Ayaqlarınızın artıq dəridən xilas olmasını istəyirsinizsə
Bu iki maddədən hazırlanan qarışım sizin ayağınızdakı mazollardan, qatılaşmış və qurumuş dəridən xilas edəcək. İstədiyinizi əldə etməyiniz üçünsə müalicəni 10 gün aparmalısınız. 10 gün sonra isə ayağınızın altının tər-təmiz olduğunun şahidi olacaqsınız. Bunun üçün siz aşağıdakılara əməl etməlisiniz.
Lazım olanlar:
* aspirin 10 ədəd
* tibbi spirt 250 qram
Aspirinlər əzilib toz halına salınır və tibbi spirtə qatılıb 1-2 gün müddətdə saxlanılır.
İstifadə qaydası:
Ayağın alt hissəsini bükəcək qədər tənzif götürülür. Tənzifin üzərinə qarışımdan sürtülür və ayağın altı bükülərək polietilen paketlə sarınır. Sarğının üstündən kip corab geyinilir və ayaqlar gecə boyu sarğıda qalır. Səhər ayaq yuyulur, yumşaldıcı krem və ya qliserin sürtülür.
Milli.Az / news.milli.az









Xiyarın möcüzəvi faydaları
Dərini zədələmədən qaralmanın sirləri: Günəşlənərkən diqqət olunmalıdır
Xroniki yorğunluq sindromu: Səbəbləri, əlamətləri və müalicə yanaşmaları
Kondisioneri neçə dərəcədə işlətmək daha düzgündür?
İsti havada çimərliyə bu qidaları aparmaq olmaz
İşdə nə edək ki, daha az yorulaq
Çılpaq yatmağın faydaları
Sağlam qaraciyər üçün qəhvə için
Fatih Terim azərbaycanlı müğənni ilə bir arada — FOTOLAR
Hər gün etdiyiniz bir vərdiş həyatınızı xilas edə bilər