Azərbaycanda 77 yaşlı anasını zorlayan şəxsə 8 il HƏBS
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasını zorlamaqda və oğurluq etməkdə təqsirəndirilən 1971-ci il təvəllüdlü Telman Yusubovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Fikrət Qəribovun icraatında olan prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə T.Yusubov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Biləcəri qəsəbəsində yaşayan 1971-ci il təvəllüdlü Telman Yusubov evlərində 1940-cı il təvəllüdlü anasına işgəncə verərək zorlayıb. O, sexdən təkər oğurlamağa görə də ittiham edilir.
Təqsirləndirilən T.Yusubov bundan öncə də dəfələrlə məhkum olunub. Belə ki, 1996-cı ildə 5 il azadlıqdan məhrum edilib. 2003-cü ildə narkotika görə 1 il 6 ay, 2009-cu ildə oğurluğa görə 4 il cəza alıb. 2013-cü ilin mayında azadlığa çıxıb, o vaxtdan da 202 saylı marşrut avtobusunda sürücü işləyib. Həmin müddətdə də Biləcəridə anası ilə yaşayıb.
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Xalq artistinin oğlu ABŞ pasportu aldı
Gündə 30 dəqiqə kifayətdir - 10 il daha gənc qalmağın formulu
Günəş kremi haqqında bilməli olduğunuz ən mühüm qaydalar
Südü soyuducuda bu hissəyə QOYMAYIN
"Həyatım o qədər maraqlı keçir
Eminem və Şakira Qazaxıstana gəlir
Kifli qidalardan hansı yeyilməli, hansı zibilə atılmalıdır?
"Mikro rayon"a iki günə 100 min baxış
Sezen Aksunun albomu bu tarixdə yayımlanacaq
Autizm erkən aşkarlanarsa nə edilməlidir? - XƏBƏRDARLIQ