Aygün Kazımova: "Min dəfə ona demişəm ki, böyük söz danışma" - FOTO

Aygün Kazımova: "Min dəfə ona demişəm ki, böyük söz danışma" - FOTOXalq artisti Aygün Kazımova 2017-ci ildəki planlarından danışıb.

Qadınsaytı.az bildirir ki, axşam.az-a açıqlama verən müğənni maraqlı layihələr hazırladığını deyib:

"Bu ilin planları ötən ildən hazırdır. İlk növbədə, səhnə fəaliyyətimin 30 illiyini qeyd edəcəm. Deyilənə görə, xoruz ili dolça bürcünə hamıdan çox düşərli olacaq. Buna da çox inanıram".

Yanvarın 26-da ad günü olacaq A.Kazımova bu il də ənənəsinə sadiq qalacaq. O bildirib ki, maraqlı bir parti planlaşdırır:

"Ənənəmi pozmayacam. Ad günümü təmtəraqlı keçirməyi düşünürəm. Sənət dostlarım, media nümayəndələri - hamı orada olacaq. Maraqlı keçməsi üçün proqram da hazırlayıram".

Hər zaman ad günündə imicini dəyişən müğənni yeni obrazda görünəcəyini söyləyib:

"Bizim özümümüzün möhtəşəm stilistlərimiz var: Ruxa, Telman, Fuad, Zahid, Anar, Elnur Həsənov, Nigar İbrahimova, Qusik. Bu ad günümdə də böyük, ölkəmin bir nömrəli stilistlərinə müraciət etmişəm. Fuad, Ruxa, Zahid və Telmanla çalışacam. Onlarla işləmək rahatdır, öz ideyaları var, oğurluq etmirlər. Stilistin öz ideyası, zövqü olmalıdır. Bunlar da elələrindəndir. Bir dünya ulduzunun şəklini götürüb, eynisini tikdirib geyinmək, kiminsə əməyini oğurlamaq nə qədər doğrudur?".

A.Kazımova "Anar Ağakişiyev sizin haqqınızda gözəl göründüyünüzü, öz tərziniz olduğunu, amma geyimlərinizdə son vaxtlar partlayış etmədiyinizi deyib. Bu fikirlə razısınız" sualına belə cavab verib:

"Anar Ağakişiyev də yaxşı stilistdir, amma çox danışır. Həmişə də dilinin üstündə böyük problemlərlə üzləşir. Anar makiyajdan çox qrim edir. Hamı başını salıb aşağı işini görür, Anar ona-buna söz atır. Min dəfə ona demişəm ki, böyük loxma ye, amma böyük söz danışma. Xeyri yoxdur".

A.Kazımova uzun illərdir Heydər Əliyev Sarayında konsert verməməyinin səbəbini açıqlayıb. İfaçı bu il solo konsert verəcəyini deyib:

"Burada uzun müddətdir konsert verməməyimin səbəbi texniki problemlər idi. Onların da həlli yolunu tapdıq. İnşallah, 30 illik yubiley konsertimi tamaşaçılar Heydər Əliyev Sarayında seyr edəcəklər. Elə bir şou olacaq ki, hələ beləsi sarayın səhnəsində olmayıb. Konsertimin əsas yaradıcı heyəti əcnəbilər olacaq. Çox istedadlı, məşhur adlarla işləyəcəm".

Müğənni şəxsi həyatından da danışıb. "Bir müddət əvvəl sevgiliniz olmadığını dediniz. Bir çoxları buna inanmadı. Bəlkə, Aygün Kazımova sevgilisini gizlədir" sualına belə cavab verib:

"Mənim sevənlərimdən gizlin heç nəyim yoxdur. Doğrudan da şəxsi həyatımda durğunluqdur. Qoyun bu arada konsertlərimi verim, yubileyimi keçirim. Sonra sevgi haqda düşünəcəm. Şəxsi həyat qaçmır ki, gözləyər".

Xəbərlər     Baxılıb: 2060   Tarix: 17 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Ürəyi qoruyub, stressi azaldan ÇAY

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli

.

Kartof qızartmağın ən sağlam üsulu hansıdır? - Araşdırma

Araşdırmalar göstərir ki, milyonların sevimlisi olan kartof qızartmasını daha sağlam və az yağlı hazırlamağın yolu məlum olub. "Current Research in Food Science" jurnalında dərc olunan yeni elmi iş mikrodalğal

.

Zeytunla pendiri eyni anda yeyənlər təhlükə ilə üz-üzədir

Zeytun və pendir fermentləşdirilmiş qidalar olduqları üçün əslində çox faydalıdırlar. Lakin mütəxəssisləri narahat edən əsas məsələ hər iki qidanın istehsal və saxlanma mərhələsində istifadə olunan yüksək duz miqdarıdır

.

Ürək üçün ən faydalı çörək növü AÇIQLANDI

Çörək seçimi yalnız dad məsələsi deyil. Gündəlik qida rasionumuzun ayrılmaz hissəsi olan çörək düzgün seçildikdə sağlamlıq üçün də faydalı ola bilər. Bəs, hansı daha sağlamdır, tam buğda, yoxsa çovdar? . xəbər verir ki, dietoloqla

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

.

Bu dərmanlar qarın ağrısı yarada bilərlər

Qarın ağrısı və ishal hər zaman qida zəhərlənməsi demək deyil. Bəzən səbəb tam gözlənilməz ola bilər.  xəbər verir ki, qastroenteroloq Kristin Li bildirib ki, bu cür narahatlıqlar bəzi vitamin və mineral əlavələrinin qəbul

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Böyük sağlamlıq faydaları VAR

Yaşıl soğan (göy soğan) həm qida, həm də sağlamlıq baxımından olduqca faydalı tərəvəzlərdən biridir. Hər mövsüm tapa biləcəyiniz bu tərəvəzi qida rasiyonunuza mütləq əlavə etməlisiniz. .  xəbər verir ki, mütəxəssislər soğanı

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

turlar.az

reseptler kosmetoloq kosmetik vasiteler hakişta 2026 un geyimleri gəlin paltarları zirincin faydalari kosmetika xerçeng opusme bayatılarımızda vətən həsrəti kokelmek novruza aid hakışda