Axsaqlıq hansı səbəblərdən baş verə bilər?

Axsaqlıq hansı səbəblərdən baş verə bilər?Axsaqlıq həm cüzi (ayaqqabıda mıx), həm də çox ciddi səbəblərdən (parez, yəni əl-ayağın qismən iflici) baş verə bilər.
Milli.Az tibb.az-a istinadən xəbər verir ki, valideynlər mümkün zədələnmə (yıxılma, zərbə və s.), oynaqlarda ağrılar, bədənin hərarətinin artması kimi hallara diqqət yetirməlidirlər. Zaman keçdikcə ağsaqlıq necə dəyişir: azalır, artır, dəyişirmi. Uşağın ayağında olan ziyillər, qabarlar, sıyrıntı, pəncədə sürtünmələr, barmaqda dırnağın içəriyə böyüməsi, ayaqqabının uşağa mane olub-olmamasına da fikir vermək lazımdır.
Ombanın anadangəlmə çıxığı: 0,2- 0,5% yenidoğulmuşlarda, xüsusən də qızlarda oğlanlardan 5-6 dəfə çox rast gəlinir. Anadangəlmə omba çıxığı olan uşağı zahirən yoxladıqda ombaların asimetriyası, sağrılarda və dizlərdə büküşlər görünür. Uşaq ombasını tam çəkə bilmir, xəstə nahiyədə isə ayaq qısa görünür, az hərəkətlidir. Bud sümüyünün başında şiş nəzərə çarpır. Uzanan vəziyətində isə onun xəstə ayağını götürüb kənara çəkəndə şıqqıltı eşidilir.
Yardım: əgər uşaqda anadangəlmə omba çıxıgının əlamətləri varsa, cərrah-travmatoloqa mümkün qədər erkən müraciət etmək lazımdır. Çıxığı yerinə salmaq mümkün olduqda uşağa massaj edilir, sarğı lövhəcikləri və ya yastıqlar vasitəsi ilə ombaların aralanması, müalicəvi gimnastika aparılır. Daha ağır hallarda cərrahi əməliyyat göstərişdir. Valideynlər müalicənı nə qədər tez başlasalar, uşağın sağalmaya şansı daha çoxdur.
Poliomielit: bu, onurğa beyninin boz maddəsinin infeksion zədələnməsi, hərəkətlərin məhdudlaşması (keyimiş parezlərın inkişafı) və ifliclə (hərəkətlərin tam dayanması) xarakterizə olunan virus məşəli xəstəlikdir. İnfeksiyanın mənbəyi xəstə insandır. Poliomielit qrip xəstəliyində olduğu kimi halsızlıqla başlayır. Sonra isə qızdırma, zəiflik, iştahanın itməsi kimi əlamətlər də qoşulur. Təxminən xəstələrin yarısında zökəm və yuxarı tənəffüs yollarının iltihabı müşahidə edilir. 1-2 gündən sonra, bəzən də erkən, əsəb sisteminin zəifləməsinin əlamətləri yaranır: baş ağrısı, qusma, əl-ayaqda və beldə ağrılar, ənsə əzələlərinin hərəkətsizliyi - əzələlərin hansı qrupun zədələnməsindən asılı olaraq, uşaqda əyripəncəlik, ayağın deformasiyası, " laxlayan" diz oynağı (diz oynağında ayağın çox bükülməsi) və ya omba sümüyünün çıxığı müşahidə olunur. Bütün bu hallarda uşaq axsamağa başlayır.
Yardım: uşaqda soyuqdəymə xəstəliyi fonunda sinir sisteminin zədələnməsi əlamətləri yarandıqda həkimi evə çağırmaq lazımdır. Poliomielitli xəstələrin müalicəsini stasionarda aparırlar. Poliomielitin profilaktikası üçün erkən yaşlarından başlayaraq uşaqlara peyvənd vurulur. Uşaqlara peyvəndlərin vurulması ilə əlaqədar sahə uşaq poliklinikasının həkim və tibb bacısı tərəfindən nəzarət edilir.
Septik artrit: axsaqlıq diz oynağının zədələnməsi zamanı baş verir. Oynaq şişir, qızarır, isti, əl vuranda isə ağrılı olur. Axsaqlıq qızdırma ilə müşayiət olunur.
Omba oynağının vərəmi: bu xəstəlik üçün yüngül, növbələnən axsaqlıqmxarakterikdir. Səhər çarpayıdan duranda və fiziki çalışmalardan sonra oynaqlarda ağrılar olur. Ağrılar dizə və budun orta hissəsinə verir. Vaxtaşırı olan ağrılar və axsaqlıq bir neçə günə və ya hətta həftəyə yox olur. Oynağın proqressiv dağılması və bud sümüyünün baş və boyun toxumalarının sorulması ilə xəstə ayaq bir qədər bükülür, o biri ayağa yaxınlaşır və içəri çevrilir.
Yardım: oynağın zədələnməsinə gətirib çıxaran əsas xəstəliyi olan vərəmi müalicə etmək lazımdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1481   Tarix: 17 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

turlar.az

kosmetika mehsullari donlar 2026 yay kolleksiyasi dolmalar zaur baxşəliyev qozlu toyuq salati qan qruplari haqqinda melumat kosmetika mekteb qoğalın nağlı vətən haqqında bayatı opusme novruz haqistalari