Avtobusda Azərbaycanlı qadını zorlayan türk haqqında ŞOK!

Avtobusda Azərbaycanlı qadını zorlayan türk haqqında ŞOK!Sürücünün 48 ayrı cinayətdən barəsində şikayət olduğu üzə çıxıb

Türkiyənin paytaxtı Ankarada avtobusda Azərbaycan vətəndaşı olan qadını zorlayan sürücü haqqında yeni faktlar üzə çıxıb. İstiPress-in "Hürriyət"ə istinadla verdiyi məlumata görə, İbrahim Tuncay adlı sürücünün başqa cinayətləri də üzə çıxıb.

Sürücü haqqında daha öncə təhqir, təhdid, şantaj, əmlaka ziyan vurma kimi 48 ayrı cinayətdən barəsində şikayət olduğu, 3 dəfə cinsi istismara görə məhkum edildiyi bəlli olub.

İki uşaq anası olan 37 yaşlı qadının vəkili Hüsniye Şimşek Baş Prokurorluğa verdiyi iddia ərizəsində İbrahim Tuncayın öldürmək məqsədi ilə hərəkət etdiyini qeyd edib. Onun ərizəsində sürücü haqqında onlarla cinayətlə bağlı cinayət işinin olduğu da əks edilib.

Vəkil baş verən hadisədən sonra sürücü ilə qadın arasında daha öncə də münasibt olduğunu iddia edən Ankara şəhərdaxili avtobuslar qurumunun başçısı Ercan Soydaşdan da şikayət ərizəsi verib. Ərizədə zorlama haqqında sübutların yox edilməsi üçün avtobusun təcili sürətdə təmizlənərək yenidən ictimai nəqliyyat kimi xidmətə çıxdığı qeyd edilib.

Xatırladaq ki, zorlama hadisəsi yanvarın 6-da baş verib. Türkiyənin paytaxtı Ankarada Azərbaycan və Türkiyə vətəndaşı olan bir qadın mindiyi ictimai nəqliyyat avtobusunun sürücüsü tərəfindən cinsi təcavüzə məruz qalıb. Təcavüzkar 37 yaşlı iki uşaq anasını elə avtobusun içərisində zorlayıb. Məktəbdə ingilis dili müəllimi işləyən qadın avtobus sürücüsü İbrahim Tuncaydan "mən 200 metr irəlidə düşəcəm, minə bilərəmmi", - deyə soruşub. Sürücü isə razılıq bildirib. Ancaq sürücü çatdığı dayanacaqda düşmək istəyən qadını buraxmayıb. Qapını açmayan İbrahim Tuncay "səni qayıdanda düşürəcəm" deyərək, iki əliylə qadının boğazından yapışıb və onu avtobusun oturacaqlarından birinə sürüyüb.

Həmin gecə başına gələnlər barədə 37 yaşlı qadın sonradan polisə məlumat verib. "Avtobusdan düşərkənsə "polisə və ya birinə söyləsən səni taparam, təcavüz edirəm, boğazını kəsərəm" deyib hədələdi".

Bundan sonra sürücü İbrahim Tuncay saxlanılaraq ifadəsi alınıb. Məlum olub ki, o, zorladığı qadının üzüyünü də əlindən alıb. Buna görə də ona qarşı "zorlama və oğurluq" iddiası ilə cinayət işi başlanılıb. Öz ifadəsində isə saxlanılan şəxs qadının könüllü olaraq ona "təslim" olduğunu iddia edib. Sürücünün iddiasına görə, iki uşaq anası olan qadın ona "ara küçələrə gir, qaranlıq bir yer tap, avtobusu dayandır və sonra yanıma gəl" deyib.

Təcavüzə uğrayan qadın ittiham edildiyini eşidəndən sonra vəziyyəti pisləşərək, xəstəxanaya yerləşdirilib.

Xəbərlər     Baxılıb: 2234   Tarix: 12 yanvar 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

turlar.az

qis geyimləri 2026 reseptler adlarin menasi xınayaxdı sözləri arıqlamaq quru yemekler kartof maskasi uz ucun kosmetika heyati kahfe fali atalar sozu novruz bayrami hakisda novruz hakista