Aybəniz Haşımova yubiley konsertinə hazırlaşır: Ömrümün 55 ilinin 44-ü səhnədə keçib
Əməkdar artist Aybəniz Haşımova yubiley konsertinə hazırlaşır.
azxeber.com xəbər verir ki, sənətkarın avqust ayının 22-də 55 yaşı tamam olacaq.
Ömrününün 44 ilini səhnədə keçirən ifaçı yubiley konsertinə hazırlaşır.
O tələbələri ilə bərabər verəcəyi yubiley konserti haqda deyib:
"Məncə, hələ yeni-yeni uğurların, gözəlliklərin ən gözəl zamanıdır. Bu illər ərzində cox sevərək xidmətində durduğum incəsənətimizin özümlə bərabər əsl musiqimizə gətirdiyim misilsiz istedadlarımızın səsini, ifaları səhnədə duruşlarını sevdim, fəxr etdim, qürurlandım. Yeni mövsümə balalarımızla birlikdə inanılmaz gözəl repertuarla və bu ilə gğrə böyük Yekun konsertimizə hazırlaşırıq. Ümüd edirəm ki, bu konsertimizi də çox bəyənəcəksiniz.
Aybəniz Haşımova rəhbəri olduğu "Sənət Akademiyası"nın tələbələri haqda da danışıb: Elə olur ki, həftənin hər günü onlarla görüşürəm. Onlar mənim həyatımın mənası, sevinci, gözyaşı, fəxri, qürurudurlar. Nə gözəl oldu ki, sənətimlə yanaşı Allah mənə müəllimliyi də nəsib etdi. Onların bu zəhmətkeşiyi mənə öz uşaqlığımı xatırladır.
Sənətkar bildirib ki, konsertin tarixi yaxın zamanlarda açıqlanacaq: Azərbaycan xalqı bu illər ərzində heç vaxt məni tək qoymayıb, hər zaman yanımda olub, mənə dəstək olub. Əminəm ki, tamaşaçılar bu dəfə də bizi tək qoymayacaq.









Arzuolunmaz hamiləlik
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir