Azərbaycan qadınlarını fahişəliyə məcbur edən Böyükxanımın BİABIRÇI ƏMƏLLLƏRİ

Azərbaycan qadınlarını fahişəliyə məcbur edən Böyükxanımın BİABIRÇI ƏMƏLLLƏRİİnsan alverində ittiham olunan Ağdaş rayon sakini, 1964-cü il təvəllüdlü Böyükxanım Abbasovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qadinsayti.az xəbər verir ki, Böyükxanım Abbasova 2015-ci ilin avqustunda Türkiyə Respublikasının Trabzon şəhərində Gəncə şəhər sakini Sədaqət Məmmədova (cinayət işində zərərçəkənlərin ad və soyadı şərti göstərilib) ilə rastlaşıb.

Sədaqət Məmmədovanın Trabzon şəhərinə işləməyə gəldiyini, amma işinin olmadığını bilən Böyükxanım Abbasova onu aldadaraq cinsi istismara məruz qoymaq qərarına gəlib. Bu məqsədlə Böyükxanım Abbasova Sədaqət Məmmədovanı Türkiyə Respublikasının Çankırı şəhərində işə düzəldəcəyi adı ilə aldadıb və onun razılığını aldıqdan sonra avqust ayının sonlarında həmin şəhərə gəliblər.

Böyükxanım Abbasova həmin şəhərdə Gülgəz Vəliyevanın nəzarəti altında 2015-ci ilin avqust ayının sonlarından 2015-ci ilin sentyabr ayınadək kişi müştəriləri ilə görüşdürüb və pul ödənişləri müqabilində cinsi əlaqədə olmasını təşkil edib.

Sədaqət Məmmədova iki ay ərzində kişi müştərilərlə görüşüb. Sonra o, fahişəliklə məşğul olmaqdan imtina etməyə başlayıb. Bu zaman Böyükxanım Abbasova Sədaqət Məmmədovaya hədə-qorxu gəlib.

O, Sədaqət Məmmədovanın Trabzon şəhərində fahişəliklə məşğul olduğunu yaxın qohumlarına deyəcəyini bildirib. Bu yolla hədə-qorxu gələrək Sədaqət Məmmədovanın yenidən fahişəliklə məşğul olmasına nail olub.

Sədaqət Məmmədova hədə-qorxulardan çəkinərək Trabzon şəhərindən Böyükxanım Abbasovanın olduğu Çankırı şəhərinə gəlib. Orada həmin ilin dekabrın 20-dək olan müddətdə kişi müştəriləri ilə görüşüb və pul ödənişləri müqabilində cinsi əlaqədə olub.

Böyükxanım Abbasova 6 noyabr 2015-ci il tarixdə Türkiyənin Çankırı şəhərində Səbinə Əvəzovanın Azərbaycana qayıtması üçün imkanının olmamasını bilib və bundan sui-istifadə edərək onu fahişəliyə cəlb edib.

Böyükxanım Abbasova 2015-ci ilin dekabrında Türkiyənin Adıyaman şəhərində Sevda Əliyeva ilə tanış olub. O, Sevda Əliyevanı Çankırı şəhərində işə düzəldəcəyi adı ilə onu otellərdən birində kişi müştərilərlə görüşdürüb.

Böyükxanım Abbasovanın növbəti hədəfi Sevil Xəlilova olub. O, Sevil Xəlilova ilə 5 yanvar 2016-cı ildə Gəncə şəhəri, Kəpəz rayonundakı evində görüşüb. Böyükxanım Abbasova Sevil Xəlilovanın əvvəllər onun nəzarəti altında fahişəliklə məşğul olduğunu yaxın qohumlarına deyəcəyini bildirib. O, hədə-qorxu yolu ilə Sevil Xəlilovanı həmin gün Türkiyə Respublikasına getməsini təşkil edib. Onlar Türkiyəyə gedən avtobusda görüşüblər.

Bu zaman Daxili İşlər Nazirliyinin İnsan Alveri Baş İdarəsi və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Böyükxanım Abbasova saxlanılıb.

Böyükxanım Abbasova Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək) və 144-1.2.2-ci (təkrar insan alveri törətmək) maddələri ilə ittiham edilib.

Onun barəsində olan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işini araşdıran hakim heyəti sonda Böyükxanım Abbasovanın barəsində hökm elan edib.

Məhkəmənin hökmü ilə Böyükxanım Abbasova 5 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum edilib. (teleqraf.com)

Xəbərlər     Baxılıb: 3899   Tarix: 24 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

geyim və ayaqqabılar geyim seçimi yemek reseptleri düz qarın yanıltmacalar zara ayaqqabilari 2026 qrip haqqında kosmetika öpüşme itburnu faydalı maskalar laylalar novruz bayramına aid