Aygün illərdir "qanlı -bıçaq olduğu" Natavanın toyuna gedəcək
Xalq artisti Aygün Kazımova müğənni Natavan Həbibinin toyunda iştirak edəcək.
Qadinsyati.az xəbər verir ki, bu barədə prodüser Tolik "ATV maqazin onlarla" verilişinə açıqlamasında söyləyib.
Prodüser N. Həbibinin toyu barədə bəzi detallar açıqlayıb:
"Natavanın xeyir işini Türkiyədə olarkən bilirdim. Onun toyunun təşkilatçısı mən olacam. Natavan istəyir ki, toyunu mətbuata qapalı etsin. Mən isə bununla razılaşmıram. Deyirəm ki, jurnalistlər gəlib xoş gününü işıqlandırsınlar. Birdə gördüz ki, Aygün Kazımovayla Natavanın toyuna getdik. Onların konsertini təşkil edəcəm. 2017-ci ildə layihə reallaşacaq. Aygün və Natavan rəsmən barışıblar".
Qeyd edək ki, "Nömrə 1" yarışmasında Natavanın Aygünə qalib gəlməsi onların münasibətlərini pisləşdirmişdi. Kazımovanın həmkarının erməni milliyyətinə mənsub olduğunu açıqlamasından sonra N.Həbibi xalq artistini onun şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə məhkəməyə vermişdi.
Məhkəmənin qərarına görə, müğənni N.Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı yalan məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməli idi.
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Zaur Kamalın səhhətində problem yarandı
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Səhhəti ağırlaşan Firuzə İbadovanın vəziyyəti AÇIQLANDI
Tacir Şahmalıoğlu əməliyyat olundu