Aygün Kazımovadan yeni klip - Özü klipdə yoxdur
Heyranlarını hər zaman təəccübləndirməyi bacaran Xalq artisti Aygün Kazımova bu dəfə də ənənəsinə sadiq qalıb.
azxeber.com xəbər verir ki, pop diva heç bir anons vermədən "Rəqs" adlı klub tərzindəki yeni mahnısını və ona hazırlatdırdığı klipi rəsmi yutub kanalında təqdim edib.
Ölkənin əsas ulduzu yeni ifasına fərqli ekran işi ilə həyat verib. Maraqlıdır ki, bu dəfə klipdə Aygün Kazımova özü yer almayıb. Klipdə Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva və kolumbiyalı model Luis Servantes çəkiliblər.
Cütlük ekran işində cəsarətli səhnələri ilə diqqət çəkib. Əvvəlcə şəhərdə gəzintidə görünən "sevgililər", klipin sonunda hamamda duşun altında ehtiraslı anlarla izləyicilərin qarşısına çıxıblar.
Mahnının söz və musiqisi Zamiq Əliyevə (YAP10) məxsusdur. Klipin rejissoru isə son illərdə Aygün Kazımovanın bütün ekran işlərinə imza atan Selim Akardır.









Hakışta
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Bu qidalar beyin damarlarına zərər verə bilər
Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək
Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın