Avtomagistralda yük maşını ilə "şou" göstərən sürücü: "Əcəb eləmişəm..." – VİDEO

Avtomagistralda yük maşını ilə "şou" göstərən sürücü: "Əcəb eləmişəm..." – VİDEOSosial şəbəkələrdə yayılan və sürətli yolda əks istiqamətdə hərəkət edən yük avtomobilini izləyən hər kəs dəhşətə gəlib.

Xanim.az Xəzər TV-yə istinadən bildirir ki, bu gün yol polisi tərəfindən həmin sürücü müəyyən edilərək saxlanılıb. Məlum olub ki, sürücü həmin vaxt sərxoş olub.

Xəzər TV onun "qəhrəmanlığı" ilə bağlı fikirlərini soruşub. Cavablarından isə belə görünür ki, o heç bu gün də sərxoşluqdan ayılmayıb.

Həmin sürücü hava limanı yolunun sürət limiti saatda 120 kilometr olan hissəsində "ZİL" markalı avtomobili əks istiqamətdə idarə edib.

Bakı - Sumqayıt yolunda baş vermiş faciə nümunəsindən cəmi 1 gün sonra Heydər Əliyev prospektində bu kadrlar çəkilib. Öz istiqamətində təxminən saatda 120 kilometrlə hərəkət edən bir avtomobildəki kameraya qarşıdan gələn "Zil" düşüb. İzləyənləri dəhşətə gətirən bu görüntülərin sosial şəbəkələrdə yayılmasından sonra polis həmin sürücünü müəyyən edib.

Avtoxuliqanlıq edərək özü və digər sürücülərin həyatını təhlüyə atan 46 yaşlı Elçin Babayev 99-YP- 314 nömrə nişanlı yol polisi avtomobilinin ekipajı tərəfindən saxlanılıb və izahatında hadisəni törədərkən içkili olduğunu bildirib.

Avtoxuliqan sürücünün işi Xəzər rayon məhkəməsinə göndərilib. 5 uşaq atası olduğu öyrənilən sürücü özünə bəraət qazandırmağa çalışıb, hətta açıqlaması, etdiyi hərəkətdən daha dəhşətli olub.

Ancaq sərxoşluğu və özünü müdafiələri nəticə verməyib. Sərxoş sürücüyə Xəzər rayon məhkəməsi tərəfindən 15 sutka həbs cəzası verilib və o, sürücülük hüququndan məhrum edilib. Lakin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqis Əsədov bildirib ki, o, yük maşınını nümayişkəranə şəkildə əks istiqamətdə sürərkən də sürücülük hüququ olmayıb. Yəni bundan aylarla əvvəl bu cəzanı alıb. Məhkəmə də həmin cəzanı daha 1 il uzadıb. Bələdiyyələrdən birində tullantı daşıyan həmin avtomobili necə sürdüyü isə məlum deyil.

Xəbərlər     Baxılıb: 1665   Tarix: 12 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

5 ədəd badam yeyib idman et, gör NƏ OLUR

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər.  xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmadan danışarkə

.

Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma

Son dövrlərdə sosial mediada geniş yayılan iddialardan biri də paket çayların suya milyardlarla mikroplastik buraxması ilə bağlıdır. xəbər verir ki, bu fikir ilk baxışda narahatedici görünsə də, mütəxəssislər onun tam olara

.

"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız

"Ət yeyən bakteriya" kimi tanınan infeksiya nadir hallarda rast gəlinməsinə baxmayaraq, sürətlə inkişaf etməsi və ağır nəticələrə səbəb olması ilə diqqət çəkir. . xəbər verir ki, xəstəlik vaxtında müdaxilə olunmadıqd

.

Ağcaqanadlar ən çox onları SANCIR

Yay aylarının ən narahatedici problemlərindən biri olan ağcaqanad sancmaları ilə bağlı maraqlı faktlar açıqlanıb.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ağcaqanadlar hər kəsi eyni dərəcədə sancmır. Onlar bəzi insanlar

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

.

Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir

Alimlər cəmi iki dozada beyin iltihabını kəskin şəkildə azalda və yaddaşı bərpa edə bilən yeni bir burun spreyi hazırlayıblar . Spreyin təsirinin aylarla davam etdiyi bildirilir. xəbər verir ki, son zamanlar aparılan çoxsayl

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

.

Sumaq suyu içənlərdə o problemdən əsər-əlamət qalmır

Antioksidantlarla zəngin olan sumaq bədəndəki iltihabı azaltmaq qabiliyyəti ilə tanınır. Bu xüsusiyyəti onu sadəcə dadlandırıcı deyil, həm də profilaktik vasitəyə çevirir.  xəbər verir ki, sumaq suyu şişkinlik və həzmsizli

.

Stresi saniyələr içində yox edən MƏŞQLƏR

Beynəlxalq balet və dartınma studiyaları şəbəkəsi "LEVITA"nın baş məşqçisi Akulina Baxturina stresi dərhal aradan qaldıran ən effektiv məşqləri açıqlayıb. -a istinadən xəbər verir ki, mütəxəssis bu barədə "

turlar.az

qadin dunyasi qadin sayti qadın geyimi peçenye reseptləri əqrəb bürcü immun sistemi qidalanma qaydaları kosmetika maraqli hakistalar hakistalar seksi lakonizm uzeyir