Azərbaycanda 60 günlük körpə qidadan öldü - İlk 6 ay qətiyyən başqa yemək olmaz - SƏBƏB

Azərbaycanda 60 günlük körpə qidadan öldü - İlk 6 ay qətiyyən başqa yemək olmaz - SƏBƏBAbşeron rayonunda 2 aylıq körpə bədbəxt hadisə nəticəsində ölüb. 23 oktyabr 2025-ci il təvəllüdlü Rəvanə Muxtarova yaşadığı Xırdalan şəhərindəki evdə boğazında qida qalması nəticəsində boğularaq vəfat edib.
Milli.Az xəbər verir ki, 2 aylıq körpəyə ana südü və uşaq qidasından başqa nəsə vermək 6 ay boyunca qətiyyən tövsiyyə olunmur.
Körpəyə ilk 6 ay ərzində ana südü və ya smesdən başqa qida verilməməsinin əsas səbəbi onun həzm, immun və sinir sistemlərinin hələ tam formalaşmamasıdır. Doğuşdan sonra ilk aylar körpənin orqanizmi yalnız ana südü və ya uyğunlaşdırılmış smesi həzm edə biləcək səviyyədə inkişaf edir və digər qidalar sağlamlıq üçün risk yarada bilər.
Bu dövrdə körpənin mədəsi və bağırsaqları bərk və yarımbərk qidaları parçalamaq üçün lazım olan fermentləri kifayət qədər ifraz etmir. Nəticədə əlavə qidalar qaz, ishal, qəbizlik və qarın ağrısı kimi problemlərə səbəb ola bilər. Eyni zamanda, bağırsaq selikli qişası hələ qoruyucu baryer rolunu tam yerinə yetirmədiyindən allergiya və infeksiya riski artır.
İlk 6 ayda körpənin immun sistemi əsasən ana südündən aldığı anticisimlər hesabına qorunur. Erkən verilən əlavə qidalar bu qoruyucu mexanizmi zəiflədə və infeksiyalara qarşı həssaslığı artıra bilər. Bundan başqa, erkən əlavə qidalanma dəmirin və digər vacib maddələrin mənimsənilməsini poza bilər.
Mütəxəssislər vurğulayırlar ki, ana südü və smes körpənin bu mərhələdə ehtiyac duyduğu bütün enerji, zülal, yağ, vitamin və mineralları lazımi nisbətdə təmin edir. Buna görə də 6 ay tamam olmadan əlavə qidaya başlamaq tibbi baxımdan məqsədəuyğun hesab edilmir və yalnız həkim məsləhəti ilə istisna hallarda mümkündür.
İsmayıl
Milli.Az

Xəbərlər     Baxılıb: 1152   Tarix: 24 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

turlar.az

geyim və ayaqqabılar makiyaj etmek qaydalari toy makiyaji sekilleri salatlarin dizayni xren yarpagi qadın və təhsil seksual fotolar kosmetika hesaplama novruza aid hakisda bahar novruz bayramına aid hakışda faydalı məsləhətlər