Azərbaycanda ən çox izlənilən telekanallar - SİYAHI

Azərbaycanda ən çox izlənilən kanalların adları bilinib.

Xanim.az-ın məlumatına görə, trend.az bununla bağlı analitik yazı yayımlayıb. Yerli kanallarımızda nəticələr belədir:
Azərbaycanda ən çox izlənilən telekanallar - SİYAHIYerli kanallardan ATV liderliyini qorumaqda davam edir, 28451 saat. Ümumi 200 kanallıq siyahımızda ATV 2-ci, Xəzər TV isə 3-cü yeri tutsa da aralarında təxminən 10000 izlənmə saatı fərq var. Xatırladım ki, keçən ay bu fərq bir qədər çox, 12000 saat təşkil edirdi. Ümumi siyahıda 10 cu, yerli kanalların sırasında isə AZTV-nin 3-cü olması, və may ayı 9075 saat izlənmə göstəricisinə malik olmasının bir-neçə səbəbi var ki, onlar barədə mən ötən yazıda artıq yazmışdım. Bu ay yerli kanalların 4-cüsü isə 6542 saatla ARB TV-ni üstələməyi bacaran İdman Azərbcaycan olub. Şübhəsiz ki, 4-cü İslam Həmrəylik Oyunlarının bu kanalda yayımlanması nəticəyə təsir göstərib. Ardınca isə elə təxminən eyni göstərici ilə, (6542 izlənmə saatı) İctimai TV qərarlaşıb. ARB TV bu ay yerli kanalların siyahısında düz iki pillə geriləyərək yalnız 6-cı yerdə qərarlaşıb, 6164 saat. Kanalın ümumi siyahıdakı yeri isə 16-cıdır. Lakin onu qeyd edim ki, İdman Azərbaycan, İctimai TV və ARB TV may ayı az-çox eyni izlənmə saatı toplayıblar, hər biri 6000-dən bir qədər çox. 7-ci yerli kanal isə, Space TV-dir, 5470 izlənmə saatı ilə. Lider TV, Mədəniyyət və digərləri isə daha az izləniblər. Mədəniyyət kanalı ümumiyyətlə, aprel ayı olduğu kimi daha aşağı sırada ola bilərdi, lakin 4-cü İslam Həmrəylik Oyunlarının futbol üzrə final oyunu bu kanalda yayımlandığından may ayının nəticələri bir qədər çox olub. Məhz bunun sayəsində deyərdim ki, Mədəniyyət ötən aydakı 40-cı ümumi yerindən 7 pillə irəliləyərək 33-cü olub.

Türk kanallarına gəldikdə isə, nəticələr belədir:

Azərbaycanda ən çox izlənilən telekanallar - SİYAHI

*Siyhaıda FOX Türk və Kanal D yoxdur. Bu kanallar artıq Azərbaycanda yayımlanmır.

Burada ümumi siyahının lideri, aprel ayında da olduğu kimi - Star TV-dir – 35812 saat. Şübhəsiz ki, bu kanalda yayımlanan Kara Sevda serialının ölkəmizdə populyarlığının bu nəticədə rolu böyükdür. Hələ digər serialları demirəm, məsələn Cesur ve Güzel və ya Söz serialı. Acun İlıcalının kanalı, TV 8 isə ümumi siyahıda 5-ci, türk kanalları sırasında isə ötən ay olduğu kimi, 2-ci olaraq qalır - elə təxminən 2 dəfə daha az saatla, 17841. TV 8 bu nəticəyə görə yəqin ki, Survivor proqramına minnətdar olmalıdır. Ümumiyyətlə, TV8 şou kanalıdır. Burada hər zaman maraqlı şoular olur, O səs Türkiyə və Yetenek Sizsiniz də vaxtaşırı bu kanalda yayımlanır. Amma ola bilər ki, digər faktorlar da var. Bir qədər daha az izlənmə saatı ilə, ümumi siyahıda 6-cı, türk kanalları sırasında isə 3-cü olan, ATV Türk qərarlaşıb – 17003 saat. Burada da yenə də möhtəşəm türk seriallarının rolu danılmazdır. Məsələn elə həmin Eşkiya Dünyaya Hökümdar Olmaz və ya Kırqın çiçekler. Ardıcıllıqla, ümumi siyahıda 7-ci Türk kanalları sırasında isə 4-cü, Show TV-dir – 14621 saat. Bu kanalda İçerde serialı yayımlanır və populyarlıq yığmaqdadır. Digər türk kanalları isə bu 4-lükdən çox geri qalır. Ən yaxını Kanal 7-dir ki, o da cəmi 6278 saatla ümumi siyahıda 15-ci yerdədir.

Rus kanallarına baxdıqda isə nəticələr belədir:

Azərbaycanda ən çox izlənilən telekanallar - SİYAHI

Rus kanalları ayrı ayrılıqda əsas türk kanallarına nisbətən az baxılırlar. Lakin ümumi baxsaq siyahımızın ilk 20 rus kanalının hər biri 3000 saatdan çox baxılıb, türk kanallarından isə bu göstəriciyə yalnız 7 kanal malikdir. Buradan nəticə çıxarmaq olar ki, türk kanalları əsasən geniş kütləyə yönəliblər, rus kanalları isə daha çox spesifikdirlər.

Ötən ay olduğu kimi, ən çox baxılan tus kanalı, 1-й Канал olaraq qalır – 17891 saat. Bu isə ümumi siyahıda 4-cü yer deməkdir. Digər rus kanallarının izlənmə saatları isə daha azdır. Siyahımızın ikinci rus kanalı, НТВ, 9577 saat baxılıb və ümumi siyahıda 8-cidir. Ardınca isə siyahıda 3-cü rus kanalı, Россия 1-dir, 9468 saat. Daha populyar hesab etdiyim, ТНТ və СТС kanalları isə, ümumi siyahıda ardıcıl olaraq 11 və 12-cidilər. Hər biri təxminən 8000 - 7000 saat baxılıb.

Ötən ay olduğu kimi bu ayda uşaq kanalları, TOP-larda olmasalar da hər 3 dil kateqoriyasında orta yerlərini qoruyurlar. Uşaq kanalların cədvəli belədir:

Azərbaycanda ən çox izlənilən telekanallar - SİYAHI

TOP 10 uşaq kanalları sırasında 6 rus, 3 türk və 1 Azərbaycan kanalı var. May ayının ən baxımlı uşaq kanalı rusdilli Nick Jr olub, 5784 saat. Ötən ayın birincisi rusdilli Nickelodeon isə cüzi fərq ilə, uşaq kanalları sırasında ikincidir, 5728 saat. Türk dilində olan ən baxımlı uşaq kanalı isə bu ay TRT Çocuk olub, 5549 saat. Siyahıda növbəti uşaq kanalları isə müvafiq olaraq 3828, 3799, 3712 saat ilə Cartoon Network, Disney Rus və Карусель qərarlaşıblar. Daha sonra isə 1875, 1419, 1380 saat ilə Tiji, Planet Çocuk və Minika Çocuk kanalları yer alırlar. Top 10 Uşaq kanalları siyahısını isə doğma dilimizdə yayımlanan ARB Günəş kanalı qapayır, 1378 səs.
Azərbaycanda ən çox izlənilən telekanallar - SİYAHIAzərbaycanda ən çox izlənilən telekanallar - SİYAHIAzərbaycanda ən çox izlənilən telekanallar - SİYAHI

Xəbərlər     Baxılıb: 2089   Tarix: 15 iyun 2017
f Paylaş

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

geyim necə seçməli yay kolleksiyasi qadin dunyasi fantaziya baliq qulagi dan el isleri gözəllik ciy kartofun faydasi kosmetika gəncə novruz hakisdalari intim masturbasiya bayati