Azərbaycanda İİV-ə yoluxanların sayı nə qədərdir?

Azərbaycanda İİV-ə yoluxanların sayı nə qədərdir?Ötən 36 il ərzində Respublika QİÇS-lə Mübarizə Mərkəzində 9167 nəfər Azərbaycan vətəndaşı rəsmi qeydiyyata alınıb. Onlardan 6357-si (69,3%) kişi, 2810-u (30,7%) qadınlardır. Bu barədə Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova deyib.
Milli.Az Trend-ə istinadən Günəş Cəfərova ilə müsahibəni təqdim edir:
- Günəş xanım, ilk öncə İİV infeksiyasına yoluxma yolları barədə məlumat verərdiniz?
- İİV infeksiyası insanın immunçatışmazlığı virusu tərəfindən törədilən və immun sisteminin getdikcə artan zədələnməsi ilə xarakterizə olunan infeksion xəstəlikdir. QİÇS isə İİV-infeksiyasının sonuncu mərhələsidir. Bu mərhələdə artıq immun sisteminin daha proqressiv zədələnməsi müşahidə edilir və xəstələrdə çoxsaylı ağırlaşmalar, o cümlədən vərəm, mərkəzi sinir sisteminin zədələnməsi, mədə-bağırsaq sistemində patologiyalar, bədxassəli şişlər inkişaf edir.
İnfeksiyaya yoluxmanın 3 əsas yolu var. Birinci, cinsi yolla, yəni İİV-ə yoluxan insanla cinsi kontaktda olduqda, xüsusən təsadüfi qorunmamış cinsi kontaktlar nəticəsində baş verir. Eyni zamanda, İİV-lə çirklənmiş tibbi ləvazimat, inyeksion narkotik istifadəçiləri arasında qeyri-steril şprislərin, gigiyenik, kosmetoloji, bərbər və digər məişət ləvazimatlarının istifadəsi nəticəsində parenteral yoluxma baş verə bilər. Həmçinin, İİV-ə yoluxan anadan hamiləlik dövründə uşağa, doğuş zamanı və ana südü ilə qidalanma nəticəsində isə perinatal yolu ilə yoluxma mümkündür.
- Hazırda ölkədə İİV/QİÇS-lə bağlı epidemioloji vəziyyət barədə məlumat verərdiniz?
- Region ölkələri ilə müqayisədə Azərbaycanda İİV infeksiyasının yayılma göstəricisi olduqca aşağıdır. Səhiyyə Nazirliyi tərəfindən risk qrupları arasında aparılan məqsədli fəaliyyət nəticəsində iilər ərzində İİV-infeksiyasının yayılmasını təmərküzləşmiş mərhələdə saxlamağa imkan verib.
Ümumilikdə, ölkəmizdə ilk dəfə İİV infeksiyasına yoluxma halı 1987-ci ildə aşkar edilib. Ötən 36 il ərzində Respublika QİÇS-lə Mübarizə Mərkəzində 9167 nəfər Azərbaycan vətəndaşı rəsmi qeydiyyata alınıb. Onlardan 6357-si (69,3%) kişi, 2810-u (30,7%) qadınlardır.
- İİV-ə kimlər yoluxa bilər? İİV-ə müayinələr harada aparılır?
- Cinsindən, yaşından, irqindən, sosial statusundan asılı olmayaraq, hər bir şəxs İİV-ə yoluxa bilər. İİV-ə yoluxma daha çox profilaktik tədbirlərə əməl etmədikdə baş verir. Ölkəmizdə bu virusa yoluxma halları xüsusilə risk qrupları arasında daha çox yayılıb. Buna baxmayaraq, son illərdə təsadüfi, qoruyucsuz heteroseksual cinsi əlaqələr nəticəsində də yoluxma halları qeydə alınıb. Bu səbəbdən insanların İİV-ə yoluxmamaq üçün profilaktik tədbirlərə riayət etmələri olduqca vacibdir.
İİV-ə müayinələr Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində, Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, 12 regional laboratoriyalarda və könüllü müayinə məntəqələrində aparılır. İİV-ə müayinələr anonim qaydada, ödənişsiz, konfidensiallıq qorunmaq prinsipi ilə həyata keçirilir.
