Bu virus dəmir dövründən bəri var imiş
Herpes virusunun 2800-dən çox yaşı var imiş.
Milli.Az-ın məlumatına görə Almaniya və Estoniya universitetlərinin alimləri müəyyən ediblər ki, insan herpes virusunun 6-cı tipi (HHV-6) dəmir dövründən bəri insanları yoluxdurur və onların genomuna daxil olur.
Araşdırmada alimlər ilk dəfə HHV-6A və HHV-6B variantlarının qədim genomlarını arxeoloji insan qalıqlarından bərpa ediblər. Təxminən 4000 sümüklü nümunə analiz edilib və 11 qədim virus genomu tapılıb. Ən erkən nümunə İtaliyada 1100-600 illər əvvəl yaşamış gənc qızdan əldə olunub. HHV-6 izlərinə həmçinin İngiltərə, Belçika, Estoniya, İtaliya və erkən tarixli Rusiya məzarlıqlarında rast gəlinib.
Alimlər qeyd ediblər ki, HHV-6 virusu xromosomlara inteqrasiya olunmaq xüsusiyyətinə malikdir. Bəzi hallarda bu virus genomu irsən ötürülür və bütün hüceyrələrdə mövcud olur, bu isə hazırda insanların təxminən 1%-ində müşahidə edilir.
Tədqiqat göstərib ki, bəzi inteqrasiyalar minilliklər əvvəl baş verib və nəsillər boyu insan populyasiyasında qorunub saxlanılıb. İngiltərənin bir neçə orta əsr sakini isə ən qədim irsi HHV-6B virusu daşıyıcıları kimi tanınıb.
Alimlər həmçinin HHV-6A və HHV-6B variantlarının təkamül fərqlərini qeyd ediblər. HHV-6A zamanla insan DNT-sinə inteqrasiya qabiliyyətini itirsə də, HHV-6B bu xüsusiyyəti qoruyub saxlayıb. Bu da virusların insanla uzunmüddətli qarşılıqlı təsirdə fərqli strategiyalara malik olduğunu göstərir.
İsmayıl
Milli.Az









Hakışta
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Güllünü öldürən doğma qızına bu cəza verildi
Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq
Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
Necla Uyqur vəfat etdi
Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil
Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı
Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır
Rihanna övladları ilə - Fotolar
Ölən qızı 11 ay əvvəl boşanıbmış
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu