Azərbaycan pomidoru: Bakıda 3 manat 50 qəpiyə, Rusiyada 50 qəpiyə? - FOTO

Bu günlərdə sosial şəbəkələrin rus seqmentində istifadəçilərdən biri Sankt-Peterburq bazarlarından birindən çəkilmiş fotoları paylaşıb. Həmin fotolara əsasən bazarda bibər cəmi 40 rubla, mandarin 25 rubla, pomidor 20, alma isə 10 rubladır...
Xanim.az virtualaz.org-a istinadən xəbər verir ki, bu fotolar haqlı olaraq jurnalistləri heyrətləndirib. Axı necə ola bilər: indi ki, tərəvəzin bol olduğu yay mövsümü deyil və bazarlarda tərəvəz bol sayılmaz, bu baxımdan qiymət də Rusiya bazarları ilə müqayisədə bu cür "qəpik-quruş" ola bilməz. Nəticədə "Komsomolskaya Pravda" qəzetinin əməkdaşları bazara yollanıblar və məsələni yerində araşdırıblar. Məlum olub ki, sosial şəbəkələrdə yayılan fotolar fotoskopla düzəldilməyib və qiymətlər doğrudan da belə aşağıdır.

Həmin fotolar şəhərin Sena meydanındakı "talkuçka"da çəkilib. Bazara daxil olan jurnalistlər girişdə dayanıb alver edən xaladan soruşublar: "Bu bazarda kiloqramı 20 rubla pomidor haradadır?". Xala "bax o cərgədə" deyib, "amma birinci cərgədən almayın, onlar 50-yə satır" - xəbərdarlığından da qalmayıb. Jurnalistlər şahidi olublar ki, satıcılar doğrudan da bibərin kiloqramını 40 rubla, pomidorun kiloqramını 20 rubla təklif edirlər. Özü də Azərbaycan pomidorunun. Ən azından piştaxtanın üzərinə yığılmış pomidorun üstündəki qiymət lövhəsində tərəvəzin Azərbaycan malı olduğu göstərilir.

Satıcılar bir ağızdan əmin edirlər ki, tərəvəzi Azərbaycan, Özbəkistan və Tackistandan gətirirlər. Əlbətdə, Moskvada dayanmaqla. "Bir hissəsini orada qoyuruq, qalanını bura gətiririk. Lakin Moskvada baha satırıq, Moskva bahalı şəhərdir" - Əzizə adlı özbək satıcı jurnalistə deyir.

Ələddin adlı digər satıcı isə daha ətraflı və inandırıcı danışır. Deyir ki, malı Sankt-Peterburqdakı Sofiysk meyvə-tərəvəz bazasından alırlar. Və ona görə ucuz satırlar ki, Azərbaycanda təzə məhsul tezliklə yetişəcək və tərəvəz çoxalacaq. "Mal üstümüzdə qalmasın deyə belə ucuz satırıq" - o əsaslandırmağa çalışır.

Qeyd edək ki, Azərbaycan son illər Rusiya bazarlarına meyvə-tərəvəz ixracını artırıb. Azərbaycanda istixanalarda yetişdirilən pomidor, xiyar, bibər, badımcan qış aylarında da Rusiyaya ixrac edilir, iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş siyasətin istiqamətlərindən biri də kənd təsərrüfatı məhsullarının ixracını genişləndirməkdir. Lakin hazırda Bakı bazarlarında pomidorun (təbii ki, yerli istehsal) 1 kiloqramı 2 manat 50 qəpikdən 3 manat 50 qəpiyə qədər dəyişir. Normal görünüşlü pomidorun 1 kiloqramı 3 manat 50 qəpikdən, yəni 140 rubldan aşağı deyil. O zaman necə olur ki, Azərbaycandan Rusiyaya ixrac edilən pomidoru bundan düz 7 dəfə ucuz qiymətə (təqribən 50 qəpiyə) satırlar?!
Azərbaycan pomidoru: Bakıda 3 manat 50 qəpiyə, Rusiyada 50 qəpiyə? - FOTOAzərbaycan pomidoru: Bakıda 3 manat 50 qəpiyə, Rusiyada 50 qəpiyə? - FOTOAzərbaycan pomidoru: Bakıda 3 manat 50 qəpiyə, Rusiyada 50 qəpiyə? - FOTO

Xəbərlər     Baxılıb: 1939   Tarix: 17 mart 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Sumaq suyu içənlərdə o problemdən əsər-əlamət qalmır

Antioksidantlarla zəngin olan sumaq bədəndəki iltihabı azaltmaq qabiliyyəti ilə tanınır. Bu xüsusiyyəti onu sadəcə dadlandırıcı deyil, həm də profilaktik vasitəyə çevirir.  xəbər verir ki, sumaq suyu şişkinlik və həzmsizli

.

Ağcaqanadlar ən çox onları SANCIR

Yay aylarının ən narahatedici problemlərindən biri olan ağcaqanad sancmaları ilə bağlı maraqlı faktlar açıqlanıb.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ağcaqanadlar hər kəsi eyni dərəcədə sancmır. Onlar bəzi insanlar

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

.

Sabunlarda təhlükəli bakteriya aşkar edildi: "Evində olan dərhal atsın"

Mikrobları məhv etmək üçün istifadə etdiyimiz antibakterial məhsullar əslində bakteriyaların mutasiyaya uğramasına və dərmanlara qarşı müqavimət qazanmasına səbəb olur.  xəbər verir ki, antibakterial məhsulların tərkibindək

.

5 ədəd badam yeyib idman et, gör NƏ OLUR

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər.  xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmadan danışarkə

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

.

Bu meyvəni budaqdan deyil, soyuducudan yeyin: Donmuş halı daha sağlam imiş

Qaragilə "beyin dostu" və "ürək qoruyucu" xüsusiyyətləri ilə tanınan super qidadır. Lakin onu dondurmaq sadəcə saxlama müddətini uzatmır, həm də içindəki şəfalı maddələri bədənimiz üçün daha əlçatan edir

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

turlar.az

kosmetika mehsullari hamiləlik kosmetik vasiteler körpə gəzintidə dil haqqinda atalar sozu islamda qadın qış ayaqqabıları kosmetika haqisda baldiza aid haxisda narin faydasi kəlamlar gözellik