- İİV-ə yoluxanları müalicə etmək mümkündürmü və müalicə üsulları hansılardır?
- İİV-ə yoluxan şəxslərin müalicəsi antiretrovirus terapiya adlanır. Müalicə Respublika QİÇS-lə Mübarizə Mərkəzində Ümumdünya Səhiyyə Təşkilatının son tövsiyələrinə müvafiq olaraq müasir müalicə rejimləri əsasında aparılır. Xəstələrin ARV preparatları ilə təmin edilməsi tamamilə ödənişsiz, dövlət hesabına həyata keçirilir. İİV infeksiyası diaqnozu təsdiqləndikdən sonra dispanser nəzarətə götürülərək antiretrovirus terapiyaya cəlb olunurlar. Mərkəzin həkim-infeksionistləri və psixoloqları onlara məsləhətlər verirlər. Həmçinin, mütəxəssislər tərəfindən hər bir xəstəyə individual yanaşma ilə, yəni hər bir xəstənin yaşı, çəkisi, müayinə nəticələri, ağırlaşmaları, yanaşı xəstəlikləri və s. nəzərə alınaraq müalicə sxemləri təyin olunur. Dərmanların qəbul qaydası, müalicəyə sadiqlik, fasiləli müalicənin fəsadları, monitorinq müayinələrinin vacibliyi barədə xəstələr mütəxəssislər tərəfindən ətraflı məlumatlandırılırlar.
- İİV-ə yoluxan qadın sağlam uşaq dünyaya gətirə bilərmi?
- Azərbaycanda İİV-infeksiyasının anadan uşağa ötürülməsinin profilaktikası (AUÖP) uğurlu şəkildə həyata keçirilir. Belə ki, son 5 il ərzində qeydiyyata götürülən və antiretrovirus terapiya qəbul edən hamilələrdə virusun uşağa ötürülmə halı qeydə alınmayıb.
Hər bir hamilə qadın mütləq şəkildə qadın məsləhətxanalarında qeydiyyata durmalı və İİV-ə müayinələrdən keçməlidirlər. Hamilə qadın antiretrovirus terapiya qəbul etdiyi təqdirdə virus yükü qanda təqdim edilməyəcək səviyyəyə qədər enir və dölün yoluxma ehtimalı azalır. Qeydiyyatda olan hər bir qadın hamiləlik planlaşdırmadan öncə mütləq şəkildə davamlı antiretrovirus prepratları qəbul etməlidir.
- İİV-ə yoluxmamaq üçün hansı tədbirləri görmək lazımdır?
- Burada ən vacib məqam insanların İİV/QİÇS mövzusunda, profilaktik tədbirlər barədə maariflənməsidir. Biz hər zaman qeyd edirik: "Profilaktika müalicədən daha yaxşıdır". Riskli cinsi davranışdan çəkinmək, qoruyuculardan istifadə, zərərli vərdişlərdən uzaqlaşmaq, gigiyenik qaydalara əməl olunması - İİV-ə yoluxmanın qarşısının alınması üçün əsas tədbirlərdir.
Qeyd edim ki, müayinədən keçən şəxslər üçün Mərkəzin mütəxəssisləri tərəfindən ödənişsiz konsultasiya aparılır, xəstəliyə yoluxma yolları izah olunur, pre və postkontakt profilaktika barədə məlumatlar verilir. Əgər bir şəxsin İİV-ə yoluxma şübhəsi varsa, müayinələrdən keçdikdən sonra yoluxma riski mütəxəssis tərəfindən qiymətləndirilir. 72 saatdan gec olmayaraq ona postkontakt profilaktika təyin olunur.
Milli.Az

Xəbərlər     Baxılıb: 1231   Tarix: 01 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

turlar.az

yemek reseptleri qis geyimləri 2026 geyim şəkilləri şirniyyatlar veten haqqinda atalar sozu bilincik resepti immun sistemi kosmetika porno oxatan babasil novruza aid qaynanaya aid