Azərbaycan və Türkiyə Mübariz İbrahimov haqda film çəkir - İLK VİDEO

Azərbaycan və Türkiyə Mübariz İbrahimov haqda film çəkir - İLK VİDEOAzərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyatından bəhs edən bədii filmin tizeri yayımlanıb.

Xanim.az teleqraf.com-a istinadən xəbər verir ki, 2015-ci ildən bəri hazırlıqları davam edən filmin istehsalı Türkiyədə 15 iyulda baş verən dövlət çevrilişinə cəhdlə bağlı təxirə salınmışdı.

Türkiyənin "İST Film" şirkətinin istehsalı olan filmə Azərbaycanlı və Türkiyədən olan rejissorlar quruluş verəcək. İstehsalçı şirkət filmin Azərbaycan və Türkiyə müştərək istehsalı olacağını hələlik bildirməyib.

"İST Film" çəkilişlərin böyük əksəriyyətinin Azərbaycanda aparılacağını bildirib. Film 2018-ci ildə ekranlara çıxacaq.

Qeyd edək ki, Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinə daxil olub. 2005-ci ildə orta təhsilini başa vurub, hərbi xidmətə çağrılıb. Hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.

Bir müddət "İnter Sekyuriti" MMC-də mülki işlərdə işlədikdən sonra, 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür.

Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.

Xəbərlər     Baxılıb: 2634   Tarix: 08 aprel 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Hamiləliklə bağlı internetdə yayılan yanlış məlumatlar hansı təhlükələr yaradır? - Səhiyyə Nazirliyinin mütəxəssisi izah edir

Sosial media hamiləliklə bağlı məlumat əldə etmək üçün ən çox müraciət olunan platformalardan birinə çevrilsə də, burada yayılan hər tövsiyə etibarlı və elmi əsaslı deyil. Xüsusilə dərman qəbulu, qidalanma, doğuş və tibb

.

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Düzgün oturuş qaydası onurğanın təbii əyriliyini qoruyur və tez yorulmanın qarşısını alır. Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Elmi-Tədqiqat Travmatologiy

.

Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıq

Arıqlamaq və sağlam həyat tərzi məqsədilə karbohidrat qəbulunu tamamilə dayandıran insanların sayı artır. Bir çoxları bunun sürətli çəki itkisinə və daha sağlam bədənə gətirib çıxardığını düşünür. Lakin bəzi hallarda karbohidratları

.

Soyuducunuzda varsa, ölüm saçır

Süd, yumurta, pendir, kolbasa, eləcə də bişmiş yeməklərin düzgün saxlanılmaması ciddi sağlamlıq riskləri yarada bilər. -a istinadən bildirir ki, mütəxəssislərin tövsiyələrinə əsasən, mətbəxdə və soyuducuda tez-tez rast gəlinə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Xərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu

ABŞ-ın Moderna şirkətinin melanoma xəstələri üçün hazırladığı fərdi mRNT vaksininin klinik sınaqlarında ümidverici nəticələr əldə olunub. xarici mediaya istinadla xəbər verir ki, söhbət Moderna və Merck şirkətlərinin birg

.

Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu

Diyetoloq Loren Manaker bir həftə ərzində hər gün brokkoli yemək qərarına gəlib və təcrübənin nəticələri onu təəccübləndirib. -a istinadən xəbər verir ki, o, "Prevention" nəşrinə müsahibəsində bu tərəvəzin rasion

.

Yeni orqan kəşf edildi

Alimlər kəllə sümüyündə beynin müdafiəsində rol oynaya biləcək yeni immun strukturlar aşkar ediblər. -a istinadən xəbər verir ki, araşdırma Vaşinqton Universitetinin Tibb Fakültəsinin alimləri tərəfindən aparılıb. Nəticələ

.

Ən zərərli meyvə və giləmeyvələrin adları açıqlandı

Sağlamlıq və uzunömürlülük sahəsi üzrə mütəxəssis Diyeqo Suares bəzi meyvə və giləmeyvələri rasiondan çıxarmağı və ya azaltmağı tövsiyə edib. qafqazinfo-ya istinadən xəbər verir ki, mütəxəssis onların sağlamlıq üçün zərərl

turlar.az

qadın geyimi maskalar aksessuarlar süni qidalar gözəllik və makiyaj milli yemek terminlər kosmetika dostluq məsəllər qaynanaya aid hakiwda klitor