Azərbaycan dilinin "ANASINI AĞLADAN" APARICILARIMIZ - ADLAR

Azərbaycan dilinin "ANASINI AĞLADAN" APARICILARIMIZ - ADLAR"Telekanalların dil monitorinqi zamanı yersiz alınmaların dilə gətirilməsi, dil normalarına əməl edilməməsi, şifahi nitqin yazıya təsiri, tələsik nitq normasından istifadə kimi pozuntulara rast gəlinib. Ən çox pozuntular fonetik, leksik, qrammatik səviyyə, üslub baxımdan normadan kənara çıxma zamanı müşahidə edilib".

Bunu Nəsimi adına Dilçilik İnstitutu Monitorinq şöbəsinin aparıcı elmi işçisi Nəzakət Qazıyeva deyib.

Onun sözlərinə görə, dövlət televiziyası da daxil olmaqla 6 telekanal monitorinqə cəlb edilib:

"Fonetik səviyyədə ən çox pozuntu interferensiya halları ilə bağlıdır. Bu da alınma sözlərin dilə uyğunlaşdırılmaması ilə əlaqədardır. Məsələn, sentyabr, tibbi, texnika, tipli sözlərdə "te" səsi "ç" kimi səsləndirilir. Fonetik səviyyədə ən çox diqqət çəkən samitlərin tələffüzü ilə bağlıdır. Məsələn, sözün əvvəlində "g" səsi, sözün sonunda "y" səsi ilə bağlı pozuntuları müşahidə edirik. Həmçinin, sözlərdə vurğunun doğru seçilməməsi kimi pozuntulara da rast gəlirik. İstanbul, Ankara, Dehli, transfer, relyef sözlərində daha çox müşahidə edirik. Yazının dilə təsiri, dialektdən irəli gələn tələffüz normalarının pozuntularını da qeydə almışıq. Biz ad çəkmək istəmirik, lakin bu cür tələffüzü hansı aparıcıların dilində rast gəlindiyini hər kəs təxmin edir. Pozuntu hallarına Azərbaycan Dövlət Televiziyasının efirində də müşahidə edirik.

Çünki elə fikir yaranmasın ki, dövlət telekanaların efirində pozuntu yoxdur. Bu telekanaların aparıcılarının dilində kifayət qədər pozuntulara rast gəlirik. Ancaq bu telekanalın fərqi səhv tezliyinin digər telekanallarla müqayisədə daha az olmasıdır. Dövlət televiziyasında daha çox interferensiya hadisəsini müşahidə edirik. İctimai Televiziyada Saleh Bağırov qələbə sözünü gələbə kimi, Xəzər televiziyasının efirində səhər verilişinin aparıcısı Xanım Yadigarlı "yeməklər" sözünü "yeməylər" kimi tələffüz edib".

N.Qazıyeva onu da vurğulayıb ki, əvvəl monitorinqin nəticələri yazılı formada təqdim edilirdi, bu da bəzi aparıcıların etirazına səbəb olurdu: "Ona görə də, buna görə də bu dəfə video formasında təqdim etmək qərarına gəldik. Leksik norma pozuntulara da gəldikdə, leksik vahidlərin normaya uyğun işlədilməməsi hallarına Xəzər TV Sevil və Sevinc bacıları, İctimai Televiziyada Saleh Bağırovun nitqində müşahidə edirik. Bu səhvlər bəzən adi gələ bilər, amma diqqət etdikdə səhvi görmək olur. "Külək dağıntı yaratdı", Space" telekanalının efirindəki süjetdə"bədirlənmiş may ayı" ifadəsinə, bir çox telekanallarda "işıq və qaz təsərrüfatı söndürülsə də", ifadələrə rast gəlirik. ATV telekanalının aparıcı Mətanət Əlverdiyeva verilişdə sponsor təqdimatında "əks göstəricisi yoxdur" ifadəsini işlərib, bu "əks göstərişi yoxdur" olmalıdır.

N.Qazıyeva onu da vurğulayıb ki, efirlərdə əcnəbi dillərdən alınmış ifadələrə çox rast gəlinir: "Zatən", "sirləri təkər-təkər açıb", "falan", "külək bizi opdovoy" aparacaq kimi sözlərə kütləvi şəkildə rast gəlirik. Qrammatik səviyyə pozuntular əsasən bir sayı ilə isimlərin cəmdə işlənməsi, inversiya hallarına rast gəlirik. Bu məsələyə diqqət etməyimizin səbəbi belə pozuntuların məna pozuntularına səbəb olmasıdır. İntonasiya ilə yanaşı, həddən artıq tələsik ifadə də informasiyanın qəbul edilməsində çətinlik yaradır.

Bu il aparılan monitorinqlərdə pozuntuların 28 faizi xəbər, 72 faizi digər verilişlərinin payına düşür. Bunun səbəbi xəbər verilişlərində daha professional jurnalistlərin işləməsidir. 2015-ci ildə televiziya aparıcılarının səhvləri daha çox fonetik səviyyədə idi, builki monitorinqdə üslüb və ifadə səhvlərinə daha çox rast gəldik".

N.Qazıyeva həmçinin monitorinqlərin nəticəsində telekanallara tövsiyələrini verib: "Xəbər proqramları aparıcıların mətnlə əvvəldən tanış olmasını, aparıcıların treninqlərdə iştirak etməsi, dil normalarına həssas yanaşılması, sadə cümlələrdən istifadə edilməsi, "hansı ki" qəlibli cümlələr, feli tərkibli ifadələrlə əvəzlənməsini tövsiyə edirik. Bununla yanaşı kütləvi verilişlərdə "təxliyyə" əvəzinə "köçürülmə" sözü ilə əvəzlənə bilər.

Xəbərlər     Baxılıb: 4229   Tarix: 30 may 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

turlar.az

qadın geyimi yemek reseptleri geyim şəkilləri nişanlılıq qan qruplari kariyera və iş həyatı keks reseptləri kosmetika haxisda burclər oglan evi bürcler qiz burcu