Azərbaycanda dəhşətli gün: 4 nəfər maşının altında qalıb öldü

Azərbaycanda dəhşətli gün: 4 nəfər maşının altında qalıb öldüDaxili İşlər Nazirliyi ölkədə 4 piyadanın ölümü ilə nəticələnən yol qəzaları ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 8-də saat 19 radələrində Hacıqabul rayonunun Atbulaq kəndində Rusiya Federasiyası vətəndaşı Ələddin Əliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən kənd sakini Elnur Rəhimovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Dekabrın 8-də saat 18 radələrində Xəzər rayonunun Qala qəsəbəsində Bakı şəhər sakini Elməddin Fərzəliyev idarə etdiyi "Opel" markalı avtomobillə yolu keçən paytaxt sakini Üzeyir Ağayevi vurub və o, hadisə yerində vəfat edib.

Dekabrın 8-də saat 01 radələrində isə Samux rayonunun Ziyadlı kəndində müəyyən edilməmiş avtomobillə yolu keçən 55-60 yaşlı kişi vurulmuş və o, hadisə yerində keçinib.

Bundan başqa dekabrın 9-da saat 01 radələrində Sabunçu qəsəbəsi ərazisində Sabirabad rayon sakini İsaq Ağazadə idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən Naxçıvan şəhər sakini İsmayıl Səmədovu vurub. İ.Səmədov xəstəxanaya aparılarkən yolda ölüb.

*****

10:22

Son sutka ərzində Azərbaycanın müxtəlif yerlərində ölümlə nəticələnən çoxsaylı yol qəzaları baş verib. Lent.az xəbər verir ki, Şəmkir rayonunun Ziyadlı kəndində naməlum avtomobil yolu keçmək istəyən 55-60 yaşlı kişini vurub. Qəzanın törədən sürücünün və ölən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Zaqatala rayonunun Danaçı kəndində isə "Kia" markalı, 90 RJ 102 dövlət qeydiyyat nişanlı avtomobil 28 yaşlı oğlanı vurub öldürüb. Hacıqabul rayonunda - Bakı-Qazax magistralının 84-cü kilometrliyində də piyada yol qəzasının qurbanı olub. Burada "Mercedes" markalı minik avtomobilinin vurduğu 37 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.

Digər iki piyada ölümü isə Bakıda qeydə alınıb. Xəzər rayonunda - Qala-Pirallahı yolunda "Opel" markalı avtomobil 50 yaşlı kişini, Sabunçu rayonunda - Şəhər şosesində (Zabrata gedən yol) isə "Hyundai" 48 yaşlı kişini vurub öldürüb.

Hər bir faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xəbərlər     Baxılıb: 1701   Tarix: 09 dekabr 2016
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Ağardıcını isti su ilə qarışdıranlar, diqqət

Ev təmizliyində daha güclü təsir əldə etmək üçün tez-tez müraciət edilən bəzi üsullar əslində sağlamlığımız üçün ölümcül təhlükə yarada bilər. Xlorun isti su ilə qarışdırılması və ya digər təmizləyicilərlə birgə istifadəs

.

Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir

Səhərlər kifayət qədər yuxu alınmasına baxmayaraq halsız, ağrılı və yorğun oyanmaq yalnız yuxusuzluqla əlaqəli olmaya bilər. xəbər verir ki, bu hal xüsusilə iltihabi revmatik xəstəliklər başda olmaqla bir sıra ciddi sağlamlı

.

Evdə etdiyiniz bu səhvlər allergiyanı kəskin artırır - NƏLƏRDİR?

"Allergiyanı tam aradan qaldırmaq hər zaman mümkün olmasa da, simptomları nəzarətdə saxlamaq və xəstəliyin təsirini azaltmaq mümkündür". xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyə

.

Böyük sağlamlıq faydaları VAR

Yaşıl soğan (göy soğan) həm qida, həm də sağlamlıq baxımından olduqca faydalı tərəvəzlərdən biridir. Hər mövsüm tapa biləcəyiniz bu tərəvəzi qida rasiyonunuza mütləq əlavə etməlisiniz. .  xəbər verir ki, mütəxəssislər soğanı

.

Ürək üçün ən faydalı çörək növü AÇIQLANDI

Çörək seçimi yalnız dad məsələsi deyil. Gündəlik qida rasionumuzun ayrılmaz hissəsi olan çörək düzgün seçildikdə sağlamlıq üçün də faydalı ola bilər. Bəs, hansı daha sağlamdır, tam buğda, yoxsa çovdar? . xəbər verir ki, dietoloqla

.

Süfrəyə qoymadığımız bu ət ən faydalısı imiş

Azərbaycan mətbəxində içalat arasında qaraciyər və böyrək qədər məşhur olmasa da, dana dalağı əslində qida dəyəri baxımından ən zəngin ət məhsullarından biri hesab olunur. Çox vaxt süfrələrdə diqqətdən kənarda qalan bu qid

.

5 ədəd badam yeyib idman et, gör NƏ OLUR

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər.  xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmadan danışarkə

.

Kartof qızartmağın ən sağlam üsulu hansıdır? - Araşdırma

Araşdırmalar göstərir ki, milyonların sevimlisi olan kartof qızartmasını daha sağlam və az yağlı hazırlamağın yolu məlum olub. "Current Research in Food Science" jurnalında dərc olunan yeni elmi iş mikrodalğal

.

Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?

Marketlərdən paketlənmiş toyuq əti alarkən çoxumuzun diqqət etmədiyi kiçik bir detal, əslində sağlamlığımız üçün ciddi xəbərdarlıq siqnalı ola bilər. Qida təhlükəsizliyi mütəxəssisləri qablaşdırmanın dibində yığılan çəhray

turlar.az

maskalar qaşların formalari qadın geyimi milli yeməklər bakirəliyin pozulması pomidorun ziyani şirniyyat ve tortlar kosmetika paxlava faydalı məsləhətlər maya maskasi hakisdalar laylalar