Azərbaycan estradasında bir ilk - 31 ifaçı "Best of Aygun" layihəsində

Azərbaycan estradasında bir ilk - 31 ifaçı Yaradıcılığı boyu hər zaman yeniliklərə imza atan Xalq artisti Aygün Kazımova Azərbaycan estrada musiqisində daha bir ilkə imza atıb. Pop diva bu dəfə 40 illik musiqi irsini bir neçə sənət dostlarının ifasında dinləyicilərə təqdim edib. 
azxeber.com xəbər verir ki, ölkənin əsas ulduzu bunun üçün 31 sənət nümayəndəsini bir araya toplayıb. Aralarında Xalq, Əməkdar artistlərin, gənc ifaçıların da yer aldığı sənətçilər Pop kraliçanın repertuarından əfsanəyə çevrilən əsərləri ilə yanaşı, dillər əzbəri olan hitlərinə yeni nəfəs veriblər.
"Best of Aygun - All stars" adlı alboma daxil olan ifaçılar arasında Xalq artistləri Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva, Əməkdar artistlər Lalə Məmmədova, Abbas Bağırov, müğənnilər Zamiq Hüseynov, Günay İbrahimli, Gülay Zeynalova, İlhamə Qasımova, İradə İbrahimova, Səidə Sultan, Miro, Azad Şabanov, Aysel Əlizadə, Elnur Məmmədov, Nigar Camal, Ayaz Babayev, Ayan Babakişiyeva, ModTeen, Yap10, Rəsul Əfəndiyev, Elnarə Xəlilova, Dilarə Kazımova, Elvin Babazadə, Murad Arif, Nərmin Kərimbəyova, Mehin Hümbətova və Nuran, Kazım Can, Fərid Mailov, Xatun Əliyeva və "Döngə" qrupu yer alıb. 
Divanın qızı İlqarə Kazımova da anasının repertuarından ən ikonik mahnılarından biri, 30 ilə yaxındır gündəmdən düşməyən "Karie qlaza" mahnısını albom üçün səsləndirib. 
Tribyut albom (Bir sənət adamına hörmət olaraq hazırlanan xüsusi albomdur. Bu cür albomlarda bir sənətçinin məşhur mahnıları başqa ifaçılar tərəfindən yenidən səsləndirilir - red.) üzərində 7 ay böyük komanda çalışıb. Hətta Kazımovanın mahnılarını bundan əvvəl oxuyan ifaçılar onu yenidən aranjiman etdirərək, fərqli formada hazırlayıblar. 
Böyük əmək sərf olunan albom dijital platformada sevənlərin ixtiyarına verilib. 
"Best of Aygun - All stars" albomunda yer alan bəzi ifaları dinləyicilər bundan əvvəl eşitsələr də, bir çoxu ilk dəfə təqdim olunub. 
Bu layihə həm Aygün Kazımovanın sənətə verdiyi töhfənin dəyərini, həm də Azərbaycan musiqisində unikal və tarixə düşəcək bir addım kimi qiymətləndirilir.
Azərbaycan estradasında bir ilk - 31 ifaçı

Şou Biznes     Baxılıb: 1172   Tarix: 05 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək

Gürcüstan musiqisinin tanınmış simaları DATO və əfsanəvi Bravo Metehi qrupu Bakıda pərəstişkarlarının qarşısına çıxacaq. xəbər verir ki, DATO və Bravo Metehi qrupunun konserti 3 noyabr 2026-cı il tarixində Heydər Əliyev Sarayınd

.

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

.

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla

.

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs

.

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

.

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

.

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

.

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

.

Süni tənəffüs aparatına qoşuldu

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan 67 yaşlı türkiyəli musiqiçi Soner Olgun yenidən xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan sənətçi süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, Olgun ötən a

turlar.az

aksessuarlar qaşların formalari geyim seçimi 1 hefteye 5 kq ariqlamaq cins 2026 daban agrilari ulduzların gözəllik sirləri kosmetika dolça laylalar aybawi zehmet ve zinet qızlıq pərdəsi