Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ! Qaçırılan qız yolda öldü - VİDEO
Samux rayonunda 20 yaşlı qızın qaçırılması zamanı baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan üç nəfərin adı məlum olub.
Xanim.az report.az-a istinadən bildirir ki, T. İsgəndərovanın öldüyü qəzada üç nəfər xəsarət alıb.
Şəmkir rayon Çinarlı kənd sakini, 1988-ci il təvəllüdlü Müşfiq Vidadi oğlu Nağıyev;
Şəmkir rayon Könüllü kənd sakini, 1981-ci il təvəllüdlü Zaur Muxtar oğlu Mehdiyev;
Samux rayon Sərkər kənd sakini, 1985-ci il təvəllüdlü Eldəniz Həsən oğlu Musayev.
Xəsarət alanlar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
= =
Samux rayonunda qaçırılan zaman avtomobil qəzasına düşən qız ölüb.
"Report"un məlumatına görə, Samux-Əhmədbəyli yolunda "VAZ-2107" markalı avtomobilin kanala düşməsi nəticəsində ağır bədən xəsarətləri alan Göygöl rayon sakini, 20 yaşlı Türkan İsgəndərova Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Orada vəziyyəti daha da ağırlaşan 20 yaşlı qız "Təcili yardım" maşını ilə Gəncə şəhərində yerləşən Mərkəzi Klinikaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz