Azərbaycan kişiləri dünyada 4-cü yerdədir
Azərbaycan kişiləri orta testosteron göstəricisinə görə dünya üzrə 4-cü sırada yer alır.
Milli.Az xəbər verir ki, bu barədə "World Population Review" tərəfindən dərc edilən araşdırmada göstərilib.
Statistik məlumatlar ölkədə kişilərin orta testosteron səviyyəsinin 740 nanogram/desilitr olduğunu göstərir.
Reytinq siyahısına Özbəkistan başçılıq edir. Bu ölkədə kişilərdə testosteronun orta səviyyəsi təxminən 780 nanogram/desilitr təşkil edir. İkinci pillədə 760 nanogram/desilitr göstərici ilə Xorvatiya qərarlaşıb. İlk üçlüyü Kamerun tamamlayır.
Siyahıda 5-ci yerdə Monqolustan yer alır və bu ölkədə orta testosteron səviyyəsi 720 nanogram/desilitr olaraq qeyd edilib.
Mütəxəssislərin fikrincə, testosteron səviyyəsinə genetik faktorlar, qidalanma vərdişləri, həyat tərzi və fiziki aktivlik mühüm təsir göstərir. Bildirilir ki, bu hormon kişi sağlamlığı, əzələ gücü, enerji səviyyəsi və ümumi fiziki durumla birbaşa əlaqəlidir.
Milli.Az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Vətən haqqında bayatılar
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Oğlu Zaur Rzayevin vəsiyyətini açıqladı
Mədəniyyət Nazirliyi: Zaur Rzayev musiqisevərlərin dərin rəğbətini qazanıb
Azərbaycanlı alim vəfat etdi