Ayaqlarınız sağlamlığınız haqqında nə deyir? Şişkinlik, uyuşma, iynəbatma hissi
Ayaqlarda meydana gələn bəzi əlamətlər bədənin ümumi vəziyyəti barədə öncədən xəbərdarlıq edə bilər.
Milli.Az e-saglam.az-a istinadən xəbər verir ki, bu səbəbdən onları görməməzlikdən gəlmək olmaz.
Soyuq ayaqlar - Tiroid problemləri, qan dövranı pozğunluğu, diabet və ya hormonal balanssızlıqla əlaqəli ola bilər. Stress də təsir göstərə bilər.
Ayaq şişməsi - Zaman-zaman normal olsa da, davamlı şişkinlik ürək, böyrək və limfa sistemində problemlərə işarədir.
Rəng dəyişməsi - Qan dövranı zəifliyi, işemiya və ya qanqren kimi ciddi vəziyyətlərin xəbərçisi ola bilər.
Uyuşma və iynəbatma hissi - B12 çatışmazlığı, diabet, periferik arterial xəstəlik və nevroloji pozğunluqların əlamətidir.
Çat ayaq və quruluq - Omeqa yağ turşuları və sink çatışmazlığı ilə əlaqəli ola bilər.
Dırnaq rənginin dəyişməsi - Göbələk infeksiyası, anemiya, sədəf və hətta melanoma kimi vəziyyətlərə işarə edə bilər.
Əgər bu simptomlar uzun müddət davam edirsə, mütləq həkimə müraciət edilməlidir.
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Ülviyyə Xəlilbəyli əri Muradla ayrılıq səbəbini ilk dəfə açıqladı
Günvurmadan necə qorunmaq olar?
Avropada müğənnilər məni təkrarlayırlar
Virtual oyunlar uşağa zərər verirmi? – Səhiyyə Nazirliyinin psixoloqundan tövsiyələr
10 dəqiqə içində yuxuya gedirsinizsə, sağlamsınız
Elnarə Abdullayevaya ağır itki
Bu qidalar stresi azaldır