Ayaqqabı seçimindəki 6 səhv

Ayaqqabı seçimindəki 6 səhvXüsusilə qadınlarda qəşəng görünmək hər vaxt ön planda olduğu üçün ayaqqabılarda rahatlıq həmişə ikinci planda qalır. Bunun nəticəsində ayaqlarda su toplanması və yara meydana gəlməsindən başqa şəkil pozuqluğu kimi çox daha ciddi problemlər ortaya çıxa bilir!

Qəşəng geyinmək ilə moda hər vaxt bir-birinə qarışdığı üçün ayağın rahat olması həmişə ikinci planda qalır.
Nəticə isə: su yığan, dərinin soyulması, döyənək bağlayan və tez-tez burxulan ayaqlar! Üstəlik gecikildiyində problem getdikcə irəliləyərək, ciddi sinir sıxışmalarına, ayaqlarda və barmaqlarda şəkil pozuqluqlarının meydana gəlməsinə və ya artmasına yol aça bilir.
Acıbadem Kozyatağı Xəstəxanası Ortopedi və Travmatoloji Mütəxəssisi Prof. Dr. Metin Türkmen, ayaq sağlamlığını qorumaq üçün ayaqqabı, bot və ya çəkmə seçərkən, diqqət yetirilməsi lazım olan nöqtələri izah edir.

Ayaqda şəkil pozuqluğuna gətirib çixaran 8 səhv!
1. Önü daralan və ayağı sıxanlar: Ayaqqabılarda ən sıx yaşanan problem, önü daralan və ayağı sıxan dar qəlib, dikdaban ayaqqabılar ya da botlar geyilməsi və bunlarla uzun müddət ayaqda qalınması. Önü daralan ayaqqabılar barmaqların rahatca hərəkət etməsini maneə törədir. Zamanla barmaqların şəkli pozulur.
2. Yüksək dikdabanlar: Yüksək dikdaban ayaqqabılarda ağırlıq daraq qisiminə keçəcəyi üçün barmaqlara həddindən artıq yüklənir və uzun davamlı istifadələr ayaq ilə barmaqlarda şəkil pozuqluqlarına səbəb olur.
3. Çox yüksək platformalılar: Qadınlar moda olduğu üçün çox yüksək platforma kimi tarazlıq pozan məhsullar istifadə edilə bilir. Ayrıca bu platformaların sərt olanları ayağın qıvrılmasını maneə törədir, digər oynaqlara həddindən artıq təzyiq göstərir.
4. Tamamilə topuqsuz olanlar: Xüsusilə gənclərin çox sıx seçdikləri tamamilə topuqsuz və həddindən artıq yumşaq, ümumiyyətlə bez və ya süet olan ayaqqabı ilə çəkmələr də təhlükəlidir. Çünki ayağı heç tutmayan, iç döşəməsi heç dəstəkləməyən bu ayaqqabılar içə basmağa meylli olanlarda bu vəziyyətin daha da pisləşməsinə səbəb ola bilir.
5. Bir nömrə böyüklər: Dikdaban ayaqqabı ya da bot seçərkən incə qəlibli məhsulların böyük nömrələrini almaq böyük bir səhvdir. Çünki ayaq önə gedincə ayaqqabı öndən vurur, arxadan boşluq qalır və topuq gedərkən hərəkət edir. Bunun nəticəsində ayaqqabılar sürtülür və yara olur.
6. Çox sərt dərilər - sərt laklı olanlar: Lazımlı əsnəmə və yumşalma olmadığı üçün ayağın funksiyalarını pozur.

İdeal bir ayaqqabı necə olmalıdır?
Ortopedi və Travmatoloji Mütəxəssisi Prof. Dr. Metin Türkmen, ayaq sağlamlığınız üçün ideal bir ayaqqabının xüsusiyyətlərini belə sıraladı:
• Ayağın şəklinə uyğun olmalı və tam oturmalıdır. Ayaq üç ölçülü olduğu üçün ayaqqabının yalnız boydan uyğun gəlməsi çatmaz, eni və yüksəkliyi də uyğun gəlməlidir. Ayağı yaxşı qavramalı və xüsusilə bilək qisimi yaxşı tutmalıdır.
• Ayağı daraqlı olanlar daha geniş qəlibli ayaqqabılar istifadə etməli, incə ayaqlı qadınlar isə incə qəlibli olanları geyməlidir.
• Ayağı dəstəkləyən bir iç döşəmə, doğru nöqtələrdə əsnəyən bir xarici döşəməsi olmalıdır.
• Ayaqqabının önü və yanları dar olmamalıdır, barmaqlar yanlardan və üstdən rahatlamalıdır.
• İçi və xarici dəri olmalıdır. Bu cür ayaqqabılar həm nəfəs aldığı üçün tərlətməz, həm də ayağın şəklinə daha asan uyğunlaşma təmin edərlər.
• Dərinin cinsi də əhəmiyyətlidir. Həssas dəriyə sahib, sümük quruluşu diqqətə çarpan və çıxıntılı olanlar ilə şəkət xəstələri xəstələri yumşaq dəriləri geyməlidir.
• Ayaqqabı döşəməsinin xarici qisimi kifayət qədər geniş olmalıdır. Xüsusilə tarazlıq və burxulma problemi olan qadınlar geniş, topuq qisimi daralmayan ayaqqabılar seçməlidir.
• Çox sərt dəri və sərt laklı yerinə, ayağın şəklini daha yaxşı alan süet və nubuk dərilər seçilməlidir.

