Azərbaycanda at uşağın cinsiyyət orqanını qoparıb- ÜRƏYİ ZƏİF OLANLAR BAXMASIN - FOTO

Azərbaycanda rayonlardan birində 13 yaşlı oğlan uşağını at dişləyib. Uşaq cinsiyyət orqanını itirmək təhlükəsi ilə üz-üzə qalıb.

BAKU.WS-in medicina.az-a istinadən verdiyi məlumata görə, bu barədə cərrah Fuad Hüseynov məlumat verib. O bildirib ki, at uşağın cinsiyyət orqanını demək olar ki, qoparıb. Həkim ailənin istəyi ilə pasiyentinin ad və soyadını, hansı rayondan olduğunu anonim saxlasa da, qeyd edib ki, xəsarət alan uşaq hadisədən sonra rayonda xəstəxanaya çatdırılıb. Onun xayasından bir neçə tikiş atıldıqdan sonra, uşağı təcili Bakıya göndəriblər. Ailə paytaxt xəstəxanalarından bir neçəsində uroloq-cərrahlara müraciət edib, lakin gərəkli müdaxilə edilməyib. Hadisədən 16 saat keçdikdən sonra 13 yaşlı oğlan Mərkəzi Klinikanın Uşaq Cərrahiyyə Şöbəsinə gətirilib.

F. Hüseynovun sözlərinə görə, vaxtında müdaxilə edilmədiyindən, uşağın cinsiyyət orqanında ciddi əyilmə, göyərmə və şişkinlik yaranıb, nekroz başlayıb: "Sidik kanalı zədələndiyindən sidiyə gedə bilmirdi. Riskli əməliyyat idi. Bütün risklər valideynlərə başa salındı. Təcili əməliyyata alınan uşağın zədələnmiş sidik kanalı bərpa olundu, ereksiyaya cavabdeh olan kavernalar yuyuldu, bərpa olundu, xaya düzgün tikildi və kateter qoyuldu. Antibiotik müalicə başlanıldı. 1 həftədən sonra uşaq normal sidiyə getməyə başladı. Əməliyyatı mənimlə birlikdə uşaq urologiyası uzmanları Allahverdi Musayev icra edirdi".

Uroloq-cərrah bildirib ki, tibdə bu patologiya penul fraktür adlanır: "Bu vaxt ereksiyaya cavabdeh olan kavernalarda zədələnmə olur. Amma bu dəfə nadir görülən hallardan biri sidik kanalının zədələnməsi idi. Ona görə əməliyyat çətin hesab oluna bilər. Hazırda uşağın vəziyyəti yaxşıdır. Cinsiyyət orqanında xarici heç bir qüsur qalmayıb, sidiyə getmə və ereksiyasında da problem yoxdur. Bu, ilk fakt deyil. Analoji hal bir neçə il əvvəl də olmuşdu. Uşağın cinsiyyət orqanından it dişləmişdi. Onu da əməliyyat etmişdik. İndi böyük oğlandır".

Xatırladaq ki, analoji hal 2014-cü ildə Biləsuvar rayonunda olmuşdu. İt 2004-cü il təvəllüdlü Fərid Ağakişiyevin cinsiyyət orqanını qoparmışdı.
Azərbaycanda at uşağın cinsiyyət orqanını qoparıb- ÜRƏYİ ZƏİF OLANLAR BAXMASIN - FOTOAzərbaycanda at uşağın cinsiyyət orqanını qoparıb- ÜRƏYİ ZƏİF OLANLAR BAXMASIN - FOTO

Xəbərlər     Baxılıb: 3091   Tarix: 20 sentyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

makiyaj etmek qaydalari qadin dunyasi sac duzumleri qəlyanaltı reseptləri artiq cekiden azad olmaq qan qruplari haqqinda melumat haxışta kosmetika novruz bayrami qizliq perdesi oğlaq vidyolar burclər