Çiy yoxsa qovrulmuş keşyu daha faydalıdır? - Alimlərdən vacib nüans

Çiy yoxsa qovrulmuş keşyu daha faydalıdır? - Alimlərdən vacib nüansKeşyu ləpəsi sağlamlıq üçün olduqca faydalı bir qida sayılır. O, xüsusilə dəmir və selen mənbəyi kimi tanınır. Bir çox insan çiy keşyunun daha təbii və vitaminlərlə zəngin olduğunu düşünsə də, son tədqiqatlar bu mövzuda diqqətçəkən bir həqiqəti ortaya qoyub. Məlum olub ki, çiy keşyu daha çox qida maddəsinə sahib olsa da, orqanizm bu maddələri qovrulmuş keşyu qədər asan mənimsəyə bilmir.
Milli.Az xəbər verir ki, araşdırmalar göstərir ki, çiy keşyu dəmir və selen baxımından qovrulmuş versiyaya nisbətən bir az daha zəngindir. Məsələn, 28 qram çiy keşyuda təxminən 1,9 mq dəmir olduğu halda, qovrulmuş keşyuda bu miqdar 1,7 mq-a düşür. Selen miqdarında da bənzər fərq var: çiy keşyu günlük selen ehtiyacının 10 faizini, qovrulmuş keşyu isə təxminən 6 faizini qarşılayır. Lakin burada "anti-qida" adlanan mühüm bir faktor dövrəyə girir.
Çiy keşyunun tərkibində fitik turşusu adlı bir maddə var. Bu maddə elmdə "anti-qida" kimi tanınır, çünki o, bədənin dəmir və seleni mənimsəməsinə mane olur. Başqa sözlə, çiy keşyuda dəmir daha çox olsa da, fitik turşusu onun bağırsaqlardan qana keçməsini çətinləşdirir. Keşyu qovrulduqda isə istiliyin təsiri ilə fitik turşusunun miqdarı azalır. Bu da qovrulmuş keşyunun tərkibindəki mineralların orqanizm tərəfindən daha səmərəli şəkildə mənimsənilməsinə şərait yaradır.
Hər iki keşyu növü sağlamlıq üçün faydalıdır və seçimi əsasən şəxsi dad üstünlüklərinə görə etmək olar. Əgər məqsəd maksimum dərəcədə mineral mənimsəməkdirsə, qovrulmuş keşyu bir addım öndədir. Lakin hər iki halda keşyunun müntəzəm və ölçülü şəkildə istehlak edilməsi ürək sağlamlığı, beyin funksiyaları və stresslə mübarizə üçün əvəzsizdir.
Xatırladaq ki, mütəxəssislər müntəzəm qoz istehlakının stresslə mübarizədə effektiv olduğunu və zehni qabiliyyətləri gücləndirdiyini də elmi şəkildə sübut ediblər. Keşyu da daxil olmaqla bütün qoz-fındıq növləri ürək dostu yağlarla zəngindir.
Lalə Qüdrətova
Milli.Az

Xəbərlər     Baxılıb: 1130   Tarix: 10 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

makiyaj etmek qaydalari toy makiyajlari maskalar siqaret tergitmeyin asan yolu qadın sağlamlığı endirimli paltarlar kişi sağlamlığı kosmetika usaq seirleri novruza aid hakışda sanamalar vetene aid bayati şebnem tovuzlu