Ayaq qoxusundan qurtulmağın SADƏ YOLU: iki paket qara çayı...

Ayaq qoxusundan qurtulmağın SADƏ YOLU: iki paket qara çayı...Çox insan ayaqlarından gələn qoxudan şikayət edir. Bu, həm insanın özünə diskomfort hissi verir, həm də kənardakıları narahat edir. Lakin narahat olmayın, bunun çarəsi var. Türkiyəli dermatoloq Neslihan Dönmez ayaq qoxusuna qarşı dəmlənmiş qara çay və sirkəli suyun faydalı olduğunu deyir. Mütəxəssis onu da əlavə edir ki, ayaq qoxusuna qarşı müxtəlif dərmanlar, spreylər və ayağın hava almasını təmin edən ayaqqabılar məsləhət görülür. Amma bunlarla yanaşı, təbii üsullarla da bu problemin qarşısını almaq mümkündür. Aile.lent.az N. Dönmezin ayaq qoxusunu aradan qaldırmağın yolları ilə bağlı məsləhətlərini təqdim edir.

Dermatoloq ilk növbədə qara çayı məsləhət görür: "Çayda olan tannik turşusu bakteriyaları öldürmək üçün son dərəcədə təsirlidir. Yarım litr suya iki paket qara çay əlavə edin və 15 dəqiqə qaynadaraq dəmləyin. Soyuduqdan sonra ayaqlarınızı yarım saat bu suda saxlayın. Bunu bir həftə boyu hər axşam tətbiq edin".

Sirkə təbii antibakterialdır

Sirkəli su da ayaq qoxusuna qarşı görülən tədbirlər sırasındadır. Çünki son illərdə sirkə təbii antibakterial kimi istifadə edilməyə başlanıb: "Aparılan araşdırmalarda sirkənin bakteriya öldürmək istiqamətində təsirləri sübut edilib. Ayaqlarınızı sirkəli suda qısa müddət saxlamaq və ya sirkəli su ilə yumaq qoxudan xilas olmaq üçün tətbiq edə biləcəyiniz təbii üsullar arasındadır".

Doğru corab seçin

Ayaq qoxusu tərləyən ayaqdakı bakteriyaların bir növ ifraz çıxarması səbəbindən meydana gəlir. Mütəxəssis qoxunun aradan qaldırılması üçün tətbiq oluna biləcək digər üsulları bu cür sıralayır:

Təmizlik: Ayaqlarınızı hər gün yuyun. Ayağınızı su dolu qabda bir müddət saxlayaraq yumaq və ya sabunlayaraq yumaq da yaxşı nəticə verəcək. Ayağınızı yaxşıca qurulamaq çox əhəmiyyətlidir.

Doğru corablar: Təmiz pambıq, yun, toxunma corablar təri əmərək ayağın nəfəs almasını təmin edəcək. Əgər corablarınız nəmlənərsə, dəyişdirib təmiz corablar geyinin.

Doğru ayaqqabı: Əgər ayaqqabılarınız normadan daha möhkəmdirsə, ayağınızı tərlədə bilər. Ona görə də rahat ayaqqabılar geyinmək vacibdir. Plastik ayaqqabılar daha çox qoxuya səbəb olduğu üçün onlardan uzaq durmağınızda fayda var.

Ayaqqabı dəyişdirmək: Eyni ayaqqabını geyinərək fərqində olmadan bakteriyaların törəməsi üçün münbit mühitə şərait yaradırsınız. Ona görə də fərqli ayaqqabılar geyinərək digər ayaqqabınızın qurumasına fürsət verməyiniz də işə yarayacaq.

Bakteriyaları öldürmək: Ayaqqabılarınızı günəşin altında saxlayaraq və ya antibakterial sprey sıxaraq bakteriyaları yox edə bilərsiniz. Eyni zamanda, ayağınızı antibakterial sabunla yuyaraq da eyni nəticəni əldə edə bilərsiniz.

Ayaqqabıları yumaq: Bir çox idman ayaqqabısı və digər ayaqqabı növləri yuyulmağa uyğundur. Hətta bəziləri paltar maşınında belə yuyula bilər. Yaxşıca qurutmaq şərti ilə bu şəkildə ayaqqabılarınızdakı qoxunu tamamilə yox edə bilərsiniz.

Çılpaq ayaqla gəzmək: Xüsusilə evdə, mümkündürsə, eyvan kimi günəş görən məkanlarda yalın ayaqla gəzmək işə yarayacaq.

Bunların hamısını edirsinizsə, amma yenə də ayaq qoxusunun qarşısını ala bilmirsinizsə, həkimə müraciət edin.

Xəbərlər     Baxılıb: 1675   Tarix: 27 dekabr 2016
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Alimlər qoxunun xoş və ya xoşagəlməz olmasına beynin necə qərar verdiyini kəşf ediblər

UF Health-in yeni araşdırması bəzi qoxuların niyə iyrənc olduğunu və beynin onlara necə emosional reaksiya verdiyini izah edir. Mikrodalğada sobada bişirilən balıq təkcə mətbəxdə qalıcı bir qoxu deyil, həm də xoşagəlməz xatirələ

.

Dərinin qocalmasını ləngidən vitamin açıqlandı

Yapon tədqiqatçıları C vitamininin dərinin qocalmasını necə ləngidə biləcəyini kəşf ediblər: o, genetik mexanizmlərə təsir edərək dəri hüceyrələrinin böyüməsi və yenilənməsinə cavabdeh olan genləri aktivləşdirir. . -a istinadə

.

Nəm salfetlər təhlükəlidirmi?

Hazırda məişətdə, işdə hər yerdə ən geniş şəkildə istifadə etdiyimiz təmizləyici vasitə nəm salfetlərdir. Gözəl qoxuya sahib olan bu salfetləri alır, ondan müxtəlif məqsədlər üçün istifadə edilir. . Həkim Pərvanə Mustafayev

.

Meteohəssas insanlar üçün PROQNOZ

Sabahın tibbi-meteoroloji proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, iyunun 30-da Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanla

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Moruqla arıqlaya bilərsiniz

Tərkibindəki bir çox vitamin sayəsində immuniteti gücləndirən moruq eyni zamanda artıq çəkidən əziyyət çəkən insanların da ən yaxşı köməkçisidir. xəbər verir ki, 3 gün boyunca edəcəyiniz pəhrizlə 2-4 kiloqramadək çəki itir

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Bu meyvə şirələrini almayın! – Təhlükə aşkarlandı

Qida təhlükəsizliyi ilə bağlı narahatlıq doğuran hadisə qeydə alınıb. xəbər verir ki, Hollandiyanın tanınmış "Hero" brendinə məxsus bəzi alma şirələrində kofein aşkarlandığına görə, məhsulun satışdan yığışdırılmasın

.

Qəhvəni bu məhsulla birlikdə için – aclıq yadınızdan çıxacaq

Qəhvə ilə qoz-fındıq yalnız dadlı deyil, həm də faydalı bir birləşmədir. Bu tandem beynin fəaliyyətini dəstəkləyir, stres səviyyəsini azaldır və sizi bütün gün üçün enerji ilə təmin edir. bununla bağlı məlumatları sizə təqdi

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az geyim və ayaqqabılar geymler 2025 geyim dəbləri xinayaxdi bayatilari kısa saç düzümləri seks hekayələri 2025 dəridə səpkilər novruz hakisdalari hakıştalar cinsi penis maska