Gözəllik və Moda     Baxılıb: 3898   Tarix: 20 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Niyə italyan qadınları bu qədər cəlbedicidirlər?

İtalyan qadınlarının gözəlliyinin sirri sehrli vasitələrdə deyil, gündəlik vərdişlərdədir. Düzgün qidalanma, təbii dəriyə qulluq, özünə sevgi və həyatdan zövq almaq qabiliyyəti onlara illərlə qadınlıqlarını qorumağa kömə

.

Təbii üsullarla dodaqları daha dolğun və baxımlı göstərmək mümkündürmü?

Dolğun və hamar dodaqlar uzun illərdir gözəllik anlayışının əsas elementlərindən biri hesab olunur. Xüsusilə son illərdə daha həcmli dodaq görünüşünə marağın artması bir çox insanı inyeksiya və kosmetoloji prosedurlarda

.

"BOLTUŞKA" - Dərinin təmizlənməsi üçün ƏN YAXŞI VASİTƏ

Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik. Bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir. Boltuşkanın reseptləri çoxdur, sizi bu reseptlərdən biri il

.

Baxımlı qadın görüntüsü yaradan 10 sadə detal

Baxımlı görünmək hər zaman bahalı geyimlər, çoxsaylı kosmetik vasitələr və ya hər gün gözəllik salonuna getmək demək deyil. Bəzən qadının ümumi görünüşünü dəyişən çox kiçik detallar olur. Təmiz və səliqəli saç, baxımlı əllər

.

50 yaşdan yuxarı qadınlara əlavə yaş qatır: bu 3 saç düzümünü etməyin

Saç düzümü insanı həm cavan göstərə, həm də əksinə – yaşlı göstərə bilər. Stilistlərin fikrincə, düzgün seçilməmiş saç modeli qadının xarici görünüşünə mənfi təsir edə bilər. Buna görə də saç kəsimi seçərkən diqqətli olma

.

Qədim dövrlərdən bu günə kimi gələn GÖZƏLLİK SİRLƏRİ

Qadınların üz dərilərinə qulluq etməsi təkcə müasir dövrdə yox, ta qədim zamanlarda da olub. Həmin vaxtlar da xanımlar müxtəliv bitkilər və digər təbii vasitələrlə dərilərinə qulluq ediblər. Belə ki, gül suyu ən çox üstünlü

.

Dairəvi üzlü xanımlar üçün ən yaxşı saç kəsimləri

Dairəvi üz üçün ən uyğun saç kəsimləri hər zaman qadınların ən çox maraqlandığı mövzulardan biridir. Güzgüyə baxarkən yanaqların daha dolğun görünməsi bir çoxuna tanış hissdir və çoxları üz formasını daha uzunsov və zəri

.

Bu ilin məşhur makiyaj trendləri hansılar olacaq?

Makiyaj dünyası, hər il yeni trendlərlə zənginləşir və kosmetika sənayesi inkişaf etdikcə, istifadəçilər daha çox müxtəlif texnikalar və məhsullar ilə tanış olur. 2025-ci il üçün gözəllik dünyasında gözlənilən ən maraql

.

Bu yağdan istifadə etməklə saç və kirpiklərinizi uzada bilərsiniz

Əgər sizin saçlarınız zəif görünür, tökülür və parlaqlığını itiribsə o zaman aşğıdakıları diqqətlə oxuyun. Siz saçlarınızın itirilmiş sağlamlığını bərpa etmək üçün bahalı kosmetik vasitələrdən və kimyəvi dərmanlardan ço

turlar.az

geyim necə seçməli aksessuarlar hamiləlik tutun faydalari ehtiras otaq dizayni haxışta sözləri kosmetika pomidor atalar sozleri google vetene aid bayatilar qaynanaya aid