Azərbaycanda ərlərini zəhərləyib öldürüb, Türkiyədə isə daha iki nəfəri... - FOTO

Azərbaycanda ərlərini zəhərləyib öldürüb, Türkiyədə isə daha iki nəfəri... - FOTOTürkiyənin Bolu şəhərinin məhkəməsi Azərbaycanda ərlərini zəhərləyib öldürən və daha sonra bu ölkəyə gedib azı iki nəfəri eyni üsulla o dünyaya göndərən iki azərbaycanlı qadının məsələsini araşdırır.

Xanim.az virtualaz.org -a istinadən xəbər verir ki, Məhəbbət Ç. və Gülarə S. adlı qadınların əleyhinə əvvəllər onlarla tanışlıq münasibətlərində olan Ayla D. adlı qadın ifadə verib. Onun bildirdiyinə görə, Gülarə S. Boluda Türkiyə vətəndaşı olan Niyazi S. adlı şəxsə ərə gedib, sonradan onu zəhərləyərək öldürüb. Məhəbbət Ç. isə Kastamonuda ərə getdiyi Türkiyə vətəndaşını eyni üsulla aradan götürüb.

Bolu Ağır Cəza Məhkəməsində ifadə verən Ayla D. deyib ki, birinci zəhərləmə hadisəsi 2013-cü ildə baş verib. Gülarə xəstə olan Niyazi S.-ə baxmaq üçün onun yanında işə başlayıb. Daha sonra onunla evlənib. Daha sonra Gülarə onun kimi Türkiyədə xəstə baxıcısı olan Məhəbbət adlı qadınla plan quraraq Niyazi S.-nin yeməklərinə noradol adlı dərmandan az-az qatmağa başlayıb, onun zəhərlənməsinə səbəb olub. Niyazi S.-ə bir ildən sonra Alzeymer xəstəliyi diaqnozu qoyulub və o, ürək tutmasından ölüb.

Həmin vaxtlar Gülarə və Məhəbbətlə rəfiqə olan Ayla D. özünün dediyi kimi "vicdan əzabı çəkərək" Niyazi S.-in zəhərləndiyi barədə onun Boluda yaşayan övladlarını məlumatlandırıb, qadınların bu işdən pul qazandıqlarını deyib. Nəticədə Niyazi S.-in övladları atalarının ölümünü şübhəli hesab edərək şikayət veriblər.

İttihamla bağlı Gülarə və Məhəbbət Bolu Ağır Cəza Məhkəməsində dindirilib, deyilənləri rədd edib. Lakin Ayla D. ilk dəfə məhkəmə qarşısına çıxaraq ifadə verib və dediklərinin "tam arxasında olduğunu" bildirib.

"Mən Məhəbbət Ç. ilə Ankarada xəstəxanada tanış olmuşdum. İkimiz də tənha yaşayan qadınlar idik. Rəfiqə olduq, bir-birimizə gedib-gəlməyə başladıq. Bir gecə Məhəbbətin telefonuna zəng gəldi, o qəfildən qışqırmağa başladı. "Məni yaxalayacaqlar" dedi. Nə baş verdiyini soruşdum. Azərbaycanda xəstəxanalardan birində baş tibb bacısı işlədiyini, öz ərini və daha bir neçə nəfəri də bu şəkildə zəhərləyib öldürdüyünü mənə danışdı", - qadın ifadəsində bildirib.

Ayla D. ifadəsində deyib ki, Məhəbbət ona tək yaşamaqdan əl çəkməyi və evlənməyi təklif edib. "Dedi ki, Kulada Hacı deyilən bir adam var. Kulanın yarısı onundur. Gəl səni onunla evləndirək. 3 ay içində zəhərləyib öldürərik, mirası da sənin olar. Bu təklifdən sonra mən Məhəbbəti döyərək evimdən qovdum", - qadın məhkəməyə deyib.

Ayla D. bu əhvalatdan sonra Məhəbbətlə görüşmədiyini bildirib. Deyib ki, Məhəbbətin rəfiqəsi Gülarə S.-in də ərini zəhərləyərək öldürdüyünü eşidəndə vicdan əzabı çəkib, dərhal Niyazinin Boludakı övladlarına zəng edib. "Bunun əvəzində onlardan pul-filan istəmədim. İki Türkiyə vətəndaşını öldürdülər. Mən şikayət etməsəm kim bilir daha neçə nəfəri öldürəcəkdilər", - o bildirib.

Ayla D.-nin dediyinə görə şikayət edəndən sonra bəzi adamlar onunla əlaqə saxlayaraq şikayətini geri götürməsi üçün 50 min TL təklif ediblər. O isə qəbul etməyib. "Gəlib burada bizim vətəndaşlarımızı öldürürlər. Məhəbbət Ç.-nin Kastamonuda ərin öldürdükdən sonra Atilla adlı şəxslə İstanbula getdiyini öyrəndim"-o deyib.

Məhkəmədə təsdiqlənib ki, Məhəbbət Ç.-nin Kastamonudakı əri Mehmet Ç. də Niyazi S. kimi Altzeymer xəstəliyinə tutulub, ürək tutmasından ölüb. Bu haqda həkim rəyi məhkəməyə təqdim edilib. O da məlum olub ki, Məhəbbət Ç. Kastamonudakı ərinin ölümündən sonra qoşulub İstanbula getdiyi Atilla adlı Türkiyə vətəndaşı da 2015-ci ildə müəmmalı şəkildə ölüb. Lakin ölüm səbəbi hələ müəyyən olunmayıb.

Xəbərlər     Baxılıb: 1828   Tarix: 28 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Gen terapiyası ilə çox yaşamaq mümkündür?

Dr. Syuell gen terapiyasını belə izah edir: "Problemin yaranmasına icazə verib sonra onun fəsadları ilə mübarizə aparmaq əvəzinə, problemin ən başdan yaranmasının qarşısını alırıq". Onun fikrincə, gen terapiyas

.

Bir məşq səkkiz xroniki xəstəlik riskini azaldır

Tədqiqatçılar Böyük Britaniya Biobank məlumatlarından istifadə edərək təxminən 470 min insanın hərəkətlərini 9 il boyunca izləyiblər. Nəticələr göstərib ki, ümumi fiziki fəallığının cəmi 4 faizini yüksək intensivlikli məşqlər

.

Şokoladın gizli təhlükələri ortaya çıxdı

Son illərdə şokolad istehlakının artması mütəxəssisləri narahat edir. Qida üzrə ekspertlər bildirirlər ki, həddindən artıq şokolad yemək sağlamlıq üçün bir sıra mənfi nəticələrə səbəb ola bilər. xəbər verir ki, şokoladı

.

Bu meyvəni budaqdan deyil, soyuducudan yeyin: Donmuş halı daha sağlam imiş

Qaragilə "beyin dostu" və "ürək qoruyucu" xüsusiyyətləri ilə tanınan super qidadır. Lakin onu dondurmaq sadəcə saxlama müddətini uzatmır, həm də içindəki şəfalı maddələri bədənimiz üçün daha əlçatan edir

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

.

Bu şorbanı içən qan-tərə batır: Şəfa mənbəyi

Beyran sadəcə bir şorba deyil, hazırlanması 12 saat çəkən və bədən müqavimətini polad kimi möhkəmləndirən sulu ana yeməkdir.  xəbər verir ki, beyranın içildiyi an bədən istiliyini artırmasının elmi səbəbləri var:. İçindək

.

Ürəyi qoruyub, stressi azaldan ÇAY

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli

.

Parfümlərin içində at sidiyi aşkar edildi: Dərini məhv edir

Lüks ətirlərin qiyməti artdıqca, istehlakçılar "tester" və ya "kimsəsiz" adlandırılan şübhəli məhsullara yönəlirlər. Lakin bu şüşələrin içindəki maddələr sadəcə iyrənc deyil, həm də həyati təhlükə daşıyır

turlar.az

geymler 2026 geyim və ayaqqabılar qadin sayti öskürəyin təbii müalicəsi limon maskasi bilinçik resepti balın faydaları kosmetika hakista novruz bayramina aid hakistalar itburnu vətən həsrətinə aid bayatılar vetene aid atalar sozu