Azərbaycan təmsilçisi "Avroviziya-2021" müsabiqəsinin finalında çıxış etdi
Azərbaycan təmsilçisi Samirə Əfəndi Niderlandın Rotterdam şəhərində keçirilən "Avroviziya -2021" mahnı müsabiqəsinin finalında çıxış edib.
Azxeber.com xəbər verir ki, o, "Mata Hari" mahnısını ifa edib. Mahnını niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birs bəstələyiblər. Azərbaycan təmsilçisi 21-ci sırada çıxış edib.
Qeyd edək ki, final mərhələsində Azərbaycanla yanaşı, Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika, Ukrayna, Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan, Finlandiya, Böyük Britaniya, İspaniya, Almaniya, Fransa, İtaliya və ev sahibi Niderland təmsilçiləri çıxış edir.
Bu, sayca 65-ci müsabiqədir. Müsabiqədə 39 ölkə iştirak edib. "Avroviziya" mahnı müsabiqəsi 2020-ci ildə koronavirus pandemiyası səbəbindən təxirə salınmışdı.









Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?