Alça yedikdən sonra bunu edin
Alça yay mövsümünün ən məşhur meyvələrindən biridir. Mütəxəssislər alça yedikdən sonra nə etməli olduğuna dair məsləhətlər veriblər.
Milli.Az xəbər verir ki, mütəxəssislər xüsusilə turş və şəkərli qidalar, qazlı içkilər qəbul etdikdən sonra dişlərinizi fırçalamamaq barədə xəbərdarlıq ediblər.
Təzə meyvə və bəzi bitki çayları kimi sağlam qidalarla yanaşı, turşulu içkilər, turş və ya şəkərli qidalar da diş eroziyasına səbəb olur. Aparılan araşdırma nəticəsində məlum olub ki, sitrus meyvələrini gündə iki dəfədən çox istehlak edənlərin diş eroziyası riski sitrus meyvələrini tez-tez istehlak etməyənlərə nisbətən 37 dəfə daha yüksəkdir. Bundan əlavə həftədə bir dəfə və ya daha çox alma sirkəsi və ya idman içkiləri istehlak edənlər və hər gün qazlı içkilər qəbul edənlər də risk qrupundadır. Bu vərdişlər dişlərdə turşu eroziyası ehtimalını 4-10 dəfə artırır.
Peşəkarlar məsləhət görür ki, yeməkdən dərhal sonra dişlərinizi fırçalamayın. Xüsusilə turş yemək və ya içkilərdən dərhal sonra dişlərinizi fırçalamayın. Turş içkilər, idman içkiləri, qidalar, meyvələr, sitrus meyvələri diş minasını yumşaldır. Bu qidaları qəbul etdikdən dərhal sonra dişlərinizi fırçalamaq turşunun diş minasına təsirini sürətləndirə və alt təbəqəni aşındıra bilər. Çünki yemək zamanı dişlərə yapışan qalıqlar qısa müddətdə turşuya çevrilir. Yeməkdən dərhal sonra dişlərinizi fırçalamaq həmin turşunun ağızda yayılmasına səbəb olur. Beləliklə, turşu dişlərin emalı və dayanıqlılığını çox azaldır. Dişlərinizi yeməkdən 1-2 saat sonra fırçalayın, əslində ən ideal şey gecə yatmazdan əvvəl fırçalamaqdır.
Sadə həll yolu budur ki, alça və ya başqa turş qidalar qəbul etdikdən sonra ağzınızı ilıq su ilə yaxalayın. Sonra 1 stəkan su için. (Axşam.az)
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Evdə stress yaradan 5 şey
Nuran yeni layihəsini təqdim etdi
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi