Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan vurur
Bəzi vitaminlərin həddindən artıq qəbulu ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Məsələn, orqanizmdə "E" vitamininin artıq olması insult riskini artırır.
Milli.Az-ın verdiyi məlumata görə, bu barədə rusiyalı kardioloq İosif Şubitidze məlumat verib.
"E vitamini yüksək dozada qəbul edildikdə ürək üçün təhlükəli ola bilər. Araşdırmalar göstərib ki, onun həddindən artıq qəbulu ürək-damar xəstəlikləri və insult riskini artırır. Bu, vitamin "E"nin qanın laxtalanmasına təsir etməsi və damar sisteminin vəziyyətinə mənfi təsir göstərməsi ilə bağlıdır. Həmçinin "A" vitamininin yüksək dozası da toksik ola bilər. Onun həddindən artıq qəbulu arterial təzyiqin yüksəlməsinə və ürək fəaliyyətinin tənzimlənməsində pozulmalara səbəb ola bilər. "A" vitaminini ən yaxşı şəkildə təbii mənbələrdən - tərəvəz və meyvələrdən (məsələn, yerkökü, ispanaq, şirin kartof) almaq tövsiyə olunur, əlavə preparatlar şəklində deyil", - deyə Şubitidze vurğulayıb.
Bundan əlavə, "omega-3" yağ turşularının artıq qəbulu da ürəyə zərər verə bilər. Həddindən artıq miqdarda qəbul edildikdə, bu maddə ürək ritminin pozulmasına və ürək əzələsi hüceyrələri (kardiomiositlər) arasında impuls ötürülməsinin zəifləməsinə səbəb ola bilər.
"Həmçinin geniş yayılmış əlavələrdən biri də kaliumdur. Bu, həyati vacib mikroelementdir və ürək-damar sisteminin normal fəaliyyəti üçün əsas rol oynayır. Kalium ürək ritmini tənzimləməyə və qan təzyiqini normada saxlamağa kömək edir. Lakin onun yüksək səviyyəsi ciddi ürək aritmiyalarına və hətta ürəyin dayanmasına səbəb ola bilər", - deyə kardioloq əlavə edib.
Mütəxəssislər bildirirlər ki, xüsusilə ürəklə bağlı problemlər mövcuddursa, hər hansı bir qida əlavəsi qəbul etməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək vacibdir. /Oxu.Az
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Evdə stress yaradan 5 şey
Nuran yeni layihəsini təqdim etdi
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi