Azərbaycanda avtobus sürücüsünü döyən qadından XƏBƏR VAR - VİDEO

Azərbaycanda avtobus sürücüsünü döyən qadından XƏBƏR VAR - VİDEOÖtən gün Bakıda xoşagəlməz olay yaşandı. Belə ki, xanım sərnişin marşrut avtobusunu istədiyi yerdə saxlamadığı üçün sürücünü təhqir edib, döyüb və köynəyini cırıb.

Xanim.az xəbər verir ki, bu barədə xezerxeber.az məlumat yayıb. Məlumata görə, hadisə paytaxtın 3-cü mikrorayon dairəsinin yaxınlıqında, 61 saylı marşrut avtobusunda qeydə alınıb. Bununla bağlı video görüntülər də yayılıb. Görüntülərə əsasən, sərnişinlərdən biri sürücü Rövşən Süleymanovdan avtobusu dayanacaq olmayan yerdə saxlamağı tələb edib. Sürücü bu tələbi yerinə yetirmədiyindən mübahisə yaşanıb. Sürücünün onun tələbini yerinə yetirmədiyini görən xanım daha da əsəbləşib və təhqirə keçib. Bir neçə dəqiqə davam edən çəkişmədən sonra əsəbi sərnişin arxa qapıdan düşmək əvəzinə sürücünün üstünə gəlib və digər sərnişinlərin müdaxiləsinə baxmayaraq, sürücünü vurub və köynəyini cırıb. Məlumata görə, sözügedən hadisədən sonra nəqliyyat şirkəti tərəfindən sürücü Rövşən Süleymanov mükafatlandırılıb.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti rəhbərinin müavini Mais Ağayev məsələyə münasibət bildirirkən qeyd edib ki, qadın sərnişin davranışları ilə özünün, eləcə də avtobusda olan onlarla sərnişinin həyatını ciddi təhlükəyə atıb: "Sürücünün peşəkar davranışı sayəsində qəzadan yayınmaq mümkün olub. Bakı Nəqliyyat Agentliyi olaraq bir daha bəyan edirik ki, sərnişin avtobusunu dayanacaqdan kənarda saxlamaq qadağandır. Sürücülərimiz kimi sərnişinlərimiz də mütləq şəkildə qoyulan bu qaydaya əməl etməlidirlər. Sərnişin avtobuslarının dayanacaqdan kənarda saxlanmasına qarşı Bakı Nəqliyyat Agentliyi paytaxtda fəaliyyət göstərən müntəzəm sərnişindaşıma şirkətləri ilə mütəmadi iş aparır, maarifləndirmə tədbirləri həyata keçirir. Bu işdə cəmiyyətimiz də bizə dəstək olmalı, bu kimi hallara yol verən sürücülərə və sərnişinlərə qarşı səssiz qalınmamalıdır. Düşünürük ki, bu kimi etik-davranış qaydalarını kobud şəkildə pozan sərnişinlərə qarşı ictimai qınaq formasında birgə etiraz edilməlidir".

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov isə musavat.com-a açıqlama verərək bildirib ki, həmin qadın sərnişin barəsində lazımi tədbirlər görüləcək: "Görüntülərdən də görürük ki, həmin qadın sərnişin sürücünü Azərbaycan mentalitetinə uyğun olmayan söyüşlərlə təhqir edib, hədələyib. Bu, nə Azərbaycan qadınına yaraşır, nə də etik normaya... Təbii ki, müraciət ediləcək, buna da uyğun həmin xanım barəsində qanuni tədbir görüləcək. Konkret sürücünün verdiyi izahat əsasında məsələ araşdırılacaq və həmin qadın da tapılaraq, barəsində qanunvericilikdə nəzərdə tutulan tədbirlər görüləcək. Qeyd edim ki, artıq araşdırma aparılır.

Bir vətəndaş olaraq sizdən soruşuram, o qadının hərəkəti yaşına, başına uyğundurmu? Yaşlı xanım belə olsa, bu, doğru hərəkət deyil. Hər halda qanundan danışırıq və hər kəs qanunlara tabe olmalıdır. Qanuna əsasən, sürücülər avtobusu yalnız dayanacaqlarda saxlaya bilər. Anlamaq olar ki, xanım xəstəsinin yanına gedirdi və yaxud sağlamlığında problemlər ola bilər və s. Amma nə olursa-olsun, insanlar getdiyi istiqaməti əvvəldən müəyyənləşdiməldiir. Və elə bir hərəkət etməlidir ki, onların davranışları kiməsə mane yaratmasın. Mən o görüntülərə baxanda şoka düşdüm və çox təəssüf etdim".

Xəbərlər     Baxılıb: 1982   Tarix: 04 may 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

turlar.az

qis geyimləri 2026 reseptler adlarin menasi xınayaxdı sözləri arıqlamaq quru yemekler kartof maskasi uz ucun kosmetika heyati kahfe fali atalar sozu novruz bayrami hakisda novruz hakista