Azərbaycanda 19 yaşlı qızın yumurtalığından çənə sümüyü, dil və saç çıxdı - VİDEO - FOTO

Azərbaycanda 19 yaşlı qızın yumurtalığından çənə sümüyü, dil və saç çıxdı - VİDEO - FOTOBakıda ginekoloji əməliyyat zamanı hər kəsi heyrətləndirəcək hadisə baş verib.
19 yaşlı qız yumurtalıqların dermoid kisti səbəbindən laporoskopik əməliyyata alınıb. Kistin içindən çıxanlar isə Azərbaycanda nadir görülən tibbi klinik fakt kimi dəyərləndirilə bilər.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, uzman cərrah mama ginekoloq Xəyalə Muradova tərəfindən icra olunan əməliyyatda kist çıxaran zaman kistin içindən böyük insana məxsus, üzərində dişlər olan üst çənə sümüyü, dil və saçlar aşkar olunub. Çənə sümüyü sanki protezə bənzəyir.
Təbii ki, qızın kiminsə çənə sümüyünü və ya prorezini bütov uda bilməsi ehtimalından söhbət gedə bilməz, bu halda belə səbəb tibdə istisna olunur. Bəs diş, çənə, dil yumurtalığa necə düşüb?
Medicina.az-a açıqlama verən uzman ginekoloq kliniki hala aydınlıq gətirdi.
Məlum oldu ki, hər şey pasiyent hələ ana bətnində olarkən başlayıb.
"Pasiyent yeni ailə qurmuş xanımdır. Sol qalça çuxurunda ağrılar, dözülməz ağrılı menstruasiya şikayətləri ilə gəlmişdi. USM müayinəsində yumurtalıqda 15 sm-lik dermoid kist içərisində sümük toxumasına bənzər toxuma, yağ, saç kütləsi görüldü. Laporoskopik əməliyyat zamanı kütlənin içini açarkən içərisində saç, piy kütləsi ilə yanaşı, böyük insanın üst çənə sümüyü, kiçik rudimentar dil toxuması aşkarladıq.
Dermoid kist pasiyent hələ ana bətnində embrional dönəmdə olarkən germ hüceyrələrin differensasiya etməsi zamanı yumurtalıq toxumasına köç etmiş saç, diş, sümük, dırnaq, sinir, yağ və digər hüceyrələrdən əmələ gəlir.
Həyatımızın müəyyən dönəmində, daha gənc yaşlarda bu hüceyrələrdən kistlər əmələ gəlir. 3% hallarda xərçəngə çevrilmə ehtimalı olduğu üçün kistlər xaric edilməlidir.
Bu pasiyentdə hüceyrələr alt çənə kimi inkişaf edərək böyümüş, hətta dişlər də əmələ gəlmişdir. Sanki yumurtalıq saçlı, dişli, damaqlı, dilli yeni bir orqanizm yaratmağa çalışıb, amma proses yarımçıq qalıb. Belə deyək, bu çənənin yaşı pasiyentin yaşı qədərdir. Görülən bu anomal halın tibbi izahı budur".
Həmin əməliyyatda çıxarılan kistin videosunu təqdim edirik.

Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1629   Tarix: 10 mart 2020
f Paylaş

Oxşar xəbərlər

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

turlar.az

hamiləlik geyim necə seçməli kosmetoloq qazan kotleti sepkilere qarsi mualice hüquq və qadın haqları ciyər qovurması kosmetika burclerin uyumu gozellik heyati hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz rus dili