Aytən Səfərovanın digər telekanala keçmə səbəbləri
Teleaparıcı Aytən Səfərova ANS-dən ATV telekanalına keçib və yer dəyişməsini belə izah edib:
"Bilirsiniz ki, mən efirdə Mətanəti (Mətanət Əliverdiyevanı nəzərdə tutur- red) söymədim, təhqir etmədim deyə, mənə nə boyda təpki oldu? Hamilə ikən orada nə boyda əsəb, gərginlik və stress yaşatdılar mənə (ANS rəhbərliyini nəzərdə tutur – red).
Bilmədiyiniz şeyləri heç vaxt deməyin. Mən pula görə ANS-dən getsəydim, 2009-cu ildən gedərdim".
Xatırladaq ki, 8-ci mikrorayonda yaşayış binası yanarkən "Gündəlik" verilişinin aparıcısı Mətanət Əliverdiyeva "Bir külək idi, oldu keçdi" deyərək şərh etməsi cəmiyyətdə birmənalı qarşılanmamışdı. Daha sonra isə ANS telekanalı ATV–yə, xüsusilə də, 18 il ANS-də çalışan, sonradan ATV-yə keçən eks əməkdaşına qarşı sujet hazırlayıb, gün boyu bir neçə dəfə həmin sujeti nümayiş etdirib.
Səfərovanın yazdıqlarından bəlli olur ki, ANS telekanalının rəhbərliyi hər zaman iti və kəskin danışığı ilə seçilən aparıcısına canlı yayımdan Mətanət Əliverdiyevanı "vurmağı" tapşırıb. Rəhbərliyin bu istəyini yerinə yetirməyən Səfərova isə özü çalışdığı telekanalın rəhbərliyinin qara siyahısına düşüb. /interaz/










8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qadın kimi yaşamadığım bütün xoşbəxtlikləri qızım yaşayacaq' - Xalq artisti
Məni Vaqif Gərayzadənin ad gününə çağırmadılar
Demans riskini azaltmaq üçün ideal yuxu müddəti
Aspirin xərçəng riskini azaldır?
Ev heyvanları ilə bağlı vacib XƏBƏRDARLIQ: Səbəb tükdür?
İnsan övladı üçün hər şeydən keçər' - İlk dəfə ailəsindən danışdı
Bu saatlarda çölə ÇIXMAYIN
Azərbaycan elminə ağır itki - FOTO
Bəzi muğam ifaçıları çox tənbəldirlər' - Ceyhundan sərt tənqid
Koreyalı aktyorun cəsədi tapıldı