları (stearin, olein, palmitin, linolen), efir yağları, makro və mikro elementlər (kalium, fosfor, maqnium, dəmir, natrium, sink, marqanes, yod, kolbat və s.) var.
Faydalı və müalicəvi xüsusiyyətləri
Avokado yağının yarasağaldıcı, göbələk əleyhinə, virus əleyhinə, bakteriasid təsirləri var. O müxtəlif dəri xəstəliklərinin sağalmasına səbəb olur. Tərkibində kaliumun və maqniumun çox olması onun ürək və damar xəstəlikləri zamanı faydalı olmasına səbəb olur. Tərkibində olan E vitamnini arterial təzyiqin aşağı düşməsinə, trombların əriməsinə səbəb olur, C vitamini isə immuniteti artırır. Avokado yağından istifadə eləmək qanda olan pis xolesterinin azalmasına, damar divarlarının möhkəmlənməsinə səbəb olur. Mütəmadi olaraq avokado yağlından istifadə eləmək isə atereskleroz və infarkt əlamətlərinin azalmasına, əmələ gəlmə riskinin isə aradan qalxmasına səbəb olur.
Mütəxəssislər anemiyadan əziyyət çəkənlərə avokado yağından istifadə eləməyi məsləhət bilirlər.
Avokado yağı ödün axınını sürətləndirir. Bu səbəbdən də pankretit, öd kisəsi və qaraciyər xəstəlikləri zamanı avokado yağından istifadə etmək məsləhət görülür.
Avokado yağı orqanizmdən toksinlərin, ağır metal zəhərlənmələrinin və zərərli şlakların xaric olunmasını sürətləndirir, sərbəst radikallara qarşı mübarizə aparır.
Avokado yağı həzm sisteminin işini yüngülləşdirir, həzmi sürətləndirir və maddələr mübadiləsini yaxşılaşdırır. Qastrit, mədə və bağırsaq yaraları zamanı avokado yağından istifadə etməyin faydası çox böyükdür.
Avokado yağından istifadə etmək şəkərli diabet xəstələri üçün çox faydalıdır. Onun tərkibində olan yağ turşuları qanda şəkərin miqdarını nəzarət altına alır və aşağı düşməsinə yardım edir.
Avokado yağı sinir sisteminin möhkəmlənməsinə səbəb olur. Ondan baş ağrıları, nevrozlar, yuxusuzluq zamanı istifadə etməkdə fayda var. Hər günlük qida rasionuna avokado yağı əlavə etmək əhval-ruhiyyənin yüksəlməsinə, əqli fəaliyyətin artmasına səbəb olur.
İngilis pediatrları uzun illərdir ki, uşaq qidalarına abvokado yağı əlavə etməyi məsləhət görürlər. Bir çox hazır uşaq qidalarına isə avokado yağı qatılır.
Osteoparozun, damar xəstəliklərinin və ağız boşluğu xəstəliklərinin profilaktikası məqsədilə avokado yağından istifadə etməkdə fayda var.
Kosmetologiyada tətbiqi
Müasir kosmetologiyada avokado yağından geniş istifadə edilir. O dərinin yumşalmasına və qidalanmasına səbəb olur. Avokado yağını müxtəlif kremlərə əlavə edərək və ya tək halda krem kimi üz dərisinə sürtmək mümkündür. O dərini yumşaltmaqla yanaşı, onun vitaminə olan tələbatının da ödənməsinə səbəb olur. Avokado yağı dərinin ən alt təbəqələrinə qədər qidalanmasına və xəstəliklərdən sağalmasına səbəb olur.
Tərkibində olan kallogen maddələr dərinin möhkəmliyinin və elastikliyinin artmasına səbəb olur.
Mütəxəsssislər dərinin kosmetik və sağlam gözəlliyə malik olması üçün vaxtaşırı 10 gün dərini gündə 2 dəfə avokado yağı ilə silinməsini məsləhət görürlər. Avokado yağını düzənli olaraq dəriyə sürtmək dəridəki kiçik qırışların açılmasına səbəb olur. Avokado yağından müxtəlif kosmetoloji məhsulların hazırlanmasında istifadə edilir.
Avokado yağının zərərli xüsusiyyətləri
Xroniki və ağır qaraciyər xəstəlikləri zamanı avokado yağından istifadə etmək məsləhət görülmür.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1307   Tarix: 20 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq

"İsti havadan kəskin soyuq havaya keçid, xüsusilə ürək-damar xəstəlikləri olanlar, meteohəssas insanlar, yaşlılar və tənəffüs sistemi problemləri (astma, bronxit) olan şəxslər üçün daha təhlükəlidir". xəbər veri

.

Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər

Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığ

.

Alkoqol içənlərin beynində nə baş verir? - Alimlər səbəbini açıqladı

Yeniyetməlik dövründə təkrar və həddindən artıq alkoqol istifadəsinin beynin strukturuna və fəaliyyətinə mənfi təsir göstərdiyi müəyyənləşib. xəbər verir ki, araşdırma ABŞ-nin Marşall Universitetinin Joan C. Edwards Tib

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Həddindən artıq isti havanın sağlamlığa təsiri yalnız günvurma və susuzlaşma ilə məhdudlaşmır. Yeni araşdırma yüksək temperaturun dəri səpgiləri, böyrək çatışmazlığı, dağınıq skleroz da daxil olmaqla 33 diaqnozla əlaqəl

.

Dünəndən qalan çayı içmək olar?

Çay dünyada ən çox istifadə olunan içkilərdən biridir. Bəzən dəmlənmiş çay süfrədə saatlarla qalır, hətta ertəsi gün yenidən içilir. Bunun sağlamlıq üçün nə dərəcədə təhlükəli olması ilə bağlı isə müxtəlif iddialar yayılır

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

Nanə yağı təzyiqi aşağı sala bilər

Yeni araşdırma nanə yağının yüngül yüksək qan təzyiqi olan insanlarda təzyiq göstəricilərinə müsbət təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, bu barədə ScienceDaily məlumat yayıb. Tədqiqatda iştirak edən şəxslər

turlar.az

gozel gorunmek maskalar geyim şəkilləri gözəl xanım saçlara qulluq gavali haqqinda hakışdalar kosmetika qiz evi video birlik haqqinda əqrəb novruz hakısdası