Azərbaycan mədəniyyətinə daha bir İTKİ: Məşhur aktyorumuz vəfat etdi - FOTO

Azərbaycan mədəniyyətinə daha bir İTKİ: Məşhur aktyorumuz vəfat etdi - FOTOAzərbaycan Dövlət Musiqili Teatrının aktyoru Ziyadxan Cəbrayılov bu gün səhər saatlarında dünyasını dəyişib.

Qadinsayti.az xəbər verir ki, o, 1 iyun 1947-ci ildə Şamaxı rayonunda dünyaya göz açıb. 1970-ci ildə Kitabxanaçılıq Texnikumunun Mədəni-maarif şöbəsinə daxil olub. 1973-cü ildə Bakı Xalq Yaradıcılıq Evində "Qaravəlli" xalq teatrının rejissoru vəzifəsində çalışıb. 1975-ci ildə Əbilov adına Mədəniyyət Evinin Təşviqat briqadasının rəhbəri olub. 1977-ci ildə İncəsənət İnstitutunun "Musiqili-komediya aktyorluğu" fakultəsinə qəbul olunub. 1985-ci ildə "İRS" folklor ansambılında aktyor kimi fəaliyyətə başlayıb. 1970-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında (Azərbaycan Dövlət Musiqili Komediya Teatrında) aktyor kimi çalışıb. Teatrda işlədiyi müddət ərzində Əbülhəsən ("Subaylarınızdan görəsiniz", S. Ələsgərov), Kar Möhsüm ("Beş manatlıq gəlin", S. Rüstəmov), Həkim ("Hicran", S. Rəhman, E. Sabitoğlu), Aşbaz ("Məlikməmmədin nağılı"), Qəzetçi Səfdər ("Özümüz bilərik", S. Ələsgərov), Fərrux kişi ("Nəğməli Könül", E. Sabitoğlu, X. Hasilova), Biznesmen ("Məsmə xala dayımdır", R. Mustafayev), Canavar, Meşəbəyi ("Qırmızıpapaq", Y. Şvarts, E. Sabitoğlu), Axund Vəli ("Bir saat xəlifəlik", R. Şəfəq), Kələntər ("Hərənin öz ulduzu", S. Ələsgərov), Xəstə ("Məhəbbət oyunu", C. Quliyev), Cangüdən ("Səhnədə məhəbbət", S. Fərəcov), Yunis ("Talelər qovuşanda", R. Hacıyev), Polis ("Əlin cibində olsun", O. Rəcəbov), Sələmçi ("Bir günlük siğə", S. Fərəcov), Jevakin ("Evlənmə", N.V. Qoqol), Molla Salman ("Kimyagər", S. Kərimi, Ə. Ol), Əcnəbi ("Qızıl toy", O. Kazımi, R. Heydər), Zərgər ("Bankir adaxlı", E. Sabitoğlu, T. Vəliyeva), Polis ("Şeytanın yubileyi", O. Rəcəbov), Axund ("Toya bir gün qalmış", Ə. Səmədli) və başqa obrazları özünəməxsus ustalıqla canlandırıb.

Qeyd edək ki, mərhum aktyor doğulduğu Şamaxı rayonunda dəfn olunacaq.

Allah rəhmət eləsin!

Xəbərlər     Baxılıb: 7016   Tarix: 30 noyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Orqanizminizdə iltihab varsa qəhvə için

Qəhvənin orqanizmdə iltihab proseslərinə mümkün təsiri ilə bağlı yeni araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc olunub. axşam.az-a istinadən bildirir ki,  alimlərin əldə etdiyi nəticələrə əsasən, qəhvəni

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq

"İsti havadan kəskin soyuq havaya keçid, xüsusilə ürək-damar xəstəlikləri olanlar, meteohəssas insanlar, yaşlılar və tənəffüs sistemi problemləri (astma, bronxit) olan şəxslər üçün daha təhlükəlidir". xəbər veri

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər

Bədəndə çox vaxt diqqətdən kənarda qalan bəzi əlamətlər yüksək xolesterin, damarların sərtləşməsi və hətta ürək çatışmazlığına işarə edə bilər. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bədəndə ortaya çıxan bəz

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

turlar.az

toy makiyajlari qadın geyimi geyim seçimi yeni paltarlar 2026 qarağatın faydaları ayaqqabi ve cantalar displaziya kosmetika kley lekesi fitat baldıza aid hakışta sevda veten haqqinda bayatilar