Azərbaycanda bu məhsulun da qiyməti kəskin artdı
Bakıda və bölgələrdə toyuq ətinin qiyməti kəskin artım müşahidə edilir.
Bu barədə AzNews.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib. Onun sözlərinə görə, iki gün ərzində ölkə daxilində toyuq ətinin qiymətində 20% artım müşahidə edilib:
"Qiymət artımının bir neçə səbəbləri var. Qarşıdan bayram gəlir. Toyuq və toyuq əti məhsullarının satışı ilə məşğul olan sahibkarlar bundan yararlanmağa çalışır. Onlar bu sahədə gəlirlərini artırmaq istəyir. Bunu da qiymət artımında görürlər."
Vahid Məhərrəmov onu da əlavə edib ki, Novruz bayramına kimi sahibkarlar toyuğun qiymətini pillə-pillə qaldıracaqlar: "Toyuq ətinin qiymətinin qalxmasında sahibkarlar arasında sövdələşmə də var. Çünki toyuğun ətinin qiymətini sahibkarlar eyni vaxtda artırıb. Bəziləri hesab edir ki, bu qiymət artımı bayramdan sonra enəcək. Amma mən bunun tam əksini düşünürəm. Bayramdan sonra da toyuq ətinin qiyməti artacaq".
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Hər iki ailəm xəyanətə görə dağılıb' - Aysun
Fillip Alla Puqaçovanın kukla kolleksiyasını yığır
Eldəniz Məmmədov baba oldu
Nuranın "Avroviziya" arzusu
Siqaretdən 10 qat daha zərərli: Hər evdə var
Məşhur azərbaycanlı aktrisa ana olacaq
Avropa İttifaqı Timatiyə sanksiya tətbiq etdi - SƏBƏB
Kanye Vest Türkiyədə dünya rekordu qıracaq