Azərbaycanda boşanmaların qarşısının alınması üçün müdhiş təklif - Ailələr uzunömürlü olacaq

Azərbaycanda boşanmaların qarşısının alınması üçün müdhiş təklif - Ailələr uzunömürlü olacaqBu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında deputat Sədaqət Vəliyeva Ailə Məcəlləsinə dəyişiklik edilməsini və nikah müqaviləsinin məcburiləşdirilməsini təklif edib. BiG.AZ saytı nigah müqaviləsinin məcburiləşdirilməsinin gələcəkdə qurulacaq ailələrə təsiri ilə maraqlanıb.

Azərbaycanda boşanmaların qarşısının alınması üçün müdhiş təklif - Ailələr uzunömürlü olacaq

Milli Məclisin deputatı Aydın Mirzəzadə BiG.AZ-a açıqlamasında bildirib ki, nikah müqavilələrinin məcburiləşdirilməsi ailələrin uzunömürlü olmasına təsir göstərəcək: "Çox istərdim ki, nikah müqavilələri lazım olmasın. Ailələrimiz ömürlük qurulsun. Ailədaxili münaqişələr yaşanmasın. Bəzən ailə dağıldıqda mülkiyyət və maddi təminat məsələsi ciddi məsələyə çevrilir. Bu problemlə daha çox qadınlar rast gəlir. Əlbəttə, sonradan qadınlarımızın bu cür problemlərlə üzləşməməsi üçün Ailə Məcəlləsinə dəyişiklik edilməsi və nikah müqaviləsinin məcburiləşdirilməsi məqsədə uyğun olardı".

Azərbaycanda boşanmaların qarşısının alınması üçün müdhiş təklif - Ailələr uzunömürlü olacaq

Psixoloq Könül Telmanqızı gənclərin nikaha girmədən birlikdə yaşamasının övladlarının gələcəyinə və psixoloji durumuna mənfi təsir göstərə biləcəyini vurğulayıb:

"Ailədə nikah müqaviləsi birinci şərtdir. Çünki nikah müqaviləsinin bağlanmaması tərəflər arasında əmlak mübahisəsi yarandıqda ciddi problemlər doğurur. Bu da sonda psixoloji problemlərin yaranmasına gətirib çıxarır. Bu gün ailədə hər hansı münaqişə baş verirsə ən azı arxayın olacaqlar ki, nikahları və müqavilələri var. Əlbəttə, bu da ailələrin dağılmasının qarşısını alacaq. Əgər iki gənc bu yolda addımlayırsa, gələcəkdə baş verəcək problemlərin qarşısını almaq üçün mütləq nigah müqaviləsini imzalamalıdırlar. Bundan əlavə nigah müqavilələri uşaqların gələcəkdə tramva almaması üçün vacibdir".

Psixoloq onu da qeyd edib ki, nigahın olmaması gənclərin özünü psixoloji boşluqda hiss etməsinə səbəb olur: "Yəni nigah olmadığı üçün hər an ayrıla biləcəklərini düşünürlər. Ayrılığa psixoloji cəhətdən özlərini hazır hiss edirlər. Gənclərin məsuliyyət hiss etməsi üçün nigah müqaviləsi mütləqdir. Əgər gənclər arasında sevgi, anlaşma yoxdursa onlar nikaha girmək istəməyəcəklər. Münasibətlərini hansısa mərhələdə sonlandıracaqlar. Nigah müqaviləsinin imzalanması həm qadına həm kişiyə xeyirlidir. Hər iki tərəf məsuliyyət dərk edəcək, ailələri uzun ömürlü olacaq. Düzdür nigah müqaviləsi gəncləri qorxuda bilər. Əks təsir də göstərə bilər. Amma gənclər unutmamalıdır ki, bu onların gələcək ailələrinin uzun ömürlu olmasına təsir göstərəcək".

Xəbərlər     Baxılıb: 2458   Tarix: 25 yanvar 2018
f Paylaş

Oxşar xəbərlər

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

turlar.az

hamiləlik adlarin menasi kosmetika mehsullari pehriz darcin faydasi kecellesme ata ve qiz kosmetika lakonizm sevda dolça uzeyir novruz hakıştası