Azərbaycanda da satılan mineral suda görün nə aşkarlandı - FOTO
Fransada aparılan analizlər zamanı məşhur "Perrier" mineral qazlı suyunun bəzi şüşələrində nəcis mənşəli enterobakteriyalara rast gəlinib.
Milli.Az xəbər verir ki, bakteriyalar Fransanın cənubundakı Gard bölgəsində, Vergèze qəsəbəsində yerləşən zavodda istehsal olunmuş məhsullarda aşkarlanıb. 75 cl-lik şüşələrdə tapılan bu bakteriyaların nəcisə məxsus çirklənmədən qaynaqlandığı bildirilib.
Enterobakteriyalar insan və heyvanların həzm sistemində təbii şəkildə mövcud olsa da, onların bəziləri - xüsusilə E. coli, Salmonella, Shigella və Klebsiella - sidik yolu infeksiyaları, qan zəhərlənməsi, şiddətli ishal və bağırsaq xəstəlikləri kimi ciddi fəsadlara səbəb ola bilər. Shiga toksini istehsal edən E. coli növü isə qanlı ishal və böyrək çatışmazlığı ilə əlaqələndirilir.
Markanın sahibi Nestlé məhsulların sağlamlıq baxımından risk daşımadığını iddia etsə də, mütəxəssislər bu açıqlamaya ehtiyatla yanaşır. Fransız Qida Təhlükəsizliyi Agentliyi (Anses) əvvəllər enterobakteriyaların ətraf mühit, torpaq və kənd təsərrüfatı məhsulları vasitəsilə artan yayılmasına diqqət çəkmişdi. Xüsusilə antibiotiklərə davamlı növlər immuniteti zəif olan insanlar üçün təhlükəlidir.
Hazırda Perrier məhsullarının mağaza rəflərindən yığışdırılıb-yığışdırılmayacağı müzakirə olunur. Mütəxəssislər istehlakçılara qablaşdırılmış su alarkən istehsal yeri və son istifadə tarixi kimi detallara diqqət yetirməyi tövsiyə edirlər.
Qeyd edək ki, Perrier markalı məhsullar Azərbaycanda və Türkiyədə də satılır.
İsmayıl
Milli.Az









Hakışta
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Bu qidalar beyin damarlarına zərər verə bilər
Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək
Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın