Ayaq damarlarını şişirdən 3 içki
Ayaqlarda qan - damar sistemlərini şişirdən 3 içki var.
Milli.Az "Medicina"ya istinadən xəbər verir ki, həkim Zaxarova müsahibəsində ayaq damarlarını şişdirən 3 içki barədə danışıb.
Varikoz damarları nadir hallarda narahatlığa səbəb olur. Lakin bəzən qabarıq damarlar digər ciddi damar problemlərinin yan təsiridir.
Epidermisin səthinin altından keçən varikoz damarları adətən qırmızı və ya mavi rəngdədir. Onlar damarlardakı qapaqlar qanın ürəyə yuxarı deyil, aşağıya doğru qayıtmasına mane olduqda meydana gəlir.
Bunun bir çox bəlli səbəbləri olsa da, çox sayda bu hal irsi olur. Bəzən müəyyən içkilərdən çox içmək damarlarda problem yaradır.
Damar sisteminə ən çox təsir edən içkilərə şəkərli, şirinləşdirilmiş içkilər, spirt və qəhvə daxildir.
Yüksək şəkər qəbulu qan dövranını pozaraq və qan axınına mane olaraq problemlərə yol açır. Bu da damarların tıxanmasına səbəb olur. Şəkər suyu udduğuna görə damar divarının genişlənməsinə, şişməsinə və qabarmasına gətirib çıxardır.
Alkoqol bədənin damar sistemində əhəmiyyətli bir gərginliyə səbəb ola bilər. Bu, bütün bədənə oksigen çatdırmaqdan məsul olan qırmızı qan hüceyrələrinin itirilməsi ilə əlaqədardır. Ayaqlarda damarlara təzyiqin artması ilə varikozun yaranması ehtimalı artır.
Qəhvə içmək damarların daralmasına səbəb olaraq oxşar fəsadlara gətirib çıxardır. Bu da xroniki venoz çatışmazlığın inkişafına zəmin yaradır. Bu da sonradan damarların şişməsinə səbəb olur.
Milli.Az / news.milli.az









Vətən haqqında bayatılar
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Röyanın adından dələduzluq - FOTO
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi