Azərbaycana Afrikadan gələn təhlükə - FOTOLAR

Sosial şəbəkələr müasir dövrümüzün ən zəruri tələbatlarından birinə çevrilib desək, yanılmarıq. Ancaq sosial şəbəkələrdən hərə bir məqsəd üçün istifadə edir. Məsələn, jurnalist öz yazılarını paylaşmaq, siyasətçi öz ideologiyasını yaymaq, şair öz yeni şerlərini oxucuları ilə bölüşmək üçün sosial şəbəkədən yararlanır. Uzun-uzadı sadalamağa lüzum görmədiyimiz digər kateqoriyadan olan insanlar da öz peşəsinə uyğun olaraq paylaşımlar edir. Bu paylaşımlar cəmiyyətdə tam təbii və normal qarşılanır.

Lakin sosial şəbəkələrdən qeyri-ənənəvi məqsədlər üçün istifadə edənlər də var. Kimisi sosial şəbəkələrə tanışlıq, kimisi isə pul qazanmaq üçün öz profilini yaradır. Əslində burda qeyri-adi heç nə də yoxdur. Sadəcə olaraq, müəyyən kateqoriya insanlar var ki, "tanışlıq" və "pul qazanmaq" terminlərindən eyni anda istifadə edib cəmiyyət üçün təhlükə törədirlər.

Xeyr, mən qız adları ilə "feyk" profillər açıb özlərinə səhifə yaradan "admin"ləri nəzərdə tutmuram. Mən Azərbaycan üçün daha təhlükəli olan bir məsələni gündəmə gətirmək istəyirəm. Beləcə, başlayaq...

"Feysbuk" sosial şəbəkələr içərisində ən çox Azərbaycanda istifadə olunan şəbəkələrdən biridir. Bu şəbəkədən hansısa fırıldaqçılar şantaj yolu ilə pul qazanmaq məqsədi güdür. Həmin təhlükə isə daha çox kasıbların yaşadığı, pul qazanmağı daha çox qeyri-leqal yollarla bilən Afrikadan gəlir.

Əvvəlcə xarici qız adları ilə sənə (burda oğlanlar nəzərdə tutulur – S.M.) dostluq təklifləri göndərilir. Onun profilinə baxdıqda Bakıda doğulduğu, Azərbaycanın hansısa universitetlərindən birində təhsil aldığı görünür. Üstəlik, dostluğunda olan insanların da Azərbaycandan olması bəzən səni belə fırıldaqçıların tələsinə düşməyə təhrik edir.

Profillərin "Haqqında" (İnfo) bölməsinə diqqətlə baxın!
Mən dostlarımın başına bu kimi hadisələr gəldiyindən, bunu araşdırmaq qərarına gəldim. "Andrea Martines" adlı ağ dərili əcnəbi qız profilindən dostluq təklifi gəlir.
İlk baxışdan hər şey qaydasında olduğu kimi görünür. Bakıda yaşaması, Azərbaycanda universitetdə təhsil alması hansısa onun əcnəbi tələbə olma ehtimalını artırır. Dostluq təklifi qəbul olunur.

Bu insanla bir qədər yazışdıqdan sonra səndən "Skayp" ünvanını istəyir. Məsələ isə məhz bundan sonra başlayır. "Belle Fleur" adlı profildən "Skayp" zəngi zamanı hansısa yarımçılpaq şəkildə qızın öz bədənini sizə nümayiş etdirdiyini görürsən. Əslində isə bu, səninlə danışan adam yox, hansısa "live" görüntüdən götürülmüş bir videorolik olur. Bu sənə təqdim olunanda onun doğrudan da səninlə danışan qız olduğuna inanmalı olursan. Və sonra səndən də əynindəki paltarları soyunmaq tələb olunur. Vay o hala ki sən bunu edəsən...

Sonrakı yazışmada səndən pul tələb olunur. Səbəbini soruşduqda onun əlində sənin çılpaq şəkildə videonun olduğu bildirilir. Pul göndərilməyəcəyi halda "Feysbuk"da yayılması ilə hədələnirsən.

Mən öncədən məsələlərdən xəbərdar olduğumdan, videogörüntülərsiz birbaşa mətləbə keçirəm və deyirəm: "Sənə canlı görüşməyimiz üçün 300 avro kifayət edir?"

"Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım" məsəlini düşünən qarşı profil sevincək halda pul lazım olduğunu təsdiqləyir və bu pulu Abican şəhərində açılmış hesaba göndərməyimi xahiş edir. Bu yerdə qeyd edim ki, Abican şəhəri Afrikanın mərkəzində yerləşən Kot-dİvuar adlı ölkənin və ya hamımızın daha çox eşitdiyi adla desəm, Fil Dişi Sahilinin 2 paytaxtından biridir (bu ölkənin iqtisadi cəhətdən paytaxtı Abican, siyasi cəhətdən mərkəzi şəhəri Yamusukrodur – S.T.).

Bu cür tələlərə düşməməyin yeganə yolu isə onların profilinə diqqətlə baxmaqdan keçir. Onunla ortaq dostlarınızın olması sizi yanıltmasın. Siz onun son 1 il ərzində etdiyi hərəkətləri diqqətdə saxlayın. Əgər həmin insan ancaq gün ərzində çox sayda oğlanları dostluğuna qəbul edirsə, yaşadığı yeri Bakı, təhsil aldığı məkan kimi Azərbaycan universitetlərindən birini göstərirsə, deməli, bu, "feyk" profildir. Dostluğunuza qəbul etməyin, bir müddətdən sonra həmin profilin sizə dostluq sorğusu göndərənlər arasında olmadığını görəcəksiniz.

Bu cür insanlar Azərbaycanda 5 ilədək azadlıqdan məhrum edilə bilərlər
Bəs şantaj yolu ilə pul qazanmaq istəyən belə insanlar cinayət məsuliyyətinə cəlb oluna bilərmi? İnboks yazışmaları cinayət tərkibi yaratmaq üçün əsas verirmi? Bunun üçün Vəkillər Kollegiyasının üzvü Aqşin Kərimovla əlaqə saxladıq.

Kərimov deyir ki, burda cinayət tərkibi var. Cinayət Məcəlləsinin 182.1-ci maddəsində deyilir: "Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə — 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Ekspertimiz bu məsələnin nəticəsinin nə olmasından asılı olmayaraq, araşdırılmalı olduğunu bildirir: "Əgər şikayət varsa, cinayət məsuliyyəti hər bir halda fakt üzrə açılmalıdır. Bundan sonra cinayətin araşdırılması istintaqın işidir. Düzdür, hüquqi cəhətdən Azərbaycan praktikasında kibernetika sahəsi üzrə şantaja görə kiminsə məsuliyyətə cəlb olunması halı azdır. Ancaq istənilən halda cinayət tərkibi yaranıbsa, bu məsələ araşdırılmalıdır. Həmin adamın tapılıb məsuliyyətə cəlb olunub-olunmamasından asılı olmayaraq".

"İnterpol" bu məsələni araşdıra bilər
Aqşin bəy deyir ki, bu məsələdə "İnterpol"un da köməyindən yararlanmaq mümkündür: "Bunun üçün "İnterpol"un Bakıdakı bürosuna da müraciət etmək olar. Onlar daha çox beynəlxalq cinayətləri araşdırsalar da, bu məsələdə köməkləri dəyə bilər. "İnterpol" və ya bizim hüquq-mühafizə orqanlarımız "Feysbuk" rəhbərliyinə sorğu göndərib həmin adamın kimliyini müəyyənləşdirməyə çalışa bilər. Hansı ünvandan, hansı İP-dən bu profilə daxil olunduğunu tapmaq mümkündür. Həmçinin bizim hüquq-mühafizə orqanlarımızın əməkdaşları da bu məsələni araşdırmaq üçün həmin ölkəyə ezam oluna bilər. Təbii ki, həmin ölkədən icazə alınması şərti ilə. Cinayətkar tapılarsa, onun ekstradisiya məsələsi gündəmə gətirilə bilər".

Cinayət məsələləri üzrə ekspert Vüqar Babayev isə bildirir ki, həmin adamı göndərilən bank hesabı vasitəsilə də tapmaq mümkündür: "Görək bu pul kimə köçürülür? Hər halda həmin adamın adı yanlış olası deyil ki. Bəlkə də həmin adam Kanadada oturur. Ancaq Afrika vasitəsilə bu pul köçürməni edirlər ki, iz itirsinlər. Bu həmçinin çirkli pulların yuyulması prosesidir. Cinayətkarlar bəzən ikinci dərəcəli ölkələrin bankları ilə pul köçürmələri edərək qeyri-leqal pullarını leqallaşdırırlar. Ümumilikdə bu cinayətin arxasında kimin durduğunu, həmin profildən kimin istifadə etdiyini müəyyənləşdirmək çox çətindir. Lakin tapılması da mümkünsüz deyil. Sadəcə olaraq bu, çox vaxt aparan məsələdir".
Yeri gəlmişkən, onların pul tələb etməsinə dair digər nümunəni də göstərə bilərəm. Gürcüstandan olan tanışımız da "Andrea Martines" adlı profilin ondan pul tələb etməsindən şikayətlənir. Yəni, bu problem tək Azərbaycanda yox, digər qonşu ölkələrdə də yaşanır.
Azərbaycana Afrikadan gələn təhlükə - FOTOLARAzərbaycana Afrikadan gələn təhlükə - FOTOLARAzərbaycana Afrikadan gələn təhlükə - FOTOLARAzərbaycana Afrikadan gələn təhlükə - FOTOLARAzərbaycana Afrikadan gələn təhlükə - FOTOLARAzərbaycana Afrikadan gələn təhlükə - FOTOLARAzərbaycana Afrikadan gələn təhlükə - FOTOLARAzərbaycana Afrikadan gələn təhlükə - FOTOLAR

Xəbərlər     Baxılıb: 1581   Tarix: 21 aprel 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Göylərdən gələn hədiyyə': Biri 20 manata satılır

Papaya tərkibindəki zəngin minerallar və xüsusi fermentlər sayəsində sadəcə bir qida deyil, həm də müalicəvi vasitə kimi qəbul edilir.  xəbər verir ki, papayanın tərkibindəki ən vacib maddə olan papain fermenti proteinləri

.

Bir məşq səkkiz xroniki xəstəlik riskini azaldır

Tədqiqatçılar Böyük Britaniya Biobank məlumatlarından istifadə edərək təxminən 470 min insanın hərəkətlərini 9 il boyunca izləyiblər. Nəticələr göstərib ki, ümumi fiziki fəallığının cəmi 4 faizini yüksək intensivlikli məşqlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir

Səhərlər kifayət qədər yuxu alınmasına baxmayaraq halsız, ağrılı və yorğun oyanmaq yalnız yuxusuzluqla əlaqəli olmaya bilər. xəbər verir ki, bu hal xüsusilə iltihabi revmatik xəstəliklər başda olmaqla bir sıra ciddi sağlamlı

.

Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB

Sağ tərəfin "kişi" enerjisini, sol tərəfin isə "qadın" enerjisini təmsil etdiyi iddiaları yenidən ortaya çıxıb. xəbər verir ki, ilk baxışdan əhəmiyyətsiz kimi görünsə də, bunun hətta münasibət dinamikasın

.

Bazarda 2 manata satılan bu möcüzə qaraciyəri yeniləyir

Torpağın altında gizlənən bu bənövşəyi möcüzə təkcə rəngi ilə deyil, elmi araşdırmalarla sübut olunmuş faydaları ilə sağlamlıq reseptlərinin əvəzolunmazına çevrilib.  xəbər verir ki, qidalanma mütəxəssisləri vurğulayırla

.

Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr

Dişlərin gündəlik fırçalanması sağlam həyat tərzinin ayrılmaz hissəsidir. Mütəxəssislər bildirirlər ki, dişləri hər gün düzgün qaydada təmizləmək diş çürüməsi və diş əti xəstəlikləri riskini ciddi şəkildə azaldır. xəbər veri

.

Gen terapiyası ilə çox yaşamaq mümkündür?

Dr. Syuell gen terapiyasını belə izah edir: "Problemin yaranmasına icazə verib sonra onun fəsadları ilə mübarizə aparmaq əvəzinə, problemin ən başdan yaranmasının qarşısını alırıq". Onun fikrincə, gen terapiyas

.

Qarğıdalının bilmədiyimiz faydaları

PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngin olan qarğıdalının bir çox faydası var.  həmin faydaları təqdim edir:. 1. Tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsi

turlar.az

yay kolleksiyasi qadin dunyasi kosmetika mehsullari hicab baglama usullari qadin sayti gozalti qaralar ucun yuxuyozmalar kosmetika arxadan olmaq aslan cinsi elaqe vidyolar dolça