Az yatmaqla sağlam qalmaq mümkündürmü?

Az yatmaqla sağlam qalmaq mümkündürmü?Yaxın vaxtlarda Avstraliya alimləri yuxudan məhrum olan insanların xərçəng və ya ürək-damar xəstəliklərindən ölmə ehtimalı digər insanlardan daha yüksək olduğunu bildirmişdi. Bu elədə sensasiyalı xəbər deyil, çünki yuxu çatışmazlığının zərəri bir çox elmi işlər zamanı sübut edilmişdir. Yetkin insanlara təcili olaraq optimal yuxu rejiminə sahib olmaq tövsiyə olunur, bəs əgər insan iş və ya başqa bir səbəblə bunu edə bilmirsə nə etməlidir? Xoşbəxtlikdən alimlər işgüzar insanların sürdükləri həyat tərzinə əsasən tezliklə ölümlə üzləşməyəcəklərini qeyd edir - gün ərzində kifayət qədər fiziki aktivliyi saxlamaqla, yuxu çatışmazlığının ziyanını minimuma endirmək mümkündür.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, yuxu çatışmazlığının vurduğu ziyanlar haqqında 5 milyon insanın məlumatlarına əsaslanan 153 araşdırmanın nəticələri göstərilir. Uzun müddət yuxu çatışmazlığı şəkərli diabet, yüksək qan təzyiqi, ürək-damar xəstəlikləri, piylənmə və s. xəstəliklərə səbəb ola bilər. Elmi işlərdən birinin gedişində 7 saatdan az yuxu yatan insanların, daha artıq yuxu yatan insanlara nisbətən soyuqdəyməyə daha çox həssas olduğu sübut edilib. Yuxu və fiziki aktivliyi olmayan insanlar digərlərindən daha çox ürək-damar və digər xəstəliklərdən əziyyət çəkirlər. Bununla belə, insanlar kifayət qədər yatmasa, eyni zamanda aktiv həyat tərzi sürsə, digərlərinə nisbətən təhlükəli xəstəliklərlə az uzləşər. Söhbət gündəlik 150 dəqiqə orta və ya 75 dəqiqəlik aktiv fiziki aktivlikdən gedir. Əgər insan tez-tez yuxusuzluqdan əziyyət çəkirsə, gün ərzində aktiv yeriməklə (fitness qolbaqlardan istifadə edərək gündə 10.000 addım piyada yerimək) məşğul olmaq tövsiyə olunur. Bunu yüngül idman növü ilə də əvəz etmək olar.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 3663   Tarix: 21 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

turlar.az

adlarin menasi toy gecesi hamiləlik xinayaxdi ucun sozler sifahi xalq edebiyyati stresin elametleri qadinlarda soyuqdeyme kosmetika buga burcu hamilelik novruz hakistalari 8 mart novruz bayramına aid