Azərbaycanda 15 yaşdan yuxarı əhalinin 8,1 faizində həddindən artıq piylənmə var

Azərbaycanda 15 yaşdan yuxarı əhalinin 8,1 faizində həddindən artıq piylənmə varAzərbaycanda 15 yaşdan yuxarı əhalinin 8,1 faizində həddindən artıq piylənmə müşahidə edilir, 47,7 faizinin bədəni isə piylənmə ərəfəsindədir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə 2019-cu ildə aparılmış ev təsərrüfatları tədqiqatının məlumatlarında qeyd edilib.
Ümumdünya Səhiyyə Təşkilatının normaları əsasında aparılmış tədqiqatın nəticələrinə görə, yaşı 15-dən çox olan insanların 43,1 faizinin bədən çəkisi normal, 1,1 faizinin çəkisi normadan azdır.
Həddindən artıq piylənmənin müşahidə edildiyi insanların əksəriyyəti yaşı 45-dən çox olan şəxslərdir.
Ölkədə 15-19 yaşlı əhalinin 0,2 faizinin, 20-44 yaşlı əhalinin 3,8 faizində, 45-64 yaşlı əhalinin 13,5 faizində, yaşı 65-dən çox olanların 14,8 faizində həddindən artıq piylənmə var.
Piylənmənin müşahidə edildiyi insanlar arasında qadınların sayı daha çoxdur. Ölkənin 15 yaşdan yuxarı kişi əhalisinin 7, qadın əhalisinin 9,1 faizində həddindən artıq piylənmə müşahidə edilir.
Ümumilikdə, Azərbaycanın yaşı 15-dən çox əhalinin 47,7 faizinin bədəni piylənmə ərəfəsindədir. 15-19 yaşlı əhalinin 5,2 faizinin, 20-44 yaşlı əhalinin 41,6 faizinin, 45-64 yaşlı əhalinin 61,8 faizinin, yaşı 65-dən çox olanların 57,6 faizinin bədən çəkisi piylənmə ərəfəsinə gəlib çatıb.
Azərbaycanda bədən çəkisində piylənmənin müşahidə edildiyi kişilərin sayı qadınlara nisbətən az olsa da, piylənmə ərəfəsində olan kişilərin sayı qadınlarla müqayisədə daha çoxdur və bu say çoxluğu 20 yaşdan sonrakı bütün yaş qruplarında özünü göstərir.
Ölkənin 15 yaşdan yuxarı kişi əhalisinin 51,9 faizi, qadınların 43,9 faizi piylənmə ərəfəsindədir.
Bədən çəkisi artıq olanların sayına gəldikdə, ölkədəki 15 yaşdan yuxarı kişilərin 3,4 faizinin, qadınların isə 4,8 faizinin bədən çəkisi çoxdur.
Ölkədə artıq bədən çəkili 15-19 yaşlı kişi və qadınların faiz göstəricisi eyni (0,1 faiz) olsa da, sonrakı yaş qruplarında bu göstərici dəyişib.
Bədən çəkisi çox olan 20-44 yaşlı kişilərin sayının qadınların sayından daha çox olmasına baxmayaraq, 45 yaşdan sonra çəkisi artıq olan qadınların sayı kişilərin sayını üstələyib.
Tədqiqatın nəticələrinə əsasən, Azərbaycanda 15 yaşdan yuxarı əhalinin orta boyu 167,4 sm, orta çəkisi 68,9 kq-dır.
Artıq bədən çəkili 45-64 yaşlı insanların orta boyu 168,2 sm, orta çəkisi 68,9 kq-dır. Yaşı 65-dən şox olanların orta boyu 166,6 sm, orta çəkisi 71,4 kq-dır.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, 1975-ci ildən indiyədək piylənmə müşahidə edilən dünya əhalisinin sayı 3 dəfəyə qədər artıb.
ABŞ-ın Xəstəliklərin İdarə Olunması və Qarşısının alınması Mərkəzinin apardığı tədqiqat nəticəsində müəyyən edilib ki, yüksək gəlirə və ali təhsilə malik olan qadınlar aşağı gəlirli qadınlara nisbətən piylənmədən daha az əziyyət çəkirlər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1271   Tarix: 02 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

geyim necə seçməli qis geyimləri 2026 toy makiyaji sekilleri azerbaycan xalq mahnilari adlari pnevmoniya xesteliyi gül buketləri metbex kosmetika qizlar hakista sozler balıq vətənə aid atalar sözləri aydin